Icma.az
close
up
RU
İkinci beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub

İkinci beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan İcmasında (QAİ) dekabrın 5-6-da “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı noyabrın 28-də mətbuat konfransı təşkil olunub. SİA xəbər verir ki, tədbirdə müzakirə olunacaq mövzular barədə medianın suallarının cavablandırılması məqsədilə keçirilən mətbuat konfransında əvvəlcə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib.

O, İcmanın fəaliyyət prinsiplərindən danışaraq bildirib ki, konfransın təşkili Qərbi Azərbaycana qayıdış məsələsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. İki yüz il boyunca müxtəlif vaxtlarda soydaşlarımızın etnik təmizləmələrə, soyqırımlara, deportasiyalara məruz qaldıqlarını xatırladan İcma sədri deyib ki, son deportasiya 1987-1991-ci illərdə həyata keçirilib. Min illər boyu Qərbi Azərbaycanda məskunlaşan soydaşlarımız ata-baba yurdlarından qovulublar. “Çox sevinirik ki, Qarabağ Zəfərindən sonra tarixi torpaqlarımız uğrunda mübarizə aparmaq məsələsi ön plana çıxarıldı. İlk dəfə olaraq Qərbi Azərbaycan məsələsini beynəlxalq aləmə çıxara bildik. Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan məsələsinin hüquqi aspektlərini beynəlxalq müstəvidə müzakirə etmək üçün dekabrın 5-6-da qayıdış hüquq mövzusunda ikinci dəfə konfrans keçiriləcək”, – deyə o əlavə edib.Konfransa 51-dən artıq dövlətdən 100-dən çox nümayəndənin qatılacağını söyləyən Ə.Ələkbərli bildirib ki, tədbir çərçivəsində beş panel təşkil olunacaq və hər paneldə beş məruzə dinləniləcək. Qərbi Azərbaycana qayıdış konsepsiyasının beynəlxalq müstəvidə müzakirəsi mübarizəmizin yeni mərhələsini təşkil edəcək”.Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Qaya Məmmədov çıxışında diqqətə çatdırıb ki, müxtəlif ölkələrin deputatlarının, siyasi xadimlərinin, alimlərinin, tarixçilərinin qatılacaqlar bu konfransın təşkili Azərbaycanı qayıdış hüququ mövzusunda beynəlxalq miqyasda tanınmış mərkəzlərdən birinə çevirir.O deyib ki, QAİ bu tədbirləri keçirməklə qayıdış hüququ mövzusunu beynəlxalq miqyasda təbliğ edir. “Dünyada qaçqın və köçkünlərin sayı getdikcə artır. Bu problem köklü şəkildə həll edilməlidir. Onların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtmaları təmin olunmalıdır. İcmanın bu mövzuda konfrans keçirməsi bir növ dünyaya çağırışdır”, - deyə Qaya Məmmədov vurğulayıb.Sonra jurnalistlərin suallarını cavablandıran İcma sədri qeyd edib ki, Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqda aparılan monitorinqlər nəticəsində məlum olub ki, onlardan cəmi ikisi qalıb, 450-nin heç bir izi yoxdur. Eyni zamanda, 150-yə yaxın qəbiristanlığın, sadəcə, dağıntıları qalıb və onları bərpa etmək demək olar mümkünsüzdür.Əziz Ələkbərli deyib ki, bu istiqamətdə işlər davam edir. Hazırda məscid və türbələrdə monitorinqlər aparılır.Qeyd edək ki, Qərbi Azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququ üzərində fokuslanan tədbirə 51 ölkədən 100-dən artıq xarici iştirakçının qatılacağı gözlənilir. Tədbirdə Qərbi Azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək. Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaq. Xatırladaq ki, 5 dekabr Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Həmin günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri