Icma.az
close
up
RU
İkinci Dünya Müharibəsindən sonra tam qələbə qazanan YEGANƏ ÖLKƏ

İkinci Dünya Müharibəsindən sonra tam qələbə qazanan YEGANƏ ÖLKƏ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra dünya nisbətən sabit görünsə də, müxtəlif regionlarda yeni münaqişələr, hərbi əməliyyatlar və uzunmüddətli müharibələr baş verib. Xüsusilə supergüclər – SSRİ və ABŞ – müxtəlif ölkələrdə müharibələrə qarışaraq, öz təsir dairələrini genişləndirməyə çalışıblar. Lakin bu müdaxilələrin heç biri tam qələbə ilə başa çatmadı. Hətta dünyanın ən güclü ordularına sahib ölkələr belə, müharibələrdən ya məğlub, ya da nəticəsiz çıxıblar.

İkinci Dünya müharibəsindən sonra baş verən ən ciddi hadisələrdən biri SSRİ-nin Əfqanıstana müdaxiləsi idi. 1979-cu ildə SSRİ Əfqanıstana daxil olaraq kommunist hökumətini qorumağa çalışdı. Lakin ABŞ-ın dəstəklədiyi mücahidlər on illərlə mübarizə apardılar və nəticədə sovet qoşunları 1989-cu ildə ölkəni tərk etməyə məcbur oldu. SSRİ üçün bu, hərbi və siyasi uğursuzluq oldu və bir neçə il sonra sovet imperiyasının dağılmasına aparan proseslərdən biri kimi tarixə düşdü.

ABŞ-ın Vyetnam müharibəsi də eyni aqibətlə nəticələndi. 1965-ci ildən başlayaraq ABŞ Cənubi Vyetnam hökumətini dəstəkləyərək kommunist Şimali Vyetnama qarşı mübarizə aparıdı. On illərlə davam edən müharibə, böyük insan itkiləri və xərclərə baxmayaraq, nəticə ABŞ üçün uğursuz oldu. 1973-cü ildə ABŞ qoşunları Vyetnamdan çıxarıldı və 1975-ci ildə Şimali Vyetnam tam qələbə qazandı. Bu, ABŞ-ın tarixində ən böyük məğlubiyyətlərdən biri hesab olunur.

2001-ci ildə ABŞ yenidən Əfqanıstana müdaxilə etdi. Bu dəfə məqsəd Talibanı devirmək və terrorçuluğa qarşı mübarizə aparmaq idi. Lakin ABŞ-ın uzun illər apardığı müharibə uğursuzluqla nəticələndi və 2021-ci ildə amerikalılar Əfqanıstandan geri çəkilməyə məcbur oldular. Taliban isə yenidən hakimiyyətə qayıtdı.

ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsi zamanı Səddam Hüseyn rejimi devrilsə də, ölkədə sabitlik bərpa olunmadı. ABŞ illərlə İraqda qaldı, ancaq nə siyasi sabitlik yarada bildi, nə də ölkəni tam nəzarətə ala bildi. Nəticədə, ABŞ-ın İraqdakı mövcudluğu tədricən azalıb, amma ölkədə sabitlik tam təmin olunmayıb.

Son illərdə davam edən Rusiya-Ukrayna müharibəsi isə tam qələbənin əldə olunmasının çətin olduğunu göstərir. 2022-ci ildə başlayan müharibə artıq üçüncü ildir ki, davam edir və heç bir tərəf həlledici nəticə əldə edə bilmir. Rusiya işğal etdiyi bəzi əraziləri saxlasa da, Ukrayna müqavimət göstərməkdə davam edir və müharibənin sonu görünmür.

Yaxın Şərqdə İsrailin apardığı hərbi əməliyyatlar da tam qələbə ilə nəticələnməyib. İsrail mütəmadi olaraq müxtəlif qruplaşmalara qarşı əməliyyatlar keçirir, lakin bu əməliyyatlar problemi tam həll edə bilmir. Əksinə, Yaxın Şərqdə gərginlik illərlə davam edir və İsrailin hərbi uğurları müvəqqəti olur.

Bütün bu nümunələr göstərir ki, müasir dövrdə heç bir böyük dövlət öz müharibələrində tam uğur qazana bilməyib. Lakin Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində tam qələbə əldə edib. 44 gün ərzində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində işğalda saxladığı torpaqları azad edib. 2023-cü ildə isə qalan separatçı qüvvələrə qarşı antiterror əməliyyatı keçirərək, suverenliyini tam bərpa edib.

Bu, müasir dünyada tam qələbə ilə nəticələnən nadir müharibədir. Azərbaycan həm hərbi, həm diplomatik, həm də siyasi sahədə uğur qazandı və bu uğur dünya tarixində mühüm bir nümunəyə çevrilib.

Modern Təhlil və Araşdırma Qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Mart 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri