Icma.az
close
up
RU
İkinci əl maşınlar elektromobillərə tələbatı azaldıb AÇIQLAMA

İkinci əl maşınlar elektromobillərə tələbatı azaldıb AÇIQLAMA

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Azərbaycanda elektrik avtomobillərinə güzəştlərin olmasına baxmayaraq onlara tələbdə zəifləmə müşahidə edilir. Elektrik avtomobillərinin idxalına daim güzəşt olub, hətta bəzi illərdə 3 ilə qədər istehsal tarixi olan elektrik avtomobillərinin idxalına görə xidmət haqqından başqa heç bir ödəniş tələb olunmayıb.

Buna baxmayaraq 2025-ci ildə elektrik avtomobillərin idxal sayı 2028 ədədə düşüb. Bu göstərici 2024-cü ildə 3027 ədəd, 2023-cü ildə 3102 ədəd idi.

Bəs daha çox güzəştə baxmayaraq elektrik avtomobillərinin idxalının azalması nə ilə bağlıdır? Qarşıdakı illərdə də idxalda azalma olacaqmı?

Sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli bildirib ki, Azərbaycan avtomobil bazarı yalnız Bakı ilə məhdudlaşmır. Onun sözlərinə görə, paytaxtda elektromobillərə keçid prosesi çox sürətli baş verib:

“Güzəştlər və qiymət endirimləri fonunda həm elektromobillərə, həm də hibrid avtomobillərə maraq artdı. 2026-cı ilin yanvarın 1-nə qədər tətbiq olunan güzəştlər bu prosesi kütləvi şəkildə dəstəklədi və istehlakçıların istədiyi təqdirdə elektromobilə keçid etməsinə imkan yaratdı. Lakin region bazarlarında ikinci əl avtomobillərə üstünlük verilməsi prosesi yavaşlatdı. Yanvar ayından sonra güzəştlərin aradan qaldırılması və idxal rüsumlarının artması elektromobillərin qiymətinin bahalaşmasına səbəb oldu və idxal, eləcə də satışlarda azalma müşahidə olundu”.

Ekspert qeyd edib ki, bundan əlavə, elektromobillərlə bağlı anti-kampaniyalar da alıcılığa təsir göstərib:

"Bakı prospektlərində, Qaradağ yolunda baş verən yanma hadisələri və şarj infrastrukturunun yetərsizliyi sosial mediada yayılan narahatlıqlara səbəb oldu. Nəticədə, bazarda elektromobillərə maraq əvvəlki pik dövrə nisbətən zəifləyib və satışlarda geriləmə var. Hələ ki taksi xidmətləri elektromobilləri istifadə edir, amma ümumi tendensiya durğunluq göstərir, yəni yalnız keyfiyyətli və tanınmış avtomobillərə tələbat yüksəkdir”./sfera.az

Oxunub 18

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 Yanvar 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri