Icma.az
close
up
RU
“İkinci Kemp Devid” sazişi...

“İkinci Kemp Devid” sazişi...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarixin elə anları var ki, yalnız bir ölkənin deyil, bütöv regionun, bəzən bütün dünyanın taleyini dəyişdirir. 1978-ci ilin sentyabrında ABŞ prezidenti Cimmi Karterin dəvəti ilə Kemp-Devid prezident iqamətgahında Misir prezidenti Ənvər Sədat və İsrailin baş naziri Menahem Beginin imzaladığı razılaşma Yaxın Şərqdə onilliklər davam edən müharibəni dayandırdı. Bu saziş bir çoxları üçün mümkün görünməyən sülhü reallığa çevirdi və ABŞ diplomatiyasının ən böyük nailiyyətlərindən biri kimi tarixə düşdü.

Liderlər arasında 13 günlük qapalı danışıqlar aparıldı və 17 sentyabrda imzalanan iki “çərçivə sənədi” Yaxın Şərqdə yeni dövrün başlanğıcı oldu. Nəticə etibarilə 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi imzalandı. Müqaviləyə əsasən, İsrail Sinay yarımadasından mərhəli şəkildə geri çəkildi.

Misir isə İsraili rəsmən tanıyan ilk ərəb dövləti oldu. Bu saziş Misirlə bir sıra tərəfdaşları arasında münasibətləri pozsa da, ABŞ hər iki tərəfə hərbi və iqtisadi dəstək paketləri təqdim etdi, Sinayda çoxmillətli müşahidə qüvvələri yerləşdirildi. Nəticədə Misir və İsrail arasında bu günə qədər davam edən sabit sülh təmin olundu.

Tarix təkrarlanır...

Aradan 47 il keçdikdən sonra Vaşinqton yenidən belə bir səhnəyə şahidlik etdi. ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tarixi Birgə Bəyannaməyə imza atıb. Bəyannamədə ATƏT-in Minsk Qrupunun ləğv edilməsi, həmçinin Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi məsələlər yer alıb.

Vaşinqtonda baş vermiş daha bir tarixi hadisə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanmasıdır. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Qeyd edək ki, paraflanma hələlik sülh sazişinin imzalanması demək deyil. Belə ki, bəyannamədə qeyd olunur ki, sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac var. Burada söhbət Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir. 

Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün iki əsas şərt irəli sürmüşdü. Birinci şərt fəaliyyətsiz Minsk Qrupunun ləğvi, ikinci şərt isə Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması idi. İmzalanmış Birgə Bəyannamədə hər iki prinsipial tələb öz əksini tapdı. Azərbaycan və Ermənistan ATƏT-in Baş Katibinə rəsmi müraciət göndərərək Minsk Qrupunun ləğvini tələb edəcəklər və yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi rəsmən təsdiqlənir.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana maneəsiz quru yolu təmin olunmalıdır. Vaşinqtonda imzalanmış sənəddə bu tələb də yer alıb və bununla Zəngəzur Dəhlizi rəsmən reallığa çevrilib. Artıq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin olunacaq. Bundan başqa, Vaşinqtonda ABŞ ilə Ermənistan arasında ayrıca saziş imzalanıb və Donald Tramp Zəngəzur Dəhlizinin beynəlxalq qarantı rolunu öz üzərinə götürüb. Bu layihə Cənubi Qafqazın siyasi balansını dəyişdirəcək addım kimi dəyərləndirilir.

Donald Trampın Azərbaycan-Ermənistan normallaşma prosesində bu qədər yaxından iştirakı bir çox siyasi müşahidəçilərə görə Cimmi Karterin 1978-ci ildə Kemp-Deviddə Misir və İsrail arasında sülh müqaviləsini imzalatması ilə müqayisə oluna bilər. Hər iki prosesdə ABŞ prezidenti şəxsən təşəbbüsü ələ alaraq tərəfləri intensiv danışıqlar masasına gətirib, beynəlxalq zəmanət mexanizmləri ilə dəstəklənmiş razılaşma əldə olunmasına nail olub.

Əgər Kemp-Devid Yaxın Şərqdə müharibəni dayandırıb diplomatik münasibətləri bərpa etmişdisə, “İkinci Kemp-Devid” Cənubi Qafqazda onilliklərdir davam edən münaqişənin bitməsinə real ümid yaradır...

Elnur Əmirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Avqust 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1213

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see490

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see380

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see378

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see372

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see330

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see313

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see275

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see206

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see182

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see164

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see157

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see157

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri