İkinci Liqanın debütantı transferə doymur Daha 7 yeni müqavilə
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Növbəti mövsüm 2-ci Liqada çıxış edəcək "Marafon" heyətini gücləndirməyə davam edir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Sabirabad təmsilçisi daha 7 yeni futbolçu ilə anlaşıb.
"Marafon" ötən mövsüm komandada olan Hüseyn Axundovla yeni - daha bir mövsümlük anlaşma əldə edibsə, Hakan Həsənov, Xəyyam Hüseynov, Hüseyn Hüseynli, Elşad Əliyev, Elmar Rəhimov və Emin Quliyev yeni transferlərdir.
Sözügedən komanda yay fasiləsində baş məşqçi postuna Ceyhun Cavadovu gətirdikdən sonra təcrübəli müdafiəçi Novruz Məmmədov, Nodar Məmmədov və Ülvi İbazadəni, həmçinin yarımmüdafiəçilər Pərviz Qaraxanovla Elşən Veysovu, o cümlədən qapıçı Şahin Zəkiyevi heyətə cəlb edib.
Qeyd edək ki, "Marafon" Region Liqasının son finalçısıdır.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 15 İyul 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















