Icma.az
close
up
RU
İkinci liqanın kasıbları nə düşünür?

İkinci liqanın kasıbları nə düşünür?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Gələn mövsüm ikinci liqada 12 klubun mübarizə aparacağı gözlənilir.

Təbii ki, onların maliyyə durumunda ciddi fərqlər var. 1-ci liqaya vəsiqə qazanmağa iddialı, normal büdcəyə malik klublarla yanaşı, hətta mövcudluq təhlükəsi yaşayanlar da çoxdu. Bəzi “kasıb” klublarla əlaqə saxladıq.
Məlum oldu ki, “Dinamo” sponsor olmadan həm aşağı yaş quplarını, həm də əsas komandanı ayaqda saxlamağa çalışır. Nə qədər çətin olsa da, Yaşar Seyidovun rəhbərlik etdiyi klub bunu bacaracağına inanır, gələn mövsüm də 2-ci liqada çıxış edəcəklər.
“Sheki City”də həm oxşar, həm də fərqli vəziyyət var. Şəki təmsilçisi ətrafında “biznes-klub” layihəsi işə düşüb, kluba dəstək verən iş adamlarının sayı 10-a çatıb. Həmçinin İdarə Heyəti yaradılıb, millət vəkili Vüqar İskəndərov bu quruma seçilib. Bir sözlə, “halvaçılar” da 2-ci liqada mübarizə aparacaq. Maliyyə durumu bir az da düzəlsə, iddialı klublardan biri olmaq niyyətindədilər.
“Göygöl” də sponsorsuzluqdan əziyyət çəkir, “narçılar” rayonun İcra Hakimiyyətinin dəstəyi ilə 2-ci liqada mübarizə aparacaq.
1-ci liqada sonuncu yeri tutmaqla 2-ci liqaya düşən “Qaradağ Lökbatan” da çətin vəziyyətdədi, taleyi sual altındadı. Aparıcı futbolçuların hamısı gedib. Klubun direktoru Bəbir Məmmədovla əlaqə saxlayanda 2-ci liqada oynamaq fikirlərinin olduğunu dedi, maliyyə məsələlərinin avqustun ilk həftələrində təsdiqlənəcəyini bildirdi. Çox güman ki, bu klub dağılmayaq.
“Qusar”da da rəhbərlik səviyyəsində dəyişikliklər olub. Gələn həftə klub yeni icraçı direktorunu və büdcəsini təsdiqələyəcək. Bu isə şimal təmsilçisinin 100 faiz mübarizə aparacağı deməkdi.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri