Icma.az
close
up
RU
İkiqat paralimpiya çempionu İlham Zəkiyevin 45 yaşı tamam olur

İkiqat paralimpiya çempionu İlham Zəkiyevin 45 yaşı tamam olur

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin doğum günüdür. Onun 45 yaşı tamam olur.

İlham Əzizağa oğlu Zəkiyev 1980-ci il martın 3-də Sumqayıtda doğulub. O Sumqayıt şəhərinin 5 saylı orta məktəbi bitirb.

Ən çox sevdiyi fənlər coğrafiya, tarix və riyaziyyat olub. İdmançının üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləş ilə məşğul olub. Onun sayəsində İlhamın da idmana həvəsi yaranıb.

İlham 1995-ci ildən Əhməddin Rəcəblinin başçılığı altında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayıb.

O Sumqayıt şəhərində keçirilən yarışda qalib gəlib, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutub və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olub.

1998-ci ilin iyununda Azərbaycan Kubokunun qalibi olub.

Həmin qalibiyyət ona yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazandırıb. Lakin Moskvadakı Olimpiadaya getmək ona müyəssər olmayıb. O, düz bir ay sonra həqiqi hərbi xidmətə çağırılıb və 2 iyul 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb.

1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfindən atılan snayper gülləsinə tuş gəlib. Güllə onun sağ gicgahına dəyərək, sol gicgahından çıxıb. O, beş gün koma vəziyyətində qalıb və həkimlər onun öləcəyini bildiriblər. Beşinci gün İlham rayon xəstəxanasında anasının səsini eşidib özünə gəlib. Lakin gözlərini açanda, heç nə görməyib. Güllə yarasından görmə qabiliyyətini itirib.

O, 2002-ci il noyabr ayının 1-dən məşqlərə başlayır. 2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İnsanların ikinci Dünya Çempionatında ilk dəfə tatamiyə çıxır. İlham püşkatmanın dərəcəsinə görə kubalı dünya çempionu Rafael Torres Pompe ilə yarışır və çox gərgin keçən mübarizədə xal fərqi ilə ona məğlub olur. Buna baxmayaraq, İlham Zəkiyev təsəlliverici görüşlərdə qalib olaraq bürünc medala sahib olur və 2004-cü il Afina Paralimpiya Oyunlarına vəsiqə qazanır.

Zəkiyev Azərbaycandan Paralimpiya Oyunlarında iştirak edən yeganə cüdoçu olur. Onun Afinada ilk qarşılaşdığı idmançı Kvebekdəki yarışda məğlub olduğu kubalı dünya çempionu olur. Bir dəqiqə qırx saniyə çəkən döyüşdə rəqibini üstələyib yarımfinala yüksəlir. Yarımfinalda İspaniyadan olan idmançını otuz yeddi saniyə ərzində məğlub edir. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində üstün gələrək Paralimpiya Oyunları çempionu adını qazanır.

Bir ildən sonra isə Niderlandda keçirilən Avropa çempionatının final yarışında Fransanı təmsil edən Julyen Torini məğlub edərək Avropa çempionu olur. 2006-cı ildə Fransada keçirilən dünya çempionatında bürünc medal qazanır. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında yenə də qalib olur. Həmin ildə Braziliyada keçirilən Ümumdünya yarışında qızıl medala layiq görülür. 2008-ci ildə ikinci Paralimpiya Oyunlarında iştirakı zamanı Çinin paytaxtı Pekində fransalı idmançı Julyen Turini beş saniyəyə məğlub edir. 2012-ci ildə Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunda gümüş medala sahib olur. 2013-cü ildə altıncı dan qara kəmərə sahib olur. Həmin il Londonda keçirilən Paralimpiya Oyunlarında ilk görüşündə Heydər Heydərovla qarşılaşır və ona heç bir şans vermir.  Növbəti - 1/4 finalda Zəkiyevin rəqibi yaponiyalı Kento Masaki olur. Çətin keçən qarşılaşmadan rəqib qalib ayrılır. Nəticədə Zəkiyev təsəlliverici görüşlərə qatılır və burada braziliyalı Vilians Silvaya qalib gələrək, bürünc medalla kifayətlənir.

2015-ci il Avropa Oyunlarının açılış mərasimində məşəl yandırır. Həmin yarışlarda Azərbaycan komandasının aktivinə 18-ci qızıl medalı yazdırır. O, finalda Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək çempion olur. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 2015-ci ilin idman laureatları arasında "İlin idmançısı" arasında ikinci yerə layiq görülür.

Braziliyanın Rio-de-Janeyro şəhərində XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını yığmanın kapitanı İlham Zəkiyev aparır. O, həmin vaxt milli geyimdən istifadə edir. Cüdoçu 2016-cı il Yay Paralimpiya Oyunlarının cüdo yarışlarında kişilərin +100 kq çəki dərəcəsində beşinci nəticə göstərir.

O 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olaraq, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib.

2005-ci ildə ailə həyatı qurub. Üç övladı var: iki oğul, bir qız.

İlham Zəkiyev 2008-ci il dekabr ayının 26-da "Şöhrət" ordeninə, 2009-cu ilin mart ayının 5-də "Əməkdar idman ustası" adına, 2012-ci ildə "Tərəqqi" medalına layiq görülüb. 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb.

2016-cı ildə İlham Zəkiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Mart 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri