Icma.az
close
up
RU
İkiqat paralimpiya çempionu İlham Zəkiyevin 46 yaşı tamam olur

İkiqat paralimpiya çempionu İlham Zəkiyevin 46 yaşı tamam olur

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin doğum günüdür. Onun 46 yaşı tamam olur.

İlham Əzizağa oğlu Zəkiyev 1980-ci il martın 3-də Sumqayıtda doğulub. O Sumqayıt şəhərinin 5 saylı orta məktəbi bitiri

b.

Ən çox sevdiyi fənlər coğrafiya, tarix və riyaziyyat olub. İdmançının üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləş ilə məşğul olub. Onun sayəsində İlhamın da idmana həvəsi yaranıb.

İlham 1995-ci ildən Əhməddin Rəcəblinin başçılığı altında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayıb.

O Sumqayıt şəhərində keçirilən yarışda qalib gəlib, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutub və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olub.

1998-ci ilin iyununda Azərbaycan Kubokunun qalibi olub.

Həmin qalibiyyət ona yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazandırıb. Lakin Moskvadakı Olimpiadaya getmək ona müyəssər olmayıb. O, düz bir ay sonra həqiqi hərbi xidmətə çağırılıb və 2 iyul 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb.

1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfindən atılan snayper gülləsinə tuş gəlib. Güllə onun sağ gicgahına dəyərək, sol gicgahından çıxıb. O, beş gün koma vəziyyətində qalıb və həkimlər onun öləcəyini bildiriblər. Beşinci gün İlham rayon xəstəxanasında anasının səsini eşidib özünə gəlib. Lakin gözlərini açanda, heç nə görməyib. Güllə yarasından görmə qabiliyyətini itirib.

O, 2002-ci il noyabr ayının 1-dən məşqlərə başlayır. 2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İnsanların ikinci Dünya Çempionatında ilk dəfə tatamiyə çıxır. İlham püşkatmanın dərəcəsinə görə kubalı dünya çempionu Rafael Torres Pompe ilə yarışır və çox gərgin keçən mübarizədə xal fərqi ilə ona məğlub olur. Buna baxmayaraq, İlham Zəkiyev təsəlliverici görüşlərdə qalib olaraq bürünc medala sahib olur və 2004-cü il Afina Paralimpiya Oyunlarına vəsiqə qazanır.

Zəkiyev Azərbaycandan Paralimpiya Oyunlarında iştirak edən yeganə cüdoçu olur. Onun Afinada ilk qarşılaşdığı idmançı Kvebekdəki yarışda məğlub olduğu kubalı dünya çempionu olur. Bir dəqiqə qırx saniyə çəkən döyüşdə rəqibini üstələyib yarımfinala yüksəlir. Yarımfinalda İspaniyadan olan idmançını otuz yeddi saniyə ərzində məğlub edir. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində üstün gələrək Paralimpiya Oyunları çempionu adını qazanır.

Bir ildən sonra isə Niderlandda keçirilən Avropa çempionatının final yarışında Fransanı təmsil edən Julyen Torini məğlub edərək Avropa çempionu olur. 2006-cı ildə Fransada keçirilən dünya çempionatında bürünc medal qazanır. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında yenə də qalib olur. Həmin ildə Braziliyada keçirilən Ümumdünya yarışında qızıl medala layiq görülür. 2008-ci ildə ikinci Paralimpiya Oyunlarında iştirakı zamanı Çinin paytaxtı Pekində fransalı idmançı Julyen Turini beş saniyəyə məğlub edir. 2012-ci ildə Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunda gümüş medala sahib olur. 2013-cü ildə altıncı dan qara kəmərə sahib olur. Həmin il Londonda keçirilən Paralimpiya Oyunlarında ilk görüşündə Heydər Heydərovla qarşılaşır və ona heç bir şans vermir. Növbəti - 1/4 finalda Zəkiyevin rəqibi yaponiyalı Kento Masaki olur. Çətin keçən qarşılaşmadan rəqib qalib ayrılır. Nəticədə Zəkiyev təsəlliverici görüşlərə qatılır və burada braziliyalı Vilians Silvaya qalib gələrək, bürünc medalla kifayətlənir.

2015-ci il Avropa Oyunlarının açılış mərasimində məşəl yandırır. Həmin yarışlarda Azərbaycan komandasının aktivinə 18-ci qızıl medalı yazdırır. O, finalda Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək çempion olur. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 2015-ci ilin idman laureatları arasında "İlin idmançısı" arasında ikinci yerə layiq görülür.

Braziliyanın Rio-de-Janeyro şəhərində XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını yığmanın kapitanı İlham Zəkiyev aparır. O, həmin vaxt milli geyimdən istifadə edir. Cüdoçu 2016-cı il Yay Paralimpiya Oyunlarının cüdo yarışlarında kişilərin +100 kq çəki dərəcəsində beşinci nəticə göstərir.

O 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olaraq, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib.

2005-ci ildə ailə həyatı qurub. Üç övladı var: iki oğul, bir qız.

İlham Zəkiyev 2008-ci il dekabr ayının 26-da "Şöhrət" ordeninə, 2009-cu ilin mart ayının 5-də "Əməkdar idman ustası" adına, 2012-ci ildə "Tərəqqi" medalına layiq görülüb. 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb.

2016-cı ildə İlham Zəkiyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Mart 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri