Icma.az
close
up
RU
İkisi də eynidir: tüstülənən sağlamlıq

İkisi də eynidir: tüstülənən sağlamlıq

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çox sevdiyimiz bir tamaşada sevdiyimiz aktyorun ifasında səsləndirilən mahnının “papirosum yana-yana, od saldı şirin cana” sözləri hər dəfə bizi nə qədər güldürürsə, siqaret çəkənlərin içinə düşən od o qədər narahat edir. O od ki, bəzən dəb xətrinə, bəzən böyüdüyümuzü göstərmək, bəzən alışqanlıq, bəzən dostdan geri qalmamaq, bəzən özünü kişi hesab etmək, bəzən mühitin “ərməğanı”, bəzən bir dəfə dadına baxmaqla içimizə düşür və ömürlük yol yoldaşımız olub bizi elə yandırır ki, bir də baxırıq ki, bir ovuc küldən başqa heç nəyimiz qalmayıb.

Siqaret çəkməyin zərərləri haqqında illərdir ki, bütün mətbuat orqanları, səhiyyə, həkimlər, ağsaqqallar bar-bar bağırsalar da, lakin nədənsə onların sözlərini dinləyən yoxdur. Görünür bu, elə bir alışqanlıqdır ki, ona nə ictimai qınaq təsir edir, nə maarifləndirmə kar salır, nə ağsaqqal sözü keçir, nə də həkim məsləhəti. Nəticə isə bu olur ki, dünyada hər il milyonlarla insan siqaret zəhərinin qurbanı olur.

Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan ölür. Onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütün çəkənlərdir.

XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrdə tütündən 1 milyard insanın ölümü gözlənilir. Çünki tütün ağ ciyər və ürək-damar, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərin səbəbkarıdır.

Bəzən siqareti tərgitmək istəyən insanlara da rast gəlirik. Onlar elektron siqaretə keçməklə siqareti tərgidəcəklərini zənn edirlər. Lakin mütəxəssis həkimlər deyir ki, elektron siqaretdən istifadə etmək ən azı adi siqaret qədər təhlükəlidir. Siqaretin insan orqanizmi üçün ən təhlükəli tərəfi onun tərkibindəki qətrandır. Həkimlər də ən əsas buna görə insanlara siqaretdən imtina etməni məsləhət görür. Nikotin aludəçiləri isə çıxış yolunu elektron siqaretdə görürlər. Amma yanılırlar, siqaretin tərkibində olanlar demək olar ki, elektron siqaretdə də mövcuddur və bu, insan sağlamlığı üçün birbaşa təhlükədir.

Bu məsələlərin ciddiliyi nəzərə alınaraq ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun da qüvvəyə minib. Qanunu pozanların 30 manatdan 1000 manata qədər cərimə olunması müəyyənləşdirilib. Qanuna əsasən, tütün məmulatlarından (siqaret), sulu qəlyan və elektron siqaretdən istifadə müəyyən yerlərdə qadağan olunub.

Hələ də aramızda bu qanuna zidd gedən insanlar var ki, onlarla hər kəs qarşılaşıb. Belələri haqqında tədbirlərin görülməsi sözsüzdür. Lakin onlar gözdən uzaq yerlərdə məqam düşən kimi ətrafa tüstülərini yaymaqla məşğuldurlar. Çox təəssüf, onlar arasında sürücülər də var ki, bəzən taksidə utanmazcasına səndən “siqaret çəkə bilərəmmi?”,- deyə soruşurlar...

Nə qədər ki, hələ də qanundan xəbərsiz insanlar var, onlar cəmiyyət arasında özlərini lazımi səviyyədə apara bilməyəcək və bizlər də passiv siqaret çəkən olaraq qalacağıq.

Beləliklə də son iki ilin statistik hesabatında rəqəmlər bir qədər artıb-azalsa da, lakin elə bir fərqli rəqəm müşahidə olunmur. 15-19 və 65 yaşdan yuxarı bütün yaş qruplarında kifayət qədər siqaret çəkən var. Buradan da o qənaətə gəlmək olur ki, bu qədər maarifləndirmə, bu qədər mübarizə qarşısında hələ də insan qəflət yuxusundan oyanıb sağlamlığının qeydinə qalmaq fikrində deyil. Məlumata görə, Azərbaycanda hər il 15 min nəfər tütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir.

Sevindirici haldır ki, Azərbaycanda elektron siqaretlər qadağan olunur. Bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağandır.

Siqaret-istər elektron, istər adi olsun, çəkən hər kəs tək özünü deyil, ailəsini, iş, yol yoldaşını, qonşusunu, qohumunu, dostunu, xüsusilə də övladını düşünməlidir. O zaman papirosunu yandıranda özünün də, onların da sağlamlığının tüstüləndiyini dərk edər. Və bəlkə bu an siqaretin zərəri də, cibə ziyan qiyməti də onu yandıra...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri