Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Hakimlərdən ikisi təcrübəli, ikisi təcrübəsizdi...

Hakimlərdən ikisi təcrübəli, ikisi təcrübəsizdi...

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Klublarımız avrokuboklar çərçivəsində meydana çıxırsa, matçların taleyinin hansı ədalət təmsilçisinin əlində olması da önəmli məqamdı.

Hər halda, nə qərəzli qərarlarla üzləşmək istəyərik, nə də hansısa “fit sahibi”nin təcrübəsizliyinin qurbanı olmaq. Odu ki, UEFA-nın komandalarımızın matçları üçün təyinat verdiyi hakimləri daha yaxından tanımaqda fayda var.
Bilindiyi kimi, “Şelburn” – “Qarabağ” matçını Ante Çulina, “Zirə” – “Hayduk” oyununu Xristos Vargetis, “Araz-Naxçıvan” – “Aris” qarşılaşmasını Andrey Kivulete, “Petrokub” – “Sabah” görüşünü isə Qal Leyboviç idarə edəcək. İndi isə "Football-plus.az"ın ənənəsinə sadiq qalaraq, adı çəkilən referilərin karyerasına nəzər salaq.
Ante Çulina... 32 yaşlı ədalət təmsilçisi 2022-ci ildə Xorvatiyanın 1-ci liqa matçında debüt edib. Yəni referinin karyerası yetərincə zəngin deyil. Zamanla premyer-liqada da oyunlar idarə edən xovatiyalı bu çərçivədə meydana çıxdığı 57 oyunda 254 sarı, 23 qırmızı vərəqə göstərib. Beynəlxalq karyerası isə dediyimiz kimi rəngarəng deyil. O, beynəlxalq yoldaşlıq oyunlarında, 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələ matçlarında, Gənclər Liqasında, Konfrans və Avropa Liqası qarşılaşmalarında iş başında olsa da, Çempionlar Liqasında debüt etməyib. Yəni “Qarabağ”ın görüşü Çulinanın karyerası üçün əlamətdar olacaq. Yəqin ki, ədalət təmsilçisi məhz bu məqam sayəsində işinə daha məsuliyyətli yanaşar. Referinin karyerası ərzində 147 matç idarə etdiyini, bu oyunlarda 644 sarı, 48 qırmızı vərəqə göstərdiyini xatırladaq. Belədə onun işində daha çox rəsmi xəbərdarlıqlara üstünlük verdiyini anlamaq çətin deyil.
Deməli, ehtiyatlı davranmaqda fayda var, əziz “Qarabağ”lılar...
Xristos Vargetis... “Zirə”nin bəxtinə daha təcrübəsiz hakim düşüb. Ona görə ki, 2022-ci ildən bəri bu işlə məşğul olan 36 yaşlı referi Yunanıstan superliqasında cəmi 25 matç idarə edib. O, bu oyunlarda futboçuları 148 sarı, 7 qırmızı vərəqə ilə cəzalandırıb. Daha çox ölkəsindəki çempionatlarda çalışan referi 17 və 19 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələ matçlarıyla yanaşı, Gənclər və Çempionlar Liqası oyunlarında meydana çıxıb.
Göründüyü kimi, Vargetis nə Avropa, nə də Konfrans Liqası matçında şans qazanıb. Ümumiyyətlə, indiyə qədər ona 85 matçda güvənilib. “Qarapaltarlı” bu görüşlərdə 467 sarı, 23 qırmızı vərəqəyə ehtiyac duyub.
Andrey Kivulete... Öz aramızdı, debütant “Araz-Naxçıvan” üçün daha təcrübəli hakim təyin edilib. 38 yaşlı ədalət təmsilçisi 2010-cu ildən bəri iş başındadı. Referi Rumıniya superliqasında idarə etdiyi 145 matçda 723 sarı, 42 qırmızı vərəqə göstərib. Kivulete Avropa Liqasında debüt etməsə də, Çempionlar və Konfrans Liqası qarşılaşmalarında şans qazanıb. Həmçinin referiyə 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsindəki görüşlərində və Gənclər Liqasının oyunlarında güvənilib.
Karyerası ərzində 291 qarşılaşma idarə edən Kivulete bu oyunlarda 1317 sarı, 73 qırmızı vərəqə üçün əlini cibinə atıb. Təcrübəsini və statistikanı nəzərə alsaq, rumıniyalının mərhəmətli davranış tərəfdarı olduğunu deyə bilərik.
Qal Leyboviç... 38 yaşlı “fit sahibi” karyerasını 12 ildi davam etdirir. O, İsrailinin əsas çempionatında xeyli təcrübə toplayıb. Dəqiq desək, 125 matç idarə edib ki, bu oyunlarda 565 sarı, 28 qırmızı vərəqə göstərib. Referi həm Çempionlar, həm Avropa, həm də Konfrans Liqası çərçivəsində meydana çıxıb. Amma karyerası bununla məhdudlaşmır. Ədalət təmsilçisinin hesabına beynəlxalq yoldaşlıq oyunları, 17 və 21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsindəki görüşlər, Gənclər Liqası matçları da var. O, indiyə qədər 312 matçda meydana çıxıb ki, bu qarşılaşmalarda 1308 sarı, 61 qırmızı vərəqə göstərib. Bu üzdən Leyboviçin əksər hallarda şifahi xəbərdarlığa üstünlük verdiyini proqnozlaşdıra bilərik.
Sonda adı çəkilən ədalət təmsilçilərinin ilk dəfə təmsilçilərimizin oyununda iş başında olacağını bildirək.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyul 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri