Icma.az
close
up
RU
İkitərəfli əlaqələrdə müsbət dinamika

İkitərəfli əlaqələrdə müsbət dinamika

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

2025-ci il mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda rəsmi səfəri çərçivəsində Baş nazir Viktor Orbanla görüşdən sonra birgə mətbuat konfransında bəyanatla çıxış etdi. Prezidentin bəyanatında bir neçə vacib istiqamətə toxunuldu. Əvvəla, İlham Əliyev Macarıstanla Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini xüsusi vurğuladı. O, Macarıstanın beynəlxalq arenada, xüsusilə də Avropa İttifaqı çərçivəsində müstəqil siyasət yürütməsini yüksək qiymətləndirdi və bu siyasətin Azərbaycanın maraqları ilə üst-üstə düşdüyünü qeyd etdi. Bu yanaşma, Azərbaycanın da milli maraqlara əsaslanan xarici siyasətinə uyğun gəlir və iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin dərinləşməsini təmin edir.

Prezident Əliyevin çıxışında diqqət çəkən digər bir məqam enerji əməkdaşlığı məsələləri idi. O, Azərbaycanın təkcə neft və qaz ixracatçısı deyil, həm də yaşıl enerji sahəsində perspektivli layihələrin təşəbbüskarı olduğunu bildirdi. Bu, Azərbaycanın enerji siyasətində strateji diversifikasiya aparmaq niyyətini, həmçinin Avropa üçün alternativ və etibarlı enerji tərəfdaşı kimi rolunu gücləndirmək istiqamətində apardığı fəaliyyəti əks etdirir. Xüsusilə Xəzər dənizi vasitəsilə bərpa olunan enerji layihələrinin Macarıstan daxil olmaqla Avropaya çatdırılması, bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivlərini göstərir.

Prezident İlham Əliyevin bəyanatında regional sabitlik və təhlükəsizlik məsələləri də mühüm yer tutdu. O, Ermənistanla sülh danışıqlarının davam etdiyini və Azərbaycanın bu prosesi səmimi şəkildə dəstəklədiyini bildirdi. Sülh sazişinə doğru atılan addımlar, Azərbaycanın regionda davamlı sülh və əməkdaşlıq üçün təşəbbüskar mövqe tutduğunu təsdiqləyir. Bu həm də Azərbaycan diplomatiyasının praqmatik və real nəticələrə yönəlmiş olduğunu göstərir.

Bu bəyanat ümumilikdə Azərbaycanın xarici siyasətində çoxşaxəli və prinsipial yanaşmanın bariz nümunəsi kimi dəyərləndirilə bilər. Azərbaycan Avropa ilə əlaqələrində həm iqtisadi, həm siyasi sahələrdə yeni əməkdaşlıq formatlarına açıq olduğunu, eyni zamanda regional sülhə və dayanıqlı inkişafa sadiq qaldığını bir daha nümayiş etdirdi. Macarıstanla bu səviyyədə qarşılıqlı anlaşma və strateji dialoqun qurulması isə Azərbaycanın Qərb ilə münasibətlərində mühüm siyasi kapital sayılır.

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanda səsləndirdiyi bəyanat, ölkənin xarici siyasət kursunun ardıcıl, dərinlikli və məqsədyönlü xarakter daşıdığını bir daha nümayiş etdirdi. Bu bəyanat sadəcə iki ölkə arasındakı münasibətlərin siyasi ritorikası deyil, həm də konkret strateji istiqamətlərin bəyan olunması idi. Budapeştdən səslənən fikirlər göstərdi ki, Azərbaycan Avropa ilə münasibətlərində real maraqlara əsaslanan, bərabərhüquqlu və dayanıqlı tərəfdaşlıq modelini təşviq edir.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 May 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri