Icma.az
close
up
RU
İlham Əliyev Putinin Düşənbə görüşü: İkitərəfli əlaqələrdə yeni mərhələ

İlham Əliyev Putinin Düşənbə görüşü: İkitərəfli əlaqələrdə yeni mərhələ

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Tacikistan paytaxtında keçirilən görüş Azərbaycan-Rusiya münasibətlərində diplomatik yumşalmanın əlaməti kimi qiymətləndirilir".

AZXEBER.COM xəbər verir ki, biz sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev dünən Düşənbədə baş tutan iki ölkə başçılarının görüşünü şərh edərkən deyib.

Deputat həmçinin bildirib ki, Düşənbə görüşü iki ölkə arasında diplomatik əlaqələrin davam etməsinə və mövcud gərginliyin yumşaldılmasına işarə edir:

"Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bu gün Tacikistanın paytaxtı Düşənbədə təkbətək görüş keçiriblər. Görüş çoxtərəfli diplomatik tədbirlər çərçivəsində - Mərkəzi Asiya-Rusiya ikinci Sammiti və MDB Dövlət Başçıları Şurasının iclası zamanı baş tutub. Vladimir Putin oktyabrın 8-10-da Tacikistana üç günlük rəsmi səfər çərçivəsində paytaxt Düşənbəyə gəlib. Səfər müddətində Rusiya lideri bir sıra regional liderlə ikitərəfli görüşlər keçirir. Bu görüşlər sırasında İlham Əliyevlə təkbətək danışıqlar xüsusi əhəmiyyət kəsb edir. Son illər Azərbaycan-Rusiya münasibətlərində müəyyən soyuqluq hiss olunsa da, Düşənbə görüşü iki ölkə arasında diplomatik əlaqələrin davam etməsinə və mövcud gərginliyin yumşaldılmasına işarə edir".

Millət vəkili qeyd edib ki, görüşün əsas mövzusu AZAL-a məxsus təyyarənin qəzaya uğraması olub:

"Görüşün ən həssas və prioritet mövzusu AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması məsələsi oldu. Rusiya Prezidenti Vladimir Putin görüşə məhz bu mövzudan başlamağı təklif edib. Putin hadisənin Rusiya hava məkanında baş verdiyinə görə bir daha üzr istədiyini bildirdi və qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdi. Rusiya lideri qeyd etdi ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Putin görüşdə təyyarə qəzası ilə bağlı kompensasiya ödəniləcəyini və günahkarların cəzalandırılacağını açıq şəkildə bəyan etdi. Rusiya Prezidenti bildirib ki, hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq. Bu bəyanat Azərbaycan rəhbərliyinin prinsipial mövqeyi nəticəsində əldə edilmiş mühüm diplomatik nailiyyət hesab olunur. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti Rusiyanın məsuliyyəti etiraf etməsinə və konkret addımlar atmağa hazır olduğunu bildirməsinə səbəb olub".

Deputat AZAL təyyarəsi məsələsindən əlavə, görüşdə digər ikitərəfli və regional məsələlər də müzakirə olunduğunu da bildirib:

"Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqda davam edir. Enerji sahəsində əməkdaşlıq, investisiya layihələri və qarşılıqlı ticarətin genişləndirilməsi gündəmdədir. "Şimal-Cənub" və digər nəqliyyat layihələri regional əlaqələrin inkişafında mühüm rol oynayır. Cənubi Qafqazda sabitlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan sülh prosesi və region ölkələri arasında əlaqələrin normallaşması gündəmdə ola biləcək mövzulardandır. Siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan-Rusiya əlaqələrinin gələcək perspektivləri və əməkdaşlığın genişləndirilməsi yolları da müzakirə mövzularından biridir. Bu görüş bir neçə baxımdan tarixi əhəmiyyət kəsb edir.

İlk növbədə, AZAL təyyarəsi faciəsi ilə bağlı Rusiyanın açıq şəkildə məsuliyyət qəbul etməsi və kompensasiya ödəməyi öhdəsinə götürməsi beynəlxalq münasibətlərdə Azərbaycanın prinsipial mövqeyinin qələbəsidir. 

Prezident İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyət və diplomatik bacarıq nəticəsində Rusiya öz səhvini etiraf etməyə və konkret addımlar atmağa məcbur oldu. Bu, həm də Azərbaycanın beynəlxalq arenada öz milli maraqlarını necə müdafiə etməsinin bariz nümunəsidir.

İkincisi, görüş çoxtərəfli tədbirlər çərçivəsində keçirilir və bu, Azərbaycanın regional proseslərə inteqrasiyasını nümayiş etdirir. Düşənbə görüşü həm də son bir ildə iki prezident arasında növbəti yüksək səviyyəli təmas hesab olunur və diplomatik münasibətlərin yeni formada davam etməsini göstərir.

Tacikistanda keçirilən çoxtərəfli sammitlər postsovet məkanında əməkdaşlığın davam etməsi və regional təşkilatların fəaliyyətinin gücləndirilməsi baxımından önəmlidir. Azərbaycan bu proseslərdə aktiv iştirakçı kimi özünü göstərir və milli maraqlarını müdafiə edir. Görüşün konkret nəticələri və əldə edilmiş razılaşmalar barədə məlumatlar tezliklə rəsmi mənbələr tərəfindən açıqlanacaq. Hər iki ölkənin kütləvi informasiya vasitələri tərəfdən görüşə maraq böyükdür və diplomatik nəticələr diqqətlə izlənilir".

"Düşənbədə keçirilən Əliyev-Putin görüşü Azərbaycan diplomatiyasının mühüm uğuru kimi qiymətləndirilir deyən Naqif Həmzəyev bunun İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyinin nəticəsidir deyib:

"AZAL təyyarəsi faciəsi ilə bağlı Rusiyanın məsuliyyəti etiraf etməsi, üzr istəməsi və kompensasiya ödəməyi öhdəsinə götürməsi Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyinin nəticəsidir.

Görüş həm də göstərdi ki, Azərbaycan regional proseslərdə fəal iştirak edərkən milli maraqlarını prioritet hesab edir və onları müdafiə etməkdə qətiyyətlidir. İkitərəfli əlaqələrdə pragmatik yanaşma saxlanılsa da, ədalət və beynəlxalq hüquq prinsipləri Azərbaycan üçün əsas tələblər olaraq qalır.

Görüşün digər nəticələri və əldə edilmiş razılaşmalar yaxın günlərdə aydınlaşacaq, lakin AZAL təyyarəsi məsələsində əldə edilən diplomatik uğur artıq Azərbaycanın beynəlxalq nüfuzunun və mövqeyinin möhkəmlənməsinə töhfə verib".

Günel Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Oktyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri