Icma.az
close
up
RU
“İkranı yeyib rinqə çıxdım və nəticədə Dünya Çempionunu məğlub etdim” Azərbaycanın məşhur boksçusu Eldar Əbilovla MÜSAHİBƏ

“İkranı yeyib rinqə çıxdım və nəticədə Dünya Çempionunu məğlub etdim” Azərbaycanın məşhur boksçusu Eldar Əbilovla MÜSAHİBƏ

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülmüş, Sumqayıt Olimpiya İdman Kompleksinin boks üzrə məşqçisi Əbilov Eldar Zöhrab oğlu Gununsesi.info-ya müsahibə verib.

O, idmana gəlişi, karyerası və qazandığı uğurlardan danışır. Məşqçi gənclərə əzmli olmağı və zəhmətdən qorxmamağı tövsiyə edir. Ən böyük arzusu isə ölkəmizə Olimpiya medalı qazandırmaqdır.

– Boksa gəlmək qərarını necə verdiniz? Bu idman növünü seçməyinizin xüsusi bir səbəbi varmı?

– Mən 10 yaşım olanda, yaşca özümdən böyük uşaqlarla dostluq edirdim. Onlar həmişə deyirdilər ki, filan idmana getmişəm. Bundan sonra düşündüm ki, mən də özümü boksda sınayım. Düşünürdüm ki, üç ay məşq edib oyunlardan uzaqlaşaram.

Boks dərslərinə yazıldım və tez bir zamanda irəliləyiş göstərdim. Bir ay ərzində şəhər çempionu oldum. Daha sonra Donetskdə keçirilən Ümumiyyətlə İttifaq yarışına qatıldım. Orada idmançı kimi üçüncü yerə çıxdım və bu mənim idmana olan həvəsimi daha da artırdı. Bundan sonra sona qədər məşğul oldum və məşq etməməyi heç vaxt peşmanlıqla xatırlamıram.

Səkkiz dəfə İttifaq çempionu olmuşam, iki dəfə SSRİ birinciliyində gümüş medal qazanmışam, on dəfə isə Azərbaycan çempionu olmuşam. Afrikada, Türkiyədə, Çexiyada, MDB ölkələrində və digər beynəlxalq turnirlərdə qalib və mükafatçı olmuşam. Mən SSRİ idman ustasıyam və Azərbaycan Respublikasının əməkdar məşqçisiyəm. Cənab Prezident məni iki dəfə ordenlə təltif edib. Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adını almışam Bu günə qədər məşqçilik fəaliyyətimi davam etdirirəm.

–  Məşqçilərin rolu çox önəmlidir. Sizin yolunuzu dəyişən və ya sizə motivasiya verən bir məşqçi olubmu?

– Məşqçiliyə olan motivasiyamı öz müəllimimdən götürmüşəm. O, son dərəcə mədəni və tərbiyəli bir insan idi. Bizə nə öyrədibsə, bu gün mən də onu öz tələbələrimə ötürürəm. Təvazökarlıqdan kənara çıxmaq istəməzdim, amma etiraf etməliyəm ki, dünyada boks üzrə ən güclü məktəb SSRİ məktəbi olub.

Mən 4 il SSRİ Yığma Komandasının tərkibində olmuşam. Bu, çox çətin və eyni zamanda çox dəyərli bir məktəb idi. Orada qazandığım bilik və təcrübəni bu gün tələbələrimlə bölüşürəm.

– İdman karyeranız ərzində heç vaxt unutmayacağınız bir anı bizimlə bölüşə bilərsinizmi?

– İdman karyeramda yadda qalan ən maraqlı hadisələrdən biri 1988-ci ildə baş verib. O zaman ilk dəfə qardaş dövlət olan Türkiyə ilə sərhədlər açıldı və biz ilk olaraq oraya yarışa getdik. Yarış beynəlxalq səviyyəli turnir idi.

İlk döyüşüm İngiltərəli boksçuya qarşı oldu və onu məğlub etdim. İkinci döyüşüm isə dünyanın ən güclü boksçularından biri — Dünya Çempionu, kubalı Mariset Espinoza ilə oldu. Həmin vaxt SSRİ dövrü idi və biz kasıb şəraitdə yaşayırdıq. Yola çıxanda özümlə bir kilo ikra götürmüşdüm ki, bəlkə sata bilərəm. Amma Espinoza ilə qarşılaşmazdan əvvəl qərara gəldim ki, bu ikranı yeməliyəm ki, güc versin.

İkranı yeyib rinqə çıxdım və nəticədə Dünya Çempionu Mariset Espinozanı məğlub etdim. Bu hadisə karyeramda həm qürurverici, həm də yaddaqalan məqamlardan biridir.

– Bəs Azərbaycanlı boksçularla rinqdə keçirdiyiniz görüşlərdən yaddaşınızda ən çox hansı xatirə qalıb?

– Azərbaycanlı boksçularla bağlı yaddaşımda qalan maraqlı və tarixi hadisələrdən biri də ölkəmizdə keçirdiyim döyüşlərlə bağlıdır. Bu günə qədər Azərbaycanda rinqə çıxdığım heç bir döyüşdə məğlub olmamışam.

Ən yaddaqalan hadisələrdən biri isə 1988-ci ilin yanvarında baş verib. Həmin vaxt 30 nəfər azərbaycanlı boksçu ilə birlikdə Ermənistanın Leninakan şəhərində keçirilən Zaqafqaziya çempionatında iştirak edirdik. Təəssüf ki, orada 29 boksçumuz müxtəlif səbəblərlə uduzduruldu. Yalnız mən sona qədər döyüşdüm, 4 döyüşdə qalib gəldim və finalda erməni boksçunu məğlub edərək Zaqafqaziya çempionu oldum. Turnirdə qalib gələn yeganə azərbaycanlı mən idim.

Digər bir maraqlı hadisə isə Azərbaycanlı boksçu ilə döyüşüm zamanı baş verdi. Döyüş başlamazdan əvvəl hələ siqnal verilməmişdi, əlimi görüşmək üçün uzatdım. Lakin siqnal verildikdən sonra həmin boksçu gözlənilmədən mənə zərbə endirdi. Bir neçə saniyə ərzində sarsıdıcı zərbələrlə onu nokauta saldım.

Döyüşdən sonra onunla söhbət etdim. Adı Valentin idi. Ondan soruşdum:
— Valentin, niyə belə etdin? Mən sənə əl uzatdım, sən isə mənə zərbə vurdun.

O isə cavab verdi:
— Ebilov, mən bilirdim ki, səni uda bilməyəcəyəm. Ona görə də düşünürdüm ki, bəlkə ilk zərbə ilə səni yıxa bilərəm. Amma əksinə oldu…

Bu hadisə həm mənim üçün, həm də Azərbaycan boksu tarixində maraqlı və unudulmaz xatirələrdən biri olaraq qalıb.

 -Boksla məşğul olan gənclərə  nə tövsiyə edərdiniz? Uğur üçün əsas faktor sizcə nədir?

– Mənim gənclərə ən böyük tövsiyəm budur: heç vaxt zəhmətdən çəkinməsinlər. Dünya, Avropa və Olimpiya çempionları da vaxtilə elə sizin kimi uşaqlar olublar. Onları bu səviyyəyə çatdıran yalnız əzmkarlıq və fədakarlıqdır. Hər bir uğurun arxasında ağır məşqlər, dözüm və qətiyyət dayanır.

Tələbələrimə də daim deyirəm: “Əziyyət yerdə qalmır”. Dünya və Olimpiya çempionları o zirvəyə əziyyətsiz qalxmayıblar. Onlar çalışıblar, dözüblər, yorulmayıblar və sonda zəhmətlərinin bəhrəsini görüblər. Əgər sən də bu yolda əzmkarlıq göstərsən, səni də heç bir uğurdan heç nə ayıra bilməz.

Uğurun əsas sirri – səbir, intizam, və əzmkarlıqdır.

– Gələcək planlarınız nələrdir?

– Yaxın keçmişdə mənim haqqımda bir qəzetdə məqalə dərc olunmuşdu. Məqalənin başlığı belə idi: “Möhürümü vurub təqaüdə çıxacağam”. Hazırda əsas planım – bir Olimpiya medalı qazandırmaqdır. İnşallah, bu arzumu reallaşdırandan sonra təqaüdə çıxmağı düşünürəm.

Bu günə qədər çalışdığım müddətdə dünya, Avropa və Olimpiya medalçıları yetişdirmişəm. Bu, mənim üçün böyük qürurdur.

Dövlətimizdən və cənab Prezidentdən çox razıyam. Əldə etdiyim nəticələr hər zaman dəyərləndirilib və qiymətləndirilib. Bu da mənə əlavə motivasiya verir ki, sonadək əzmlə çalışım və ölkəmə daha böyük uğurlar qazandırım.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see236

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see190

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see150

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see148

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see141

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see138

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see132

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see131

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see131

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see130

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see129

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri