Icma.az
close
up
RU
İkseldə dörd pəncərəni birləşdirən mənzərə

İkseldə dörd pəncərəni birləşdirən mənzərə

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizdən ötrü maraqlısı isə bu qəsəbədə dünyaya gələn şəxsiyyətlərdir. Onlardan dördünü xüsusilə xatırlamaq lazımdır:
- fransız memar Ogüst Perre (1874-1954) - atası Fransadan Belçikaya dövrün ictimai-siyasi şəraiti səbəbi ilə məcburən köçdüyü üçün gələcəyin memarı burada - İkseldə doğulub. O bir sıra nəfis memarlıq əsəri ilə yanaşı Parisdə ilk ar-deko üslublu tikilinin - Şanz-Elize Teatrı binasının (1913) layihə müəllifidir;

(Ogüst Perre)

(Paris şəhərində Şanz-Elize Teatrı)
- argentinalı yazıçı Xulio Kortasar (1914-1984) - atası Xulio Xose Argentinanın Belçikadakı səfirliyində işlədiyi üçün gələcəyin dünyaca məşhur yazıçısı İkseldə dünyaya göz açıb. Hərçənd elə həmin il Belçika Almaniya tərəfindən ələ keçirilir. Ailə İsveçrənin Sürix şəhərinə qaçmağa məcbur qalır. Onlar öz vətənləri Argentinaya yenidən yalnız 1919-cu ildə qayıdırlar. 1920-ci ildə isə Xulionun atası ailəni başsız qoyaraq naməlum yerə çıxıb gedir. Xulio Kortasar sonralar atasını heç vaxt görməyib. Gələcəyin ədəbiyyat nəhəngini anası yetişdirib;


(Xulio Kortasar)
- britaniyalı aktrisa Odri Hepbern (1929-1993) - onun atası almanəsilli ingilis Cozef, anası isə niderlandlı Ella idi. Cütlük 1926-cı ildə Niderlandın müstəmləkə qurduğu İndoneziyada evlənib. Tezliklə Avropaya qayıdıblar. Nəhayət, İkseldə məskən salıblar. Qızları - gələcəyin parlaq kino ulduzu Odri məhz bu qəsəbədə doğulub;

(Odri Hepbern anası Ella ilə)

(Odri Hepbern "Tiffani"də səhər yeməyi" (1961) filmində)
- belçikalı cazmen Mark Mulan (1942-2008) - o, sosioloq Leo Mulan və şairə Janin Mulanın oğludur. Mark solo yaradıcılığı ilə yanaşı "Placebo" adlı caz-rok və caz-füjn musiqi qrupunda maraqlı əsərlər meydana gətirib.

(Mark Mulan)

(Mark Mulan (soldan ikinci) musiqiçi həmkarları ilə)

Bu dörd şəxsin müştərək nöqtəsi təkcə İksel şəhərində doğulmaları deyil. Onların həyatlarındakı müəyyən tarixlər, habelə yaşadıqları başqa şəhərlər üzrə də qəribə oxşarlıqlar var. Məsələn, Ogüst Perre ilə Xulio Kortasarın təvəllüd və vəfat tarixlərinin hər biri "4" rəqəmi ilə başa çatır. Ogüst fevralın 12-də dünyaya gəlib, Xulio isə məhz həmin gündə dünyadan köçüb. İkisi də Parisdə gözlərini əbədi yumub, ikisi də bu şəhərdəki Monparnas qəbiristanlığında torpağa tapşırılıblar. Eyni zamanda, Ogüstün həyat yoldaşı Janna Kordonun öldüyü 1963-cü ildə Xulionun ən məşhur əsəri ("Xana-xana oyunu") ilk dəfə çapdan çıxıb...
Başqa oxşarlıqlar da sadalaya bilərik: Odri Hepbernin anası Ellanın vəfat tarixi (26 avqust 1984) Xulio Kortasarın həm ad günü (26 avqust) , həm də vəfat ili (1984) ilə "haçalanaraq" kəsişir. Eyni zamanda, Xulio ilk uşaqlıq illərini İsveçrənin Sürix şəhərində keçirib, Odri Hepbern isə bu ölkədəki Toloşna qəsəbəsində dünyadan köçüb...
Musiqiçi Mark Mulanın ömründə isə öz həmşəhərlərinin həyatları ilə kəsişən iki tarix nəzərə çarpır: o da məhz Xulio Kortasar təki avqustda (16-sı) doğulub. Vəfat günü (26 sentyabr) də Xulionun doğum günü ilə eyni rəqəmdə qərarlaşıb. Mark Mulan cazmen idi, Xulio isə əsl caz həvəskarı idi...
Bu dörd şəxs vaxtı ikən eyni şəhərdə doğulubsa da, eyni dövrdə yaşayanlar belə, yəqin ki, bir-birini görüb şəxsən tanımayıblar. Hər halda, maraqlı oxşarlıqlar hesabına onları xəyalən bir yerə gətirmək, "görüşdürmək" insanın qeyri-ixtiyari xoşuna gəlir...
Firudin Həmidli
(Yazının əsas fotosunun dizaynı da müəllifə məxsusdur)
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 Fevral 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri