Icma.az
close
up
RU
İki qitəni birləşdirən, dörd imperiyanın PAYTAXTI

İki qitəni birləşdirən, dörd imperiyanın PAYTAXTI

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə artıq dünya turizminin mərkəzlərindən birinə çevrilib və bu, heç kimə sirr deyil. Bunun əsas səbəblərindən biri də qardaş ölkədə turizm xidmətinin yüksək səviyyədə qurulmasıdır.
Turistləri cəlb edən yalnız möhtəşəm təbiət mənzərələri deyil. Bu ölkənin zəngin tarixi, mədəniyyəti, istiqanlı insanları, qonaqpərvərliyi, zəngin və rəngarəng mətbəxi, bir-birindən ləziz şirniyyatları və peşəkar xidmət sektoru Türkiyəni fərqləndirən əsas amillərdəndir.
Antalya sahilləri, Kapadokyanın səmaya yüksələn qayaları, Efesin əzəmətli sütunları, Pamukkalenin ağ terrası, Mardinin daş küçələri - hər biri fərqli bir tarix danışır.
İlin hansı fəslində səfər etməyindən asılı olmayaraq, Türkiyənin istənilən bölgəsində səni yeni bir təbiət möcüzəsi qarşılayır. Bu ecazkar məkandan doymaq mümkün deyil - hər səfər yeni bir hekayə, yeni bir təəssürat deməkdir. Budəfəki səfərimiz bütün müsəlman dünyasının müqəddəs ayı, 11 ayın sultanı Ramazana dəng gəldi. Ramazanda Türkiyə bir başqa aləmdir.

Türkiyənin turizm nəbzi


Türkiyənin turizm ölkəsi kimi uğurlatında dövlət strategiyası mühüm rol oynayır. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və onun nəzdində fəaliyyət göstərən Turizm Tanıtım və İnkişaf Agentliyi (TGA) ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılmasında xüsusi paya malikdir.
“GoTürkiye” platforması, rəqəmsal kampaniyalar, beynəlxalq sərgilər və media əməkdaşlıqları turizm sektorunun davamlı inkişafına təkan verir. Mədəni irsin qorunması və regional turizmin canlandırılması istiqamətində görülən işlər nəticəsində Türkiyə son illərdə dünyanın ən çox ziyarət edilən ölkələri sırasında özünəlayiq yer tutub.

İstanbul-tarixin və mədəniyyətin qovşağı


Tarixin və mədəniyyətin qovşağı olan İstanbul Türkiyənin 81 vilayətindən biridir və ölkənin ən böyük şəhəridir. Əhalisi 16 milyona yaxındır. Şəhər iqtisadi gücünə görə dünyada ön sıralarda yer alır və Avropanın ən böyük metropollarından hesab olunur.
Mərmərə dənizi və Bosfor sahili boyunca uzanan bu qitələrarası şəhərin Avropa hissəsi “Avrupa Yakası”, Asiya hissəsi isə “Anadolu Yakası” adlanır. Bu adlar bir çox tamaşaçıya "Avrupa Yakası" serialını xatırladır. Ssenarisini yazdığı və baş rolunu Gülse Birselin canlandırdığı bu ekran əsəri illər keçsə də, həm Türkiyədə, həm də Azərbaycanda sevilərək izlənilir.

4 imperiyanın paytaxtı


İstanbul dünyanın ən qədim şəhərlərindən biridir. 330–395-ci illərdə Roma İmperiyasına, 395–1204 və 1261–1453-cü illərdə Bizans İmperiyasına, 1204–1261-ci illərdə Latın İmperiyasına, 1453–1922-ci illərdə isə Osmanlı İmperiyasına paytaxtlıq edib.
Şəhərin qədim adı Vizantiya olub. Osmanlı dövründə Konstantiniyyə və İstanbul adlandırılıb. 13 oktyabr 1923-cü ildə paytaxt statusu Ankaraya verilsə də, İstanbul bu gün də ölkənin ticarət, sənaye, təhsil, mədəniyyət və turizm mərkəzi olaraq qalır.
Qara dənizlə Mərmərə dənizini birləşdirən və Asiya ilə Avropanı ayıran Bosfor şəhərə misilsiz geosiyasi əhəmiyyət qazandırır.

İstanbulun inciləri


İstanbul həm də möhtəşəm memarlıq inciləri ilə seçilir: Sultan Əhməd Məscidi, Ayasofya, Taksim Meydanı, Eyüp Sultan Məscidi və Dolmabaxça Sarayı şəhərin simvollarındandır.
Dörd imperiyanın paytaxtı olmuş, iki qitəni birləşdirən bu sirli və möcüzəli şəhər hər kəs üçün fərqlidir.  Burada hər daşın, hər küçənin, hər səmanın altında bir tarix yatır.
Sadəcə, gəlib görmək və hiss etmək məsləhətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri