Icma.az
close
up
RU
“İKTA bilməlidir ki, ölkəmizdə sürətli internetə əlçatanlıq deyilən problem bitib” Osman Gündüz

“İKTA bilməlidir ki, ölkəmizdə sürətli internetə əlçatanlıq deyilən problem bitib” Osman Gündüz

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dağın başında, daxmada yaşayan bir kəndliyə zorla 100 Mb/s internet xidməti verərək internet sürətilə bağlı hansısa beynəlxalq reytinqdə yüksəlməyimizi elan etmək İKTA-ya yaraşırmı?

Gununsesi.info xəbər verir ki, bu sözləri “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz “Facebook” hesabında yazıb.

İKTA növbəti araşdırmasını, internetin sürətilə bağlı beynəlxalq müqayisəyə söykənən təhlilini təqdim edib. Elə bir ictimai əhəmiyyət kəsb edən mövzu olmasa da, görünür ki üzərində xeyli çalışıblar . Əziyyəti olanlara təşəkkür edirik.

Bununla belə, sektorun tənzimləyici qurumunun diqqətinə bir daha çatdırmaq istərdik ki, indiki halda ictimai əhəmiyyət kəsb edən məsələ sürət deyil, sürətin seçimdir, daha doğrusu tələbata uyğun sürətlərin seçimidir. Hazırda ölkədə belə bir seçim məhdudlaşdırılıb. Provayderlər separat sövdələşmə edərək eyni anda minimal tarifləri qaldırıb və vətəndaşların seçim imkanı məhdudlaşıb.

Doğrudanmı İKTA müşahidə edə bilmir ki, sosial mediadakı minlərlə insanın müzakirələri , İKTA-ya və Antiinhisara olan yüzlərlə müraciətlər sürətli internetə əlçatanlığı yox, tələbata uyğun sürət seçə bilməməklə bağlıdır.

Dağın başında olan tənha bir qocaya, heç bir imkanı olmayan, sahibkarlıqla məşğul olmayan və tələbatı olmayan kəndliyə zorla 100Mb/s xidmət verib , bununla da internet sürətilə bağlı hansısa beynəlxalq reytinqdə yüksəldiyimizi elan etməyi İKTA-ya və orada əyləşən dostlarımıza da yaraşdırmıram.

İKTA fərqində olmalıdır ki, artıq ölkəmizdə sürətli internetə əlçatanlıq deyilən problem bitib.
Bu mövzu artıq qapanıb. Sağ olsunlar, on illərlə həll olunmayan problemi RİNN həll edə bilib.Təkrar edirəm, nəhəng iş görülüb.
Artıq kimə, harada böyük sürət lazımdır heç bir problem yoxdur. Provayderlər hətta 1 Gb/s verə bilərik deyə mesajlar verirlər.

Belə bir anda İKTA kimi tənzimləyici bir qurumun internet sürətilə bağlı təhlil aparması qəribə görsənir və ağlabatan bir şey deyil.
İKTA indiki anda ölkədə tələbata uyğun internet sürətlərinin mövcudluğu ilə bağlı, yəni vətəndaşlamızın özünə lazım olan sürətləri seçmək imkanının olması ilə bağlı, qonşu ölkələr və dünyada internet qiymətləri ilə bağlı müqayisəli təhlillər aparsa daha məntiqli, daha faydalı, daha ağlabatan olardı.

Bir daha vurğulamaq istərdim ki, son zamanlar bir neçə faydalı addımları olan İKTA əməkdaşlarının əziyyəti hesabına başa gələn internet sürəti ilə bağlı təhlilini aşağılamaq məqsədimiz yoxdur, bu, doğru və ədalətli olmazdı.

Amma İKTA fərqində olmalıdır ki, ilin-günün bu vaxtında vətəndaşlarımız regionlarda nə üçün internetdən imtina edirlər və yaxud nə üçün “şərikli internetə” üz tuturlar.
İKTA bilməlidir ki, internet ictimaiyyəti indiki anda nə tələb edir, internet istifadəçilərini nə maraqlandırır.

Ümid edək növbəti addımlarda daha çox ictimai əhəmiyyət kəsb edən məsələlərə diqqət yetiriləcək.

Osman Gündüz

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:250
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2024 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri