Icma.az
close
up
RU
İKTA: “E Şikayət” indeksləri internet provayderləri arasında xidmət keyfiyyəti fərqlərini üzə çıxarır

İKTA: “E Şikayət” indeksləri internet provayderləri arasında xidmət keyfiyyəti fərqlərini üzə çıxarır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” platforması əsasında 2025-ci il üzrə açıqladığı rüblük göstəricilər internet provayderləri arasında xidmət keyfiyyəti və istehlakçı müraciətlərinə münasibətdə ciddi fərqlərin mövcud olduğunu ortaya qoyur.

Agentliyin yaydığı məlumata görə, şikayət indeksi və müraciətlərə orta cavablandırma müddəti istehlakçılar üçün şəffaf informasiya mənbəyi olmaqla yanaşı, bazarda reputasiyaya əsaslanan və rəqabəti gücləndirən təsirli mexanizmə çevrilib. Bu göstəricilər provayderlərin xidmət səviyyəsini açıq şəkildə müqayisə etməyə imkan yaradır.

Şikayət indeksi üzrə göstəricilərini yaxşılaşdıran provayderlər

2025-ci ilin nəticələrinə əsasən, “Aztelekom”, “Selnet” və GSP MMC-lər Şikayət indeksinin yaxşılaşması üzrə ən nəzərəçarpan internet servis provayderləri (İSP) seçiliblər. Hər üç provayderdə şikayət indeksinin azalması və müraciətləri cavablandırma müddətinin 3-4 günə qədər endirilməsi şikayətlərin idarə olunması mexanizmlərinin effektivliyini göstərir.

Az şikayət, lakin gec cavab

“Uninet” (Citynet) MMC il ərzində ən aşağı şikayət indeksinə (0,41 – 0,60 intervalında) malik provayderlərdən biri olub. Bununla yanaşı, bəzi rüblərdə müraciətlərə cavablandırma müddətinin 8-11 gün arasında dəyişməsi reaksiya sürətinin artırılmasına ehtiyac olduğunu göstərir. Mütəxəssislər hesab edirlər ki, abunəçi sayı artdıqca bu vəziyyət risk yarada bilər.

Sürətli cavab, lakin davamlı problemlər

“Eurosel” MMC müraciətlərə əsasən 2-3 gün ərzində cavab versə də, 2025-ci ilin IV rübündə şikayət indeksinin 8,61-ə yüksəlməsi provayderin sistemli xidmət problemləri ilə üzləşdiyini göstərir. Bu hal “tez cavab verilir, lakin problem tam həll olunmur” modelinin tipik nümunəsi kimi dəyərləndirilir.

Ən riskli provayderlər

“Uplink” MMC, eləcə də IV rübdə siyahıya daxil edilən “Flexnet” və “Sline” MMC-lər həm yüksək şikayət indeksləri, həm də uzun cavablandırma müddətləri ilə bazarda ən problemli provayderlər sırasında yer alıb. Xüsusilə “Uplink” provayderində bəzi rüblərdə cavablandırma müddətinin 30 günə qədər uzanması istehlakçı hüquqları baxımından ciddi narahatlıq doğurur.

Ümumi mənzərə

İKTA-nın açıqladığı “E-Şikayət” indeksləri göstərir ki, istehlakçı məmnuniyyəti yalnız şikayətlərin sayı ilə deyil, onlara nə qədər tez və effektiv reaksiya verilməsi ilə ölçülür. Şəffaflıq mexanizmi artıq real təsir gücünə malikdir və provayderlərin bazardakı davranışına birbaşa təsir göstərir. İstehlakçılar isə provayderləri təkcə tariflərə görə deyil, xidmət keyfiyyəti və cavab sürətinə əsasən də müqayisə etmək imkanı qazanırlar.

İKTA bildirir ki, bu mexanizm vasitəsilə bazarda keyfiyyətə əsaslanan rəqabətin təşviqi davam etdiriləcək və provayderlər xidmət səviyyəsini davamlı şəkildə yaxşılaşdırmağa çağırılır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri