Icma.az
close
up
RU
İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, hesabatda 2026-cı ilin III rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb. Belə ki, 2026-cı ilin II rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operatorun, yaxud provayderin indeksindəki dəyişiklik dinamikası müəyyən olunub.

Eyni zamanda, hesabatda təqdim edilən şikayətlərin orta cavablandırılma müddəti “E-Şikayət” sisteminə 2026-cı ilin III rübündə daxil olan müraciətlərin telekommunikasiya operator və provayderləri tərəfindən icra müddətini əks etdirir.

İKTA bəyan edir edir ki, ictimai nəzarətin formalaşması, şəffaflığın təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanması zəruri addımdır. Bu, telekommunikasiya sektorunda real mənzərəni müəyyən etməyə, tənzimlənmə prosesini daha asan və tez həyata keçirməyə imkan yaradacaq.

Qeyd edək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. Bu günədək vətəndaşlar tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 17 min 200-dən artıq müraciət daxil olub.

Agentlik telekommunikasiya xidmətlərində çətinliklər yarandıqda istifadəçilərə ilk növbədə öz xidmət təchizatçılarının rəsmi əlaqə vasitələrinə müraciət etməyi, ehtiyac yarandığı təqdirdə isə “mygov” platforması üzərindən İKTA-nın “İstifadəçilərin öz internet servis provayderlərindən və mobil operatorlarından və poçt rabitəsi operatorlarından onlayn şikayət etməsi” xidmətindən (“E-Şikayət”) yararlanmağı məsləhət görür.

Agentlik şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatının dərcinin davamlı olacağını və geniş ictimaiyyətə rüblük təqdim ediləcəyini bir daha bəyan edir. İKTA gələcək fəaliyyətində bu cür ictimai iştirakçılıq vasitələrindən tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasında geniş istifadəni strateji məqsədlərindən biri olaraq müəyyənləşdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2026 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri