İKTA provayderlər ilə payız qış mövsümünə hazırlığı müzakirə etdi
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) mobil və sabit telekommunikasiya operatorları, həmçinin iri internet servis provayderlərinin iştirakı ilə 2025 – 2026-cı illər payız-qış mövsümünə hazırlıqla bağlı görüş keçirilib.
Bu barədə "Unikal"a İKTA-dan məlumat verilib.
Toplantıda şəbəkələrin dayanıqlığının təmin olunması, ekstremal hava şəraitinin təsirlərinə qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi və xidmətlərin fasiləsizliyinin qorunması məsələləri müzakirə olunub.
Görüş zamanı operatorlar mövsümlə bağlı aparılmış hazırlıq işləri, mövcud çətinliklər və ehtiyac duyulan resurslar barədə məlumat veriblər. İKTA tərəfindən infrastrukturun ehtiyat bağlantılarla gücləndirilməsi, enerji təminatının (generator, UPS) tam hazır vəziyyətə gətirilməsi, açıq hava avadanlıqlarında izolyasiya işlərinin aparılması, həmçinin xidmətin keyfiyyət indikatorlarının 24/7 nəzarətdə saxlanılmasının vacibliyi xüsusi vurğulanıb.
Agentlik qüllə və kabel təsərrüfatlarının qışa hazırlığı, fövqəladə hallarda operativ reaksiya qruplarının formalaşdırılması, sərhədyanı ərazilərdə arzu olunmayan rouminq risklərinin azaldılması, eləcə də istifadəçilər üçün qabaqlayıcı SMS xəbərdarlıqlarının təmin edilməsi ilə bağlı operatorlara əlavə tövsiyələr verib. Bildirilib ki, qış mövsümündə telekommunikasiya xidmətlərinin fasiləsiz, təhlükəsiz və dayanıqlı təmin olunması ilə əlaqədar “Payız-qış mövsümünə hazırlıq üzrə tədbirlər planı” çərçivəsində operatorlar tərəfindən görülən işlərin nəticələrinin müzakirəsi məqsədilə mövsüm ərzində dövri görüşlərin keçirilməsi və nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Noyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















