Yasamalda payız qış mövsümünə hazırlıq məsələləri müzakirə edilib FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Yasamal Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq məsələlərinə dair müşavirə keçirilib.
"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sədrliyi ilə keçirilən iclasda payız-qış mövsümünə hazırlıq səviyyəsi ətraflı şəkildə müzakirə edilib. Rayon İcra Hakimiyyətinin başçısı bu işdə xüsusən kommunal xidmət rəhbərlərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Müşavirədə çıxış edən Yasamal rayon MKTB-nin rəisi Vüsal Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov qışa hazırlıqla bağlı aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələri qeyd etdilər. İclasda müvafiq tapşırıqlar verilildi və Yasamal rayonunda aparılan abadlıq-quruculuq, kommunal xidmətlər, yaşıllaşdırma işlərinin mövcud vəziyyəti müzakirə olundu və bu işlərin sürətləndirilməsi qərarlaşdırıldı.
Müşavirədə çıxış edən idarə, qurum və təşkilat nümayəndələri onları narahat edən suallar verdilər və üzləşdikləri çətinliklər barədə danışdılar.
Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlıq, abadlıq-quruculuq və təmizlik işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verildi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 18 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















