Il Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər VİDEO
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 avqust, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları avqustun 23-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.
Sonra Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edib və gül dəstələri qoyublar.
Beynəlxalq Multikulturalizm Gənclər Forumunun iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər qoyublar.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ICESCO ilə birgə avqustun 22-27-də II Beynəlxalq Multikulturalizm Gənclər Forumunu keçirir. Foruma dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılıb. Bakı, Xankəndi və Şuşa şəhərlərində keçirilən Forum çərçivəsində panel müzakirələri, interaktiv sessiyalar və təlim proqramlarının təşkili nəzərdə tutulur. İştirakçılar, eyni zamanda, Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında mədəni irsin vəziyyəti və aparılan quruculuq işləri ilə yaxından tanış olacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 23 Avqust 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















