Icma.az
close
up
RU
İlahi həqiqətin elmi abidəsi: Nəsimi sözünün ensiklopedik təqdimatı

İlahi həqiqətin elmi abidəsi: Nəsimi sözünün ensiklopedik təqdimatı

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan elmi və mədəni fikrində elə əsərlər var ki, onlar yalnız kitab deyil, bütöv bir dövrün başlanğıcıdır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın müəllifi olduğu 3 cildlik “Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti” məhz bu qəbildəndir. Bu əsər yalnız lüğət deyil – Nəsimi dünyasının dil, fikir və irfan atlasıdır.

Bu fikirləri AZƏRTAC-a filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli söyləyib. O qeyd edib ki, bu fundamental tədqiqat Nəsimi irsini söz səviyyəsində yenidən oxumağa imkan yaradır. Lüğətdə 5113 sözün izahı verilib, onların zahiri və batini mənaları ardıcıl şəkildə açıqlanıb. Bu isə oxucuya Nəsimini yalnız şair kimi deyil, söz vasitəsilə kainatı idrak və təfsir edən mütəfəkkir kimi dərk etməyə imkan verir.

“Lareybə illa vəchəhu” – “Ondan başqa hər şey məhv olacaq” ifadəsi “Qurani-Kərim”in Qasas surəsindən götürülüb. Nəsimi bu ayəni poeziyasında işlədərək belə deyir: “Külli-şey’un halikə lareybə illa vəchəhu”. Burada ayə artıq sitat fəlsəfi ideyanın mərkəzinə çevrilir. “Leysə kəmislihi şey’” – “Onun bənzəri yoxdur” ifadəsi də həm Qurani mənada, həm də poetik transformasiyada təqdim olunur. Bu isə lüğətin yalnız dilçilik deyil, həmçinin təfsir xarakteri daşıdığını göstərir.

Hədislər də lüğətdə xüsusi yer tutur. Həzrət Əli ilə bağlı işlənən “Ləhmikə ləhmi, qanə qanım” ifadəsi ilahi və insani vəhdətin poetik ifadəsinə çevrilir. “Layənam” ifadəsi isə Allahın daim oyaq və hər şeyi bilən varlıq olduğunu göstərir”, - deyə professor bildirib.

Lüğətdəki frazeoloji ifadələrin də diqqət çəkdiyini deyən alim deyib: “Leysə fiddar ğeyrahu dəyyar” – “Evdə Ondan başqa heç kim yoxdur” ifadəsi kainatın vahid sahibinin Allah olduğunu bildirir və Nəsimi fəlsəfəsinin əsasını təşkil edir. Lüğətdə sözlərin həm zahiri, həm də batini qatları açılır. “Nar” artıq sadəcə od deyil, ilahi eşqdir. “Ləb” sadəcə dodaq deyil, ilahi kəlamın mənbəyidir. Bu isə göstərir ki, Nəsimi poeziyasında söz həqiqətin özüdür”.

İ.Məmmədli əlavə edib ki, bu əsər həm də Azərbaycan dil tarixinin zənginliyini ortaya qoyur. Orta əsr Azərbaycan türkcəsinin leksik sistemi, terminologiyası və poetik imkanları burada geniş şəkildə əks olunub: “Nəticə etibarilə bu lüğət sözün, mənanın və ilahi həqiqətin qovuşduğu elmi abidəsi kimi qarşımızda durur. Bu əsər Nəsimini anlamaq üçün açardır və Azərbaycan lüğətçiliyində yeni mərhələnin başlanğıcıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri