Icma.az
close
up
RU
Nəsimi Bağları Kompleksində “Nəsimi dastanı” baletinin təqdimatı olub

Nəsimi Bağları Kompleksində “Nəsimi dastanı” baletinin təqdimatı olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şamaxı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində davam edən 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında bədii proqram və “Nəsimi dastanı” baletinin yeni quruluşda təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Nəsiminin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında xüsusi rol oynadığını bildirib. O, vurğulayıb ki, şairin yaradıcılığı həm dilimizin zənginləşməsinə, həm də xalqımızın mənəvi dəyərlərinin formalaşmasına böyük təsir göstərib.

Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov Nəsimi festivalının Şamaxının mədəni həyatında xüsusi əhəmiyyətə malik olduğunu deyib. O qeyd edib ki, festival Nəsimi irsinin qorunub saxlanılması və şairin yaradıcılığının müxtəlif incəsənət növlərində təqdim edilməsində mühüm rol oynayır.

Balet artisti, teatr rejissoru və prodüseri Andris Liepa bildirib ki, “Nəsimi dastanı” baleti Nəsiminin yaradıcılığının mənəvi və estetik dəyərlərini tamaşaçılara çatdırmaq məqsədilə xüsusi hazırlanıb. O, vurğulayıb ki, baletin yeni quruluşunda xoreoqrafiya və musiqi həlli şairin ideyalarını müasir incəsənət dili ilə ifadə etməyə imkan yaradır.

Səhnədə Rüfət Xəlilzadənin bədii rəhbərliyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı “Sufi” rəqsini təqdim edib.

Daha sonra Əməkdar artist Sevda Ələkbərzadə “Mərhaba, xoş gəldin” deyib.

Tanınmış müğənni Çingiz Mustafayev isə “Qafil, oyan” ifasını səsləndirib.

Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm qrupu, tanınmış müğənni AISEL, Əməkdar artist Elnur Mikayılov (kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdimatında isə “Dönməzəm” dinlənilib.

Festivalda səbirsizliklə gözlənilən təqdimatlardan biri də “Nəsimi dastanı” baletinin yeni quruluşda nümayişi olub.

Dahi bəstəkar Fikrət Əmirovun ölməz əsərinin yeni quruluşu tanınmış balet artisti, teatr rejissoru və prodüseri Andris Liepanın rejissorluğu ilə səhnələşdirilib. Balet Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunub. Baletin quruluşçu xoreoqrafı müxtəlif ölkələrdə fərqli truppalarla işləmiş Patrik De Banadır.

Xatırladaq ki, Fikrət Əmirovun Nəsimiyə həsr etdiyi “Nəsimi dastanı” 1973-cü ildə yazılıb. Librettonun müəllifi yazıçı Anardır. Balet ilk dəfə 1973-cü il sentyabr 23-də nümayiş olunub. Bu əsər tamaşaçıların böyük rəğbətini qazanıb və premyeradan bir qədər sonra, 1974-cü ildə Respublika Dövlət Mükafatına layiq görülüb.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı Şərqin dahi şair və mütəfəkkirlərindən biri olmuş İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilərək şeir və incəsənətin yaşadılması məqsədi daşıyır. Böyük şairin şeirləri yalnız möhtəşəm söz ustalığı nümunələri deyil, onlar bu gün də öz məna qüvvəsi ilə aktuallığını qoruyub saxlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri