İlahiyyat İnstitutunun əməkdaşları beynəlxalq təkmilləşdirmə proqramında iştirak ediblər
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli və ali təhsil müəssisəsinin doktorantı Fərhad Ələkbərov Malayziya Ali Təhsildə İdarəetmə Akademiyası və Malayziya Beynəlxalq İslam Universitetinin birgə təşkil etdikləri Qlobal Akademik Liderlik Təkmilləşdirmə Proqramında iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, proqramın məqsədi alimlərin liderlik xüsusiyyətlərini inkişaf etdirmək, qloballaşan dünyanın yeni çağırışlarına uyğun aktiv strategiyalar formalaşdıra biləcək akademik liderlər yetişdirməkdir.
Tədbirdə 21 ölkədən müxtəlif elm sahələri üzrə ixtisaslaşmış 60-dan çox gənc alim iştirak edib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 14 Noyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















