Icma.az
close
up
RU
Coğrafiya İnstitutunun əməkdaşları regional tədbirlərdə iştirak ediblər

Coğrafiya İnstitutunun əməkdaşları regional tədbirlərdə iştirak ediblər

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, eləcə də Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun 80 illik yubileyi ilə əlaqədar bu elmi müəssisənin bir qrup əməkdaşı Cəlilabad və Lənkəran rayonlarına səfər edib və regional tədbirlərdə iştirak edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbirlərdə çıxış edən Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani elm və təhsil arasında inteqrasiyanın növləri, onların perspektivləri, doktorantura təhsil səviyyəsinə gənclərin cəlb olunması və s. məsələlərə aydınlıq gətirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında keçirilən tədbir “Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” mövzusunda həsr edilib. Həmin tədbirdə aqrar üzrə elmlər doktoru Çingiz Gülalıyev “Cəlilabad rayonunun torpaq resursu və ondan istifadə imkanları”, dosent Səidə Zeynalova “Cənub bölgəsinin regional planlaşdırılması kontekstində Cəlilabad və Lənkəran rayonlarının geoekoloji potensialı”, dosent İsmayıl Quluyev “Qlobal səhralaşma fonunda Cəlilabad rayonunun torpaq örtüyünün müasir vəziyyəti və qiymətləndirilməsi”, dosent Etibar Bədəlov Lənkəran-Astara iqtisadi rayonunda şəhər əhalisinin demoqrafik inkişaf xüsusiyyətləri”, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev “Şərqi Zəngəzur oronimlərinin nominativ təsnifatı”, Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə “Cəlilabad qədim abidələr yurdudur” mövzularında məruzələr ediblər.

Lənkəran Dövlət Universitetində “Regionlarda elm və təhsilin inteqrasiyası” adlı tədbirdə bu universitetin rektoru professor Natiq İbrahimovla görüş keçirilib. Coğrafiya İnstitutunun əməkdaşlarından dosent Müseyib Yunusov “Respublikamızda elm və təsilin inteqrasiya problemləri”, dosent Solmaz Rzayeva “Lənkəran-Astara iqtisadi rayonunda tibbi-coğrafi baxımdan əhalinin sağlamlığına təsir edən amillərin tədqiqi”, coğrafiya üzrə fəlsəfə doktoru Nicat İmamverdiyev “Azərbaycanda yaşıl enerji transformasiyası: mövcud vəziyyət və inkişaf perspektivləri”, kiçik elmi işçi Nazim Gəraylı “Süni intellekt və GİS: Yeni inteqrasiya imkanları”, dosent Afaq Qasımova “Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının banisidir”, dosent Sənan Əzizov “Lənkəran-Astara iqtisadi rayonunda mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi”, dosent Qorxmaz Ağayev “Lənkəran təbii vilayətində bərpa olunan enerji mənbələrindən istifadə imkanları və gələcək perspektivləri” (geotermal mənbələr nümunəsində) mövzularında məruzələr ediblər.

Tədbirin sonunda qarşılıqlı müzakirələr aparılıb, regional elm və təhsil ilə bağlı suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri