Icma.az
close
up
RU
İlahiyyatçı: Qurban kəsmək borc sayılmaqdan əlavə həm də sosial məsuliyyətdir

İlahiyyatçı: Qurban kəsmək borc sayılmaqdan əlavə həm də sosial məsuliyyətdir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Qurban bayramı İslam aləminin ən əhəmiyyətli dini bayramlarından biridir. Bu bayram müsəlmanların Allah’a yaxınlaşmaq, Ona olan itaət və sevgilərini ifadə etdikləri xüsusi bir gündür. Qurban bayramı həm də paylaşma, yardımlaşma və bir-birinə dəstək olma günüdür. Bayram günlərində insanlar bir-birini ziyarət edir, təbriklərini çatdırır və birlik ruhunu yaşayırlar. Qohumlar, dostlar və qonşular arasında münasibətlər daha da möhkəmlənir. İnsanlar arasında sevgi və mərhəmət duyğuları güclənir. Bayram süfrələri bərəkət və birlik simvoluna çevrilir. Bu günlərdə ehtiyac sahibləri unudulmur, onlara diqqət və qayğı göstərilir. Uşaqlar üçün bu bayram sevinc və hədiyyələrlə dolu unudulmaz xatirələr yaradır. Böyüklər isə bu bayramda keçmişi xatırlayaraq dəyərlərə daha çox bağlanırlar. Bayram namazı və dualar insanlar arasında mənəvi bağları gücləndirir. Qurban bayramı insanın öz vicdanı ilə üz-üzə gəldiyi, təmizlənmək və yenilənmək üçün bir fürsətdir. Bu bayram eyni zamanda mənəvi dayanışma və ruhani yüksəlişin təcəssümüdür. İnsanlar bu gündə kin və küdurəti bir kənara qoyaraq sülh və barışa sarılırlar. Qurban bayramı yalnız dini deyil, insani və mədəni dəyərlərin də yaşadıldığı müqəddəs bir gündür.



Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, Qurban Allaha yaxınlaşmaq deməkdir:


“Qurban kəsmək insanın yaradanı uğrunda, onun rızası üçün malından, varından keçməsi deməkdir. Quranda deyilir ki, sizin qurbanların nə əti, nə də ki, qanı Allaha çatmır. Yalnız sizin sədaqətiniz, təqvanız ona çatır. Qədim Çində uşaqları suya atıb qurban edirdilər. Qədim İranda insanları odda yandıraraq qurban verirdilər. Ümumiyyətlə tarix boyu bəzi xalqlar müxtəlif üsullarla insanları yaradana qurban edirdilər. Allah təala bu adəti ləğv etmək üçün İbrahim Peyğəmbərə öz oğlunu qurban etdiyi röyasını göstərdi. Bizim el sınaqlarında da var ki, yuxu tərsinədir. Yəni bir çox yuxular təsirinə yozulur. İbrahim də öz oğlu İsmayılı qurbangaha götürdü. Allah bununla həm də onları sınağa çəkirdi. Nəhayət ata və oğul öz sədaqətini göstərir, Allaha da onlara heyvan qurbanı kəsməyi əmr edir və qoç göndərir. Lakin ümumilikdə qurban ilk insan dövründən olub. Adəm peyğəmbərin övladlarının da qurban kəsdiyi deyilir. Qurban İslam dinində Həcc ibadətinin tərkib hissəsi olan bir ayindir. Həccdə olan imkanlı şəxslərə qurban kəsmək vacibdir. Eyni zamanda Həccdə olmayan, öz məmləkətində olan imkanı çatan şəxslərə də qurban kəsmək vacibdir. Qurbanın fəlsəfəsi ondan ibarətdir ki, insan malından Allah yolunda qurban etməklə yaradana sadiq olduğunu sübut etsin və yeri gəlsə canını da kəsdiyi qurban kimi fəda etməyə hazır olduğunu ifadə etmiş olsun. Adəm peyğəmbərdən bəri qurban ayini davam edərək bu günə çatıb. Quranda Adəmin övladlarının da qurban kəsdiyi haqda məlumat olsa da əsasən daha mükəmməl şəkildə İbrahim peyğəmbər zamanından mötəbər olan bu ibadət İslam dinində də öz yerini alıb. Allah Həzrət İbrahimin sədaqətini, səmimiyyətini yoxlamaq üçün yuxu vasitəsilə ona oğlu İsmaili qurban etməyi göstərməklə onu bir növ sınağa çəkmiş, imtahan etmişdir. İbrahim də yuxuya uyğun olaraq oğlunun da razılığı ilə onu qurbangaha götürmüşdür. Nəhayət Allah təala onların sadiqliyinə görə insandan deyil, heyvandan qurban ediləcəyini əyan etmiş və rəvayətlərə görə qoç göndərmişdir. Beləcə bu ibadət ənənəyə çevrilərək insanların Allaha yaxınlaşması üçün, eyni zamanda digər insanlara sosial yöndən dəstək olmaq üçün qurban kəsməyə davam ediblər. Həzrət Muhəmməd də bu ibadəti davam etdirmiş, özü də Həcc zamanı yaxud başqa zamanlarda dəvədən, qoyundan qurbanlar kəsib paylayıb. Allahın yaratdığı heyvanı elə yaradıcının da yolunda qurban etmək, fəda etmək, ətini paylaşmaq bu ibadətin əsasını təşkil edir”.


Ekspert vurğulayıb ki, kasıb və imkansız adamlara yardım etmək kimi humanist dəyərlər İslam dinində əsas prinsiplərdəndir:

“Qurban ərəfəsində kimin imkanı varsa Allah yolunda dəvə, inək, camış, keçi və qoyundan qurban kəsə, imkansız zümrəyə paylaya bilər. Kimin də imkanı buna çatmırsa əlində olan digər imkan və vasitələrdən istifadə edərək kasıb təbəqəyə əl tutar, sədəqə verər. İbadəti və onun mahiyyətini təhrif etmək olmaz. Qurban qurban kimi icra edilməlidir. Yəni o şəxsə ki, qurban kəsmək vacibdir, mükəlləfdir, boynuna borc gəlib, gərək mütləq kəssin və paylasın. Yox, onu başqa şeylə əvəz etmək, bu artıq qurban deyil, digər yaxşılıq vasitəsidir. O yaxşılığı da etmək üçün Qurban bayramını gözləmək lazım deyil. İstənilən gündə etmək olar. Yəni, qurban ətinə deyil, başqa şeyə ehtiyacı olan zümrəyə yardım etmək lazımdır, amma bu boynunda qurban vacib olan kəsimin həmin ibadəti təxirə salması bahasına ola bilməz. Qurban kəsmək imkanı çatan bütün müsəlmanlara vacibdir. Demək bütün imkanlı müsəlmanlar qurban kəsib paylasa həmin ərəfədə ehtiyaclı adam qalmaz. Amma bunu hamı etmir. Hətta milyonları olan adam var ki, bircə dəfə də qurban kəsmir. Ona görə də Qurban bayramında sosial nizam pozulur. Yaxud elə müsəlman var ki, ildə bir dəfə dilinə ət dəymir. Maddi imkanı çatan şəxslər kəsib yarısını ailəsi üçün, yarısını da qohum qonşu və kasıblar üçün paylamalıdır. Varlı adamlar digər müsəlman ölkələrində minlərlə heyvan kəsirlər, bu da onların malına bərəkət verir. Bizdə isə varlı adamlar qorxurlar ki, çox kəssələr birdən malları azalar, ziyana düşərlər.


Tural İrfan qeyd edib ki, Qurban bayramı üç gün davam edir:

“İnsanlar qurbangahlarda qurban kəsir, paylayır, aralarında sosial əlaqələri inkişaf etdirirlər. Məclislər, ehsan süfrələri açaraq əsasən həssas təbəqəni dəvət edir, bir - birinə ikram edirlər. Bayram namazları qılınır. Bu zaman yenə də insanlar məsciddə toplaşır, dualar edilir, küsülülər barışır. Yaxşı olar ki, bu günlərdə dünyadan gedənlər də ziyarət edilsin, şəhidlər yada salınsın, dualar oxunsun. Qurban bayramı və Ramazan bayramı İslamda iki əsas bayramdır. Bu bayramlar insanların həmrəyliyi, vəhdəti, sosial cəhətdən yaxınlaşması, aralarında ünsiyyətin artması və yeni əlaqələrin qurulması üçün önəmlidir. Xalqımız da əsrlərdir bu bayramları qeyd edir, yaşadır. Hər bir imkanlı müsəlmana qurban kəsmək vacibdir. Qurban əsasən dəvə, inək, camış, keçi və qoyundan olur. Qoyun və keçi 8 aylıqdan 1 yaşı keçmiş, inək və camış 2 yaşdan sonra, dəvə isə 5 yaşdan sonra kəsilir. Bu heyvan növlərinə və fərqli coğrafiyalarda tez və ya gec ərsəyə gələn heyvanlara görə dəyişə bilər. Kor, şikəst, xəstə heyvan olmaz. Yaxşıdır ki, erkək heyvan olsun. Çünki dişi heyvan bala verdiyi üçün artıma xələl gəlməməlidir. Tövsiyyə budur ki, qurban əti 3 hissəyə bölünür. Bir hissə özü və ailəsi üçün, ikinci hissə qohum və qonşular üçün, digəri isə kasıb və ehtiyacı olanlar üçün. Yəni, bir hissə özünə, digəri hissə hədiyyə, qalan hissə isə sədəqə qismində paylanmalıdır. Bayram namazı da vacibdir. Bayram günü namaz günəş çıxandan bir qədər sonra qılınır. Yaxşı olar ki, bayram namazı açıq havada qılınsın. Qurban kəsmək dini cəhətdən mükəlləf olan müsəlmanlara bir borc sayıldığı kimi eyni zamanda sosial məsuliyyətdir. İnsanların sosial yöndən münasibətlərinin inkişafı üçün bu çox önəmli bir vasitədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see251

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see202

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see190

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see165

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see164

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see146

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see139

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri