Icma.az
close
up
RU
İlahiyyatçıdan Elşad Miriyə REAKSİYA: “Bu cür yanaşma məntiqsizdir”

İlahiyyatçıdan Elşad Miriyə REAKSİYA: “Bu cür yanaşma məntiqsizdir”

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən gün İlahiyyatçı Elşad Mirinin sünnətlə bağlı söylədiyi açıqlama böyük müzakirələrə və qalmaqala səbəb olub. O, Qurani-Kərimdə oğlan uşaqlarının sünnət edilməsinə dair hər hansısa bir fikrin olmadığını vurğulayıb.

Bu, cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bir çox din xadimi və cəmiyyətin əksər hissəsi Elşad Mirinin açıqlamalarını qəbul etməyib və ona ciddi tənqidlər yağdırıblar.

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan ilahiyyatçı Tural İrfanın fikrincə, oğlan uşaqlarını sünnət etmək İslam dinində tövsiyə edilən ənənələrdəndir.

“Bunun kökü Həzrət İbrahim (ə) peyğəmbərdən gəlir. Yəhudilər indi də bu ənənəni yaşadırlar. Həzrət İsa (ə) peyğəmbər hətta dünyaya gəlişindən bir neçə gün sonra sünnət edilib.

Həzrət Muhəmməd (s) də bu ənənəni qoruyub saxlayıb və tövsiyə edib. Amma qəti hökm olaraq vacib buyurmayıb. Lakin təkid olunmuş sünnətlərdəndir.

Quranda bir hökmün olmaması, qeyd olunmaması o demək deyil ki, həmin qaydaya əməl etməmək lazımdır. Quran konkret kitabdır və dinin istiqamətini, ideologiyasını açıqlayan lakonik əmr və tövsiyələri ehtiva edir. Əxlaq normalarına, davranış və yaşam qaydalarına aid minlərlə nümunə, detal var ki, bunların hamısı Quranda qeyd olunmur.

Məsələn avtobusda qocalara yer vermək Quranda birbaşa qeyd olunmayıbsa, bunu etməməliyik anlamına gəlmir. Quranda qocalara və valideynlərə ehtiram göstərmək ümumi şəkildə vurğulanıb. Bu da bizə göstərir ki, qocalara qayğı göstərmək, onlara hörmət etmək vacibdir. Bütün bu məsələlərin Quranda bir-bir izah edilməsinə ehtiyac yoxdur”, – deyə o əlavə edib.

İlahiyyatçının sözlərinə görə, sünnət haqqında qeyd olunur ki, bu, İbrahim peyğəmbərə əmr olunmuş bir adətdir:

“Hətta o, yaşlı vaxtlarında özünü sünnət edib. İslam da bu ənənəni qüvvədə saxlayıb. Sünnət həm gigiyenik, həm də tibbi baxımdan faydalıdır. Bu barədə mütəxəssislərin də fikirləri var. İslamın yaranmasından bəri bu ənənə davam edir və bütün üləma, müfəssir və İslam hüquqşünasları da bu qaydanı təsdiqləyib və əsaslandırıblar.

İndi 1400 ildən sonra Amerika kəşf etməyə gərək yoxdur. İslam aləmində sünnət etmə adəti müsbət qarşılanır və müsəlmanlar bunu ənənəvi qaydada hətta qeyd edirlər.

Doğrudur, insanın müsəlman olması sünnətlə bağlı deyil. İnsan iman gətirib müsəlman olur, sünnət olmaqla deyil. Lakin Peyğəmbərdən və digər İslam böyüklərindən bu mövzuda kifayət qədər tutarlı hədislər mövcuddur.

Quranda avtobusa minməkdən bəhs edilmir, sadəcə dəvədən söz açılır. İndi bu vəziyyətə görə dəvə alıb ondan istifadə edəkmi? Bu cür yanaşma məntiqsizdir”.

Şəbnəm Rəhimova 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Aprel 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri