Icma.az
close
up
RU
“Dünyada ikinci Kəbə yoxdur” İlahiyyatçıdan REAKSİYA

“Dünyada ikinci Kəbə yoxdur” İlahiyyatçıdan REAKSİYA

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanda İslam dünyasında geniş rezonans doğura biləcək maraqlı bir təşəbbüs irəli sürülüb.

Milli Məclisin deputatı, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Naxçıvanda yerləşən Əshabi-Kəhf ziyarətgahı ərazisində Məkkədəki Kəbənin eynisinin inşa olunmasını təklif edib.

Deputat hesab edir ki, bu təşəbbüs həm Azərbaycanda dini turizmin inkişafına, həm də dünya müsəlmanları üçün daha əlçatan bir ziyarət məkanının yaradılmasına şərait yarada bilər.

Mövzu ilə bağlı Gununsesi.info -ya açıqlama verən ilahiyyatçı Turan İrfan bildirib ki, belə fikirlər müsəlmanlar arasında parçalanmaya, ziddiyətə və dinin təhrifinə cəhd kimi mənfi nəticələrə yol aça bilər:

“İslam dini cahanşümul bir dindir, milli din deyil. Lakin onun milli modeli ola bilər və bu mümkündür. Amma dinin təməllərindən biri olan qibləni dəyişmək həm mümkün deyil, həm də belə fikirlər müsəlmanlar arasında parçalanmaya, ziddiyətə və dinin təhrifinə cəhd kimi mənfi nəticələrə gətirib çıxara bilər. Qiblə və Quran bütün müsəlmanların birmənalı olaraq dəyişməz qəbul etdiyi dəyərlərdir. Kəbənin İslamdakı yeri elə bir statusdadır ki, onu nəinki dəyişmək, hətta bu barədə fikir səsləndirmək absurd görünə bilər. Dünyada ikinci Kəbə yoxdur.

Tarixi mənbələrdə qeyd edilir ki, İslamın zühurundan əvvəl (İslami inanca görə Kəbə Həzrət İbrahim, hətta Həzrət Adəm dövründən mövcuddur) Həbəşistan kralı Əbrəhə Yəməndə yeni Kəbə tikərək nəzir-niyaz və qurbanların axınını öz vilayətinə yönəltmək məqsədilə hazırkı Kəbəni dağıtmağa cəhd etmiş, lakin bu baş tutmamış və ilahi fəlakətə məruz qalmışdır. Bütün müsəlmanlar buna inanır. Hətta son zamanlar əsl Kəbənin guya İordaniyanın Petra şəhərində olduğunu iddia edən yeni bir din ortaya çıxıb. Lakin bu kimi iddialar müsəlman aləmində əlavə çalxantı və narazılıq yaradaraq işin ziyanına səbəb olur”.

Turan İrfan Naxçıvandakı Əshabi-Kəhfin təbiət abidəsi olduğunu vurğulayaraq bildirib ki, Quranda adı çəkilən mağara əhlinin yerləşdiyi güman edilən bir neçə məkan mövcuddur və bunlara Türkiyənin Efes şəhəri də daxildir:

“Ehtimallardan biri də həmin mağaranın məhz Naxçıvanda yerləşdiyini göstərir. Bu məkan həm dini, həm də mədəni baxımdan əhəmiyyətlidir. Lakin oranın ziyarət olunması, təvaf edilməsi və ya orada həcc ayininin icra olunması barədə nə Quranda, nə də İslam Peyğəmbəri tərəfindən hər hansı göstəriş yoxdur.

Əgər belə bir təşəbbüs irəli sürülərsə, bu, bütün müsəlman ölkələrinin ciddi etirazına səbəb olar və böyük bir qalmaqalla nəticələnə bilər.

Ola bilsin ki, hörmətli deputat Qüdrət Həsənquliyev Naxçıvanda yerləşən həmin ziyarətgahın statusunu yüksəltmək və əhəmiyyətini artırmaq məqsədilə bu fikri səsləndirib. Yoxsa o özü də yaxşı bilir ki, biz nə qibləni dəyişə, nə yeni din yarada, nə də İslam ümmətindən ayrıla bilərik.”

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri