Icma.az
close
up
RU
İlaira Katastini: Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər VİDEO

İlaira Katastini: Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər VİDEO

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın “MAIRE” Fondu enerji keçidi ilə bağlı məlumatlılıq səviyyəsini müəyyən etmək üçün Azərbaycanda araşdırma aparıb. Keçirilən sorğularda iki min respondent iştirak edib.

Ölkə.az xəbər verir ki, fondun baş direktoru araşdırma ilə bağlı İlaira Katastini AZƏRTAC-ın suallarını cavablandırıb.

- Bakıda keçirilən COP29-da hansı məqsədlə iştirak edirsiniz?

- Mən keçən il apardığımız araşdırma ilə bağlı COP29 çərçivəsində təqdimat keçirmək üçün Bakıdayam. Enerji keçidi ilə bağlı səriştə və bacarıqların yaradılmasının əhəmiyyəti və təcili olması barədə ölkələrin (onların sayı ümumilikdə on ikidir) məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə Azərbaycanda və Qazaxıstanda olmuşam. Keçən il biz on ölkə ilə bağlı araşdırma aparmağa başladıq. Bunlar İtaliya, Böyük Britaniya, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Hindistan, Türkiyə, Əlcəzair və Çili idi. Bu il isə Azərbaycanla və Qazaxıstanla bağlı araşdırma apardıq və çox maraqlı məqamlar üzə çıxdı.

-Azərbaycanla bağlı araşdırmaların nəticələri barədə nə deyə bilərsiniz?

-Araşdırmalar göstərdi ki, Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər. Müsahibə götürdüyümüz respondentlərinin yarıdan çoxu enerji keçidinin prioritet olduğuna inandıqlarını söyləyib.

-Sizcə nə üçün İtaliya, Böyük Britaniya, ABŞ və Çin ilə müqayisədə Azərbaycanda və Qazaxıstanda daha çox insan enerji keçidini iqlim dəyişmələri ilə mübarizədə vacib hesab edir?

-Biz bu araşdırmanın nəticəsi olaraq gördük ki, bu ölkələrdə yaşayan insanlar enerji keçidinin təkcə ekoloji faydaları deyil, iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması və atmosferə istixana qazı emissiyalarının azaldılması üçün enerji keçidinin mütləq olması, o cümlədən sosial faydaları barədə məlumatlıdırlar.

Məsələn, yeni iş yerlərinin yaradılması, neft-qaz sektorunda və qazıntı yanacaq sektorunda çalışan insanların ixtisasının artırılması bacarıq və səriştə ehtiyacını ödəmək üçün onların təcrübələrini genişləndirə bilər. Bunlar da öz növbəsində qazıntı yanacaqdan bərpaolunan enerjiyə, xətti iqtisadiyyatdan dairəvi iqtisadiyyata və klassik sənaye sahələrindən dayanıqlı sənaye sahələrinə keçid üçün tətbiq oluna bilər. Bu keçid tədricən olmalıdır və onun faydaları da tədricən üzə çıxacaq. Bu araşdırma həm də onu göstərdi ki, müsahibə götürdüyümüz ali təhsili şəxslər, yəni ictimai fikir liderləri və qərar qəbul edən şəxslər bu faydalar barədə məlumatlıdırlar.

- Araşdırmanızı digər ölkələrə də genişləndirməyi planlaşdırırsınızmı?

-Bəli, “MAİRE” qrupunun təsis etdiyi “Fondazione MAİRE” fondu tərəfindən hazırlanmış bu araşdırmanın növbəti illərdə daha da inkişaf etdirilməsinin zəruri olduğunu düşünürük. Bu araşdırmada ölkələrin enerji keçidini dərk etməsi və bu keçidin tələb etdiyi bacarıq və səriştələrin yaradılmasının əhəmiyyəti ilə bağlı məlumatlı olması barədə unikal qlobal perspektiv təqdim olunur.

Bu çərçivə COP29 və gələcək COP tədbirləri kimi konfranslarda strategiyaların formalaşdırılması üçün dəyərli ola bilər ki, bu da onu qlobal miqyasda enerji keçidi ilə bağlı siyasətlərinə yön vermək üçün vacib alətə çevirir.

- Sizcə, enerji keçidi hər bir ölkədə mümkündürmü?

- Biz qəti şəkildə inanırıq ki, bu, nəinki mümkün, həm də hər bir ölkə üçün vacibdir. Azərbaycanda və Qazaxıstanda aparılan builki araşdırmalar göstərdi ki, bu ölkələrdə enerji keçidi ənənəvi iqtisadiyyatla bərabər tədricən inkişaf etdirilə və onu daha dayanıqlı edə bilər.

Enerji keçidi yeni iş yerləri yarada, emissiyaları azalda və iqlim dəyişmələrinin təsirlərini yumşalda bilər. İnsanlar buna hazırdırlar - onlar dərk edirlər ki, bu, biznes imkanları, iş yerləri və rifah yaradır. Əsas odur ki, enerji keçidi günəş panelləri kimi bərpaolunan enerji mənbələri ilə məhdudlaşmır. Bura, həmçinin sənaye prosesləri, məhsul dizaynı və iqtisadi modellərin yenidən nəzərdən keçirilməsi daxildir. Müxtəlif növ bacarıqlar və peşələr tələb olunur ki, hər bir ölkə, o cümlədən Azərbaycan bu mühüm səriştələrə töhfə verə bilər.

- Sizcə, enerji keçidinin əsas komponentləri hansılardır?

- Biz bunu COP29 çərçivəsində geniş şəkildə müzakirə etdik. Birinci komponent maliyyədir. İkincisi, siyasi iradədir. Üçüncüsü, enerji keçidi üçün texnologiyaların olmasıdır. “MAIRE” olaraq biz dünya üzrə sənayelərə emissiyaları azaltmağa imkan verən texnologiyalar portfelinin inkişafına fokuslanan xidmət göstəririk.

Ancaq çox vacib olan dördüncü komponent də var ki, bu da səriştə və bacarıqlardır. Bunsuz tələb olunan müddət ərzində iqlim məqsədlərimizə çatmaq üçün digər üç komponentdən səmərəli istifadə edilə bilməz.

- “MAIRE” Fondu yeni mütəxəssislərə təlim keçirilməsi istiqamətində Azərbaycanla əməkdaşlıq edəcəkmi?

- Əlbəttə, bəli. Biz artıq İtaliyada və Avropada etdiyimiz kimi, təlimçilər üçün təlimlər təşkil etmək və təhsil proqramlarını işləyib hazırlamaq üçün Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıyıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Noyabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see196

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see186

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see185

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see160

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see157

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see151

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see145

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see145

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see143

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see142

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see142

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see135

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see133

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see129

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see127

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see124

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see123

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri