Icma.az
close
up
RU
İlaira Katastini: Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər MÜSAHİBƏ

İlaira Katastini: Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər MÜSAHİBƏ

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın “MAIRE” Fondu enerji keçidi ilə bağlı məlumatlılıq səviyyəsini müəyyən etmək üçün Azərbaycanda araşdırma aparıb. Keçirilən sorğularda iki min respondent iştirak edib. Fondun baş direktoru araşdırma ilə bağlı İlaira Katastini AZƏRTAC-ın suallarını cavablandırıb.

- Bakıda keçirilən COP29-da hansı məqsədlə iştirak edirsiniz?

- Mən keçən il apardığımız araşdırma ilə bağlı COP29 çərçivəsində təqdimat keçirmək üçün Bakıdayam. Enerji keçidi ilə bağlı səriştə və bacarıqların yaradılmasının əhəmiyyəti və təcili olması barədə ölkələrin (onların sayı ümumilikdə on ikidir) məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə Azərbaycanda və Qazaxıstanda olmuşam. Keçən il biz on ölkə ilə bağlı araşdırma aparmağa başladıq. Bunlar İtaliya, Böyük Britaniya, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Hindistan, Türkiyə, Əlcəzair və Çili idi. Bu il isə Azərbaycanla və Qazaxıstanla bağlı araşdırma apardıq və çox maraqlı məqamlar üzə çıxdı.

-Azərbaycanla bağlı araşdırmaların nəticələri barədə nə deyə bilərsiniz?

-Araşdırmalar göstərdi ki, Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər. Müsahibə götürdüyümüz respondentlərinin yarıdan çoxu enerji keçidinin prioritet olduğuna inandıqlarını söyləyib.

-Sizcə nə üçün İtaliya, Böyük Britaniya, ABŞ və Çin ilə müqayisədə Azərbaycanda və Qazaxıstanda daha çox insan enerji keçidini iqlim dəyişmələri ilə mübarizədə vacib hesab edir?

-Biz bu araşdırmanın nəticəsi olaraq gördük ki, bu ölkələrdə yaşayan insanlar enerji keçidinin təkcə ekoloji faydaları deyil, iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması və atmosferə istixana qazı emissiyalarının azaldılması üçün enerji keçidinin mütləq olması, o cümlədən sosial faydaları barədə məlumatlıdırlar.

Məsələn, yeni iş yerlərinin yaradılması, neft-qaz sektorunda və qazıntı yanacaq sektorunda çalışan insanların ixtisasının artırılması bacarıq və səriştə ehtiyacını ödəmək üçün onların təcrübələrini genişləndirə bilər. Bunlar da öz növbəsində qazıntı yanacaqdan bərpaolunan enerjiyə, xətti iqtisadiyyatdan dairəvi iqtisadiyyata və klassik sənaye sahələrindən dayanıqlı sənaye sahələrinə keçid üçün tətbiq oluna bilər. Bu keçid tədricən olmalıdır və onun faydaları da tədricən üzə çıxacaq. Bu araşdırma həm də onu göstərdi ki, müsahibə götürdüyümüz ali təhsili şəxslər, yəni ictimai fikir liderləri və qərar qəbul edən şəxslər bu faydalar barədə məlumatlıdırlar.

- Araşdırmanızı digər ölkələrə də genişləndirməyi planlaşdırırsınızmı?

-Bəli, “MAİRE” qrupunun təsis etdiyi “Fondazione MAİRE” fondu tərəfindən hazırlanmış bu araşdırmanın növbəti illərdə daha da inkişaf etdirilməsinin zəruri olduğunu düşünürük. Bu araşdırmada ölkələrin enerji keçidini dərk etməsi və bu keçidin tələb etdiyi bacarıq və səriştələrin yaradılmasının əhəmiyyəti ilə bağlı məlumatlı olması barədə unikal qlobal perspektiv təqdim olunur.

Bu çərçivə COP29 və gələcək COP tədbirləri kimi konfranslarda strategiyaların formalaşdırılması üçün dəyərli ola bilər ki, bu da onu qlobal miqyasda enerji keçidi ilə bağlı siyasətlərinə yön vermək üçün vacib alətə çevirir.

- Sizcə, enerji keçidi hər bir ölkədə mümkündürmü?

- Biz qəti şəkildə inanırıq ki, bu, nəinki mümkün, həm də hər bir ölkə üçün vacibdir. Azərbaycanda və Qazaxıstanda aparılan builki araşdırmalar göstərdi ki, bu ölkələrdə enerji keçidi ənənəvi iqtisadiyyatla bərabər tədricən inkişaf etdirilə və onu daha dayanıqlı edə bilər.

Enerji keçidi yeni iş yerləri yarada, emissiyaları azalda və iqlim dəyişmələrinin təsirlərini yumşalda bilər. İnsanlar buna hazırdırlar - onlar dərk edirlər ki, bu, biznes imkanları, iş yerləri və rifah yaradır. Əsas odur ki, enerji keçidi günəş panelləri kimi bərpaolunan enerji mənbələri ilə məhdudlaşmır. Bura, həmçinin sənaye prosesləri, məhsul dizaynı və iqtisadi modellərin yenidən nəzərdən keçirilməsi daxildir. Müxtəlif növ bacarıqlar və peşələr tələb olunur ki, hər bir ölkə, o cümlədən Azərbaycan bu mühüm səriştələrə töhfə verə bilər.

- Sizcə, enerji keçidinin əsas komponentləri hansılardır?

- Biz bunu COP29 çərçivəsində geniş şəkildə müzakirə etdik. Birinci komponent maliyyədir. İkincisi, siyasi iradədir. Üçüncüsü, enerji keçidi üçün texnologiyaların olmasıdır. “MAIRE” olaraq biz dünya üzrə sənayelərə emissiyaları azaltmağa imkan verən texnologiyalar portfelinin inkişafına fokuslanan xidmət göstəririk.

Ancaq çox vacib olan dördüncü komponent də var ki, bu da səriştə və bacarıqlardır. Bunsuz tələb olunan müddət ərzində iqlim məqsədlərimizə çatmaq üçün digər üç komponentdən səmərəli istifadə edilə bilməz.

- “MAIRE” Fondu yeni mütəxəssislərə təlim keçirilməsi istiqamətində Azərbaycanla əməkdaşlıq edəcəkmi?

- Əlbəttə, bəli. Biz artıq İtaliyada və Avropada etdiyimiz kimi, təlimçilər üçün təlimlər təşkil etmək və təhsil proqramlarını işləyib hazırlamaq üçün Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıyıq.

 
]

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri