Icma.az
close
up
RU
İlanlı bataqlıqlardan süfrələrə FOTOREPORTAJ

İlanlı bataqlıqlardan süfrələrə FOTOREPORTAJ

Icma.az, Modern.az saytına istinadən bildirir.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin xətti ilə təşkil olunan mediaturumuz bizi növbəti dəfə Lənkəranın subtropik torpaqlarına, mandarin və feyxoa qoxuli bir məkana, “Leynə.co” aqroturizm təsərrüfatına gətirib çıxarır. Bizi təsərrüfat sahibi Xalidə İsmayılova qarşılayır. Onun müsbət enerjisi insanı ilk andan öz təsiri altına alır.

Bu gün ailə biznesinə rəhbərlik edən Xalidə xanımın həyat yolu da az maraqlı deyil. O, ömrünün düz 45 ilini məktəbdə şagirdlərə riyaziyyat və həndəsə fənlərini tədris etməyə həsr edib. Üç il əvvəl təqaüdə çıxanda isə çoxlarının gözlədiyi ənənəvi yolu-repetitorluğu seçməyib. Niyə bu işlə məşğul olmadığını soruşduqda Modern.az-a belə cavab verir:

“Mən müəllim kimi üzərimə düşən vəzifəni yerinə yetirmişəm. Qoy yeni gələn gənc müəllimlərə yer açaq ki, onlar da işləsin, özlərini təsdiqləsinlər”.

Lakin 45 illik aktiv əmək fəaliyyətindən sonra yaranan boşluğu doldurmaq lazım idi. Bu səbəbdən o, uşaqlıqdan tanıdığı həsirçilik sənətinə qayıtmağa qərar verir. Xalidə xanım bu sənətin incəliklərini atasının bibisindən öyrənib. Maraq kimi başlayan bu məşğuliyyət zamanla bütöv bir ailə biznesinə – “Leynə.co” brendinə çevrilib.

Xalidə xanım brendin adının mənasını da izah edir. Onun sözlərinə görə, talış dilində “leynə” qamış, “co” isə iş deməkdir.

Bu gün “Leynə.co” yalnız istehsal məkanı deyil, həm də aqroturizm təsərrüfatıdır. Buraya yerli turistlərlə yanaşı, xarici qonaqlar da gəlir. Qonaqlar həm məhsulların hazırlanma prosesini izləyir, həm də qədim sənətin incəlikləri ilə yaxından tanış olurlar.

Kənardan sadə görünən həsirçiliyin arxasında isə böyük zəhmət və risk dayanır. Xalidə xanım sağ əlinə beş, sol əlinə isə dörd ədəd bataqlıq ərazilərdə bitən xüsusi qamış növü – “lığ” götürərək bizə ziqzaq üsulu ilə “keşi” toxumağın qaydalarını göstərir və bu sənətin görünməyən tərəflərindən danışır:

“Bu xammalın hazırlanması çox çətindir. Kişilərimiz xüsusi uzunboğaz çəkmələr geyinib dizə qədər su olan qamışlıqlara girirlər. Orada ilanlar çox olur. İlanların arasından qamışları toplayıb gətirirlər. Biçin mövsümü iyunun sonundan avqusta qədər davam edir. Sonra qamışlar elə qurudulmalıdır ki, üzərinə bir damcı da şeh düşməsin. Şeh düşsə, qaralır və yararsız hala gəlir”.

Sentyabr ayında isə yaradıcılıq mərhələsi başlayır. Qamışlar mütləq yaş vəziyyətdə toxunmalıdır. Əks halda həm qırılır, həm də toxuyan şəxsin əlini kəsir. Səhər saat 8-dən gecə yarısınadək davam edən bu incə və zəhmətli iş Xalidə müəllimənin gözlərini zəiflətsə də, ona mənəvi rahatlıq bəxş edir:

“Barmaqların ucları ilə işlədiyin üçün bu sənət insana rahatlıq verir, əsəbləri sakitləşdirir”.

Cənub bölgəsinin rütubətli iqlimi səbəbindən tarixən evlərdə həsirdən istifadə olunub, bazara zənbillərlə gedilib. “Leynə.co” isə bu qədim sənətə yeni nəfəs verib. Burada artıq yalnız həsir deyil, müasir dizaynlı çantalar, yay papaqları, meyvə və çörək qabları, piknik səbətləri, hətta ev heyvanları üçün xüsusi yuva-səbətlər hazırlanır.

Bəs bu məhsullarda istifadə olunan naxışların və ölçülərin bu qədər dəqiq alınmasının sirri nədir?

Xalidə xanım gülümsəyərək cavab verir:

“Mən riyaziyyat müəllimiyəm axı. Ona görə də naxışların simmetriyasını, ölçülərini, sətirlərin sayını hesablamaq mənim üçün çox rahatdır. Həndəsə və riyaziyyat indi mənim çantalarımda yaşayır”.

Xalidə xanımın iki oğlu, bir qızı və nəvələri bu ailə biznesində onun ən böyük köməkçiləridir. Biri mandarin və feyxoa bağları ilə məşğul olur, digəri sosial şəbəkələri idarə edir və sifarişləri qəbul edir. Məhsulların qiyməti də hər kəsin cibinə uyğundur. Kiçik suvenirlər 5 manatdan başlayır, iri çantalar və piknik səbətləri isə 15-20 manata təklif olunur.

Xalidə xanımın sözlərinə görə, bu yaxınlarda Çexiyadan gələn turistlər qamışın bu qədər zərif və funksional məhsullara çevrilməsinə heyran qalıblar.

O, emalatxanasında mütəmadi olaraq ustad dərsləri də keçir, Lənkəran gənclərinə həsirçiliyin incəliklərini öyrədir. Məqsəd isə bu qədim sənətin yaşadılması və gələcək nəsillərə ötürülməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 İyul 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri