Cehizi bəyənilməyən gəlin ilanlı otağa KİLİDLƏNDİ
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Hindistanın yerli sakini həyat yoldaşını cehiz üstündə cəzalandırmaq məqsədilə zəhərli ilan olan otağa salıb.
Redaktor.az xəbər verir ki, bu barədə "The Times of India" xəbər yayıb.
Məlumata görə, hadisə sentyabrın 18-də baş verib. Qadın bildirib ki, əri və onun qohumları onu otağa salaraq qapını bağlayıblar. Zəhərli ilan qadını sancıb, lakin ər və qohumları onun kömək çağırışlarına məhəl qoymayıblar. Zərərçəkmiş bacısı ilə əlaqə saxlayaraq vəziyyəti çatdırıb. Bacısı dərhal hadisə yerinə gələrək onu xəstəxanaya aparıb.
Həkimlərin sözlərinə görə, zərərçəkmişin vəziyyəti ağır olsa da, stabildir.
Qeyd edək ki, Hindistanda cehiz üstündə ailədaxili zorakılıq halları tez-tez qeydə alınır. Bir müddət əvvəl ölkədə kişi həyat yoldaşını cehiz az olduğu üçün döyərək şantaj etmişdi.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















