Icma.az
close
up
RU
İlaxır Çərşənbə: Bu günün falı və ruzi gətirən əməlləri

İlaxır Çərşənbə: Bu günün falı və ruzi gətirən əməlləri

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən İlaxır çərşənbə yazın gəlişini, təbiətin oyanışını və Novruz bayramının yaxınlaşmasını simvolizə edir. Min illərdir nəsildən-nəslə ötürülən bu bayram ənənələri xalqın birlik və bərəkət rəmzi sayılır.

BAKU.WS Novruzun son xəbərçisi olan İlaxır çərşənbəsinin adətlərini təqdim edir:

Tonqal qalayıb niyyət etmək

İlaxır çərşənbədə ən vacib mərasimlərdən biri tonqal qalamaqdır. İnsanlar yeddi dəfə odun üzərindən atlanaraq "Ağırlığım odda yansın" deyir və özlərinə uğur arzulayırlar. Tonqalın söndürülməsinə isə xüsusi diqqət yetirilir. İnanca görə, tonqalı su ilə söndürmək olmaz, o, özü-özünə sönməlidir ki, ev-eşikdə bərəkət əskik olmasın.

Fal və qismət ayinləri

Bu çərşənbədə subay qızlar və gənc oğlanlar gələcəklərini öyrənmək üçün müxtəlif fallara baxırlar. Ən geniş yayılmış inanclardan biri "qulaq falı"dır. İnsanlar qapı arxasında dayanaraq ilk eşitdikləri sözlərə görə gələcəkləri ilə bağlı yozum aparırlar.

Naxçıvan və Dərələyəzdə məşhur olan "güzgü fali" isə maraqlı görüntülərlə yadda qalır. Qızlar güzgüyə baxaraq ay işığını orada əks etdirir, əgər həmin anda bir oğlanın siması görünərsə, onun gələcək həyat yoldaşı olacağına inanırlar.

Bundan başqa, "üzüksalma" falı da İlaxır çərşənbənin vazkeçilməz ayinlərindən biridir. Bir qrup qız mis tasın içinə üzüklərini atır, sonra bayatı oxuyurlar. Uşaq bu tasdan bir üzük çıxarır və həmin üzüyün sahibi bayatının mənasına uyğun gələn bir taleyə sahib olacağına inanır.

Bərəkət və xoş günlərin müjdəçisi bayram süfrəsi

İlaxır çərşənbə axşamı hər evdə bayram süfrəsi açılır. Süfrənin mərkəzində yaşıllığın, bolluğun və yenidən doğuluşun simvolu olan səməni qoyulur. Xonçalar isə boyanmış yumurta, qoz-fındıq, badam və müxtəlif şirniyyatlarla bəzədilir.

İnanclara görə, bu çərşənbəni hər kəs öz evində keçirməlidir. Əks halda, Novruzu yeddi il dalbadal evindən uzaqda qeyd edəcəyi düşünülür.

Qurşaqatdı və yumurta döyüşdürməsi

Uşaqlar və gənclər arasında geniş yayılmış adətlərdən biri "qurşaqatdı"dır. Gənclər evlərin bacalarından və ya qapılarından içəri papaq və ya torba ataraq bayram payı toplayırlar. Bu ənənə bolluq və xeyir-dua simvolu hesab olunur.

İlaxır çərşənbənin ən maraqlı oyunlarından biri isə yumurta döyüşdürməsidir. İki nəfər öz boyanmış yumurtalarını bir-birinə vurur, sınmayan yumurta qalib elan edilir. Bu oyun qışla yazın, soyuqla istinin mübarizəsini əks etdirir.

İlaxır çərşənbə həm ailə dəyərlərini qoruyan, həm də xalqın milli kimliyini yaşadan bir bayramdır. Qədim ənənələr bu gün də yaşadılaraq gələcək nəsillərə ötürülür və xalqımızın Novruza hazırlığını daha da mənalı edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Mart 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see168

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see148

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see126

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see121

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see118

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri