Xronika: Qərbi Azərbaycanda İlaxır çərşənbə ayinləri VİDEO
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Baku TV-nin Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Qərbi Azərbaycanda İlaxır çərşənbə ayinlərindən söz açıb.
O bildirib ki, İlaxır çərşənbə gecəsi görülən yuxular həyat tərzinə təsir edir: "Duzlu kökə yuxuda su gətirən gəncin işarəsidir. Qırmızı kəlağayı insanı şər ruhlardan qoruyur. İlaxır çərşənbə gecəsi yatanla oyaq qalanın taleyi fərqlənir. Yuxunu xeyrə yozmaq adəti insanın gələcək həyat mübarizəsinə güc verir. Qırmızı kəlağayı və səməninin qırmızı lenti Novruzda qoruyucu enerji kimi qəbul olunur. Qərbi Azərbaycanda İlaxır çərşənbə ayinləri unudulan mədəni qatları üzə çıxarır".
Xronika: Qərbi Azərbaycanda İlaxır çərşənbə ayinləri - VİDEO
Onun sözlərinə görə, martın 20-dən 23-dək havanın dəyişməsi ilə ilin fəsillərini proqnozlaşdırmaq mümkündür.
A.Cəfərova Yusif peyğəmbərin adı ilə yuxunu xeyrə yozmaq ənənəsi, söyüd ağacının suya səcdəyə gəlməsi inancı ilə bağlı maraqlı fikirlər səsləndirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 22 Mart 2026 02:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















