Icma.az
close
up
RU
İlbər Ortaylının vəfatı Türk dünyasının elm aləmi üçün ağır itkidir

İlbər Ortaylının vəfatı Türk dünyasının elm aləmi üçün ağır itkidir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 mart, AZƏRTAC

Görkəmli tarixçi alim, tanınmış ictimai xadim İlbər Ortaylı Türk dünyasının dünya elminə bəxş etdiyi nadir simalardandır. Bu böyük elm xadiminin Osmanlı tarixinə və qardaş Türkiyənin mühüm tarixi hadisələrinə və böyük şəxsiyyətlərinin xidmətlərinə həsr edilmiş elmi əsərləri tədqiqatçı elm xadimi ilə mütəfəkkir alim düşüncəsinin vəhdətini əks etdirən sanballı tədqiqatlardır.

Professor İlbər Ortaylı Türk dünyası akademik elmi mühitinin əsas ağsaqqallarından biri kimi yüksək nüfuz qazanmış böyük və parlaq şəxsiyyət idi.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu fikirlər görkəmli alimin vəfatı ilə əlaqədar AMEA prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyanın yaydığı başsağlığında qeyd olunub.

Vurğulanıb ki, görkəmli elm xadimi İlbər Ortaylının ölkəmizlə çoxcəhətli əlaqələri Azərbaycan elm tarixinin müasir dövrünün əhəmiyyətli hadisələrinə çevrilib: “Ağsaqqal alimin çoxillik elmi fəaliyyətində Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatına həsr olunmuş araşdırmalar da özünəməxsus yer tutur. O, eyni zamanda, müstəqil Azərbaycanın nailiyyətlərinin ardıcıl təbliğatçılarından biri idi. Professor İlbər Ortaylının Azərbaycanın tanınmış simaları və elm adamları ilə əlaqələri ölkələrimiz arasında yeni əməkdaşlıq körpülərinin qurulması və möhkəmləndirilməsində mühüm rol oynayıb.

Görkəmli elm xadimi İlbər Ortaylının vəfatı Türkiyə üçün olduğu kimi, Türk dünyasının elm aləmi üçün də ağır bir itkidir. Azərbaycan alimləri İlbər Ortaylının simasında əziz bir insanı, müdrik bir ağsaqqalı, nadir bir şəxsiyyəti, fədakar bir tədqiqatçını və etibarlı bir dostu itirmişdir.

Qiymətli elmi əsərləri, yetirmələri və dostları professor İlbər Ortaylının adını və xatirəsini yaşadacaqlar.

Professor İlbər Ortaylının vəfatı ilə əlaqədar qardaş Türkiyə Cümhuriyyətinin akademik qurumlarına, türk alimlərinə və onun ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Mart 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri