Qızı İlbər Ortaylının əşyalarını satışa çıxardı
Icma.az bildirir, Axar.az portalına istinadən.
Məşhur tarixçi İlbər Ortaylının bəzi şəxsi əşyaların satışa çıxarılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, onun qızı Tuna Ortaylı ikinci əl əşyaların alınıb-satıldığı bəzi Vatsap qruplarında tarixçiyə məxsus fincan, vaza və digər dekorativ əşyaları 200-800 lirə aralığında satışa çıxarıb.
Bu paylaşımlar ictimaiyyətdə narazılıq yaradaraq “miras satılır” iddialarını gündəmə gətirib.
T.Ortaylı bildirib ki, atasından sonra İstanbulda boşaldılmalı və bağlanmalı olan 7 ev var və həmin evlərdə çoxlu sayda əşya toplanıb.
Ailə üçün xüsusi mənəvi dəyəri olan şəxsi əşyaların yaxınlara xatirə kimi paylandığını bildirən Tuna Ortaylı qalan minlərlə xırda əşyanın zibilə atılmaması üçün simvolik qiymətlərlə satışa çıxarıldığını qeyd edib.
Tuna Ortaylı əlavə edib ki, satışdan əldə ediləcək vəsait xeyriyyə məqsədilə istifadə olunacaq. Bildirilib ki, pullar "TEMA Fondu"na yönləndiriləcək və tarixçinin adına xatirə meşəsi salınacaq.
O xüsusilə vurğulayıb ki, İlbər Ortaylı vaza və ya fincan kimi əşyalarla deyil, elmə və tarixə həsr etdiyi ömrü, yazdığı kitabları ilə xatırlanmalıdır. Həmçinin ictimaiyyətə daha bir mühüm xəbər də verilib. Bildirilib ki, İlbər Ortaylının adı ilə böyük kitabxananın yaradılması istiqamətində rəsmi işlərə başlanılıb.
Qeyd edək ki, yayılan müzakirələrdən sonra Vatsap qruplarında fərdi satışların dayandırıldığı da açıqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 14 İyul 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















