İldırım çaxdı: Bu şəhərlərdə məscid minarələri ard arda uçdu Video
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Cənub-Şərqi və Şərqi Anadolu bölgələrində ildırım çaxmaları ilə müşaiyət olunan güclü yağış həyatı iflic edib.
Ölkə.az Türkiyə mediasına istinadən xəbər verir ki, Elazığın Sürsürü məhəlləsində ildırım məscidə düşərək minarəni uçurub. Hadisə zamanı ətrafda insanlar olmadığından təlafat olmayıb.
Şanlıurfanın Birecik rayonunda baş verən fırtına zamanı məscidin minarəsi uçub və minarənin uçması anının görüntüləri yayılıb.
Axşam saatlarında yağan dolu və güclü külək zamanı Məzrə Mərkəzi Məscidinin minarəsi uçub. Çökmə anı mobil telefon kamerası tərəfindən qeydə alınıb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Diyarbəkir və Batman şəhərlərində şiddətli yağışlar bəzi yeraltı keçidləri su basıb, ildırım isə gecəni işıqlandırıb.
Hər iki şəhərdə və onların rayonlarında yağan güclü yağış bəzi yeraltı keçidlərdə və yollarda daşqınlara səbəb olub.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 May 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















