İldırım 829 km məsafə qət etdi, 116 dəfə çaxdı Rekord qeydə alındı
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-da 2017-ci ildə baş vermiş qeyri-adi ildırım hadisəsi meteoroloji müşahidələr tarixində rekord kimi təsdiqlənib. Bir ildırım boşalması 829 kilometr məsafə qət edib, beş ştatın ərazisindən keçib və ümumilikdə 116 dəfə yerə zərbə endirib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Science et Vie” nəşri məlumat yayıb.
Hadisə 2017-ci ilin oktyabrında ABŞ üzərində baş verən güclü fırtına zamanı qeydə alınıb. İldırım Texas ştatının şərqindən başlayaraq Oklahoma, Arkanzas və Kanzas ərazilərini keçib, Kanzas-Siti istiqamətinə doğru hərəkət edib. Elektrik boşalması 7,39 saniyə davam edib.
Yerüstü müşahidə cihazları ildırımın trayektoriyası boyunca 116 zərbə qeydə alıb. Onlardan 83-ü mənfi, 33-ü isə müsbət polariteli olub.
Maraqlıdır ki, bu hadisənin rekord göstəriciləri yalnız yeddi il sonra aşkar edilib. Corciya Texnologiya İnstitutunun fiziki Maykl Peterson və həmkarları peyk məlumatlarını yenidən araşdıraraq ildırımın tam trayektoriyasını müəyyənləşdiriblər. Tədqiqatın nəticələri 2025-ci ilin iyulunda elmi jurnalda dərc olunub.
Məlum olub ki, əvvəlki proqram təminatı həddindən artıq uzun məsafə qət edən ildırım boşalmalarını bir neçə ayrı hadisə kimi qeydə alırmış. Alqoritmlərin təkmilləşdirilməsi nəticəsində alimlər 2017-ci ilə aid arxiv məlumatlarını yenidən emal edərək hadisənin bütöv mənzərəsini üzə çıxarıblar.
Bundan əvvəlki rekord 2020-ci il aprelin 29-da ABŞ-ın cənubunda qeydə alınmış 768 kilometrlik ildırıma məxsus idi. Yeni göstərici əvvəlki rekordu 61 kilometr üstələyib. Ümumdünya Meteorologiya Təşkilatı 829 kilometrlik ildırımı 2025-ci il iyulun 31-də rəsmi olaraq rekord kimi təsdiqləyib.
Alimlərin sözlərinə görə, belə nəhəng ildırımlar böyük fırtına sistemlərində yaranır və adi ildırımlardan fərqli olaraq, buludlar arasında yüzlərlə kilometr məsafəyə yayıla bilir. Bu hadisələr insan həyatı üçün də təhlükəlidir. Çünki ildırım yağışın olmadığı və səmanın nisbətən açıq göründüyü ərazilərdə də yerə çata bilər.
Mütəxəssislər şimşək və ildırım zamanı təhlükəsizlik üçün möhkəm binada və ya metal damlı, qapalı avtomobildə sığınmağı tövsiyə edirlər.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 26 Noyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















