İldırım təhlükəsi zamanı necə xilas olmaq olar? TÖVSİYYƏLƏR
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mütəxəssislər ildırım çaxan zaman düzgün davranmağın həyatı xilas edə biləcəyini deyirlər.
BAKU.WS həmin qaydaları təqdim edir.
İldırım təhlükəsi zamanı hara sığınmaq olar?
Ən təhlükəsiz yer qapalı məkanlardır. Əgər ildırım təhlükəsi zamanı çöldəsinizsə:
Avtomobilə və ya bina içinə girin: Metal karkaslı avtomobillər ildırıma qarşı qoruyucudur, ancaq avtomobilin içində metal əşyalara toxunmamaq şərtilə.
Binaların içi: Elektrik sistemi düzgün quraşdırılmış binalar ildırıma qarşı nisbətən təhlükəsizdir.
Qətiyyən ağac altına sığınmayın! İldırım hündür obyektlərə vurduğuna görə, ağaclar və elektrik dirəkləri yaxınlıqda olmaq təhlükəlidir.
Açıq sahədəsinizsə, nə etməlisiniz?
Ayaq üstə durmayın, lakin yerə uzanmayın. Bunun əvəzinə çömbəlmək və başınızı dizlərinizin arasına alaraq minimal hündürlükdə durmaq tövsiyə olunur.
Sulu ərazilərdən uzaq durun. Su ildırımı keçirə bilər.
Metal əşyalardan uzaq durun. Çətir, mobil telefon, velosiped kimi metallı obyektlər ildırımı cəlb edə bilər.
Elektrik və rabitə xətlərindən uzaq durun.
Evdə olarkən nə etməli?
Elektrik cihazlarını söndürün və istifadədən çəkinin.
Su kranlarından uzaq durun – ildırım su boruları vasitəsilə də keçə bilər.
Pəncərələrdən uzaq durun və açmayın.
Mütəxəssislər bildirirlər ki, ildırımdan qorunmaq üçün ən vacib faktor əvvəlcədən hava şəraitinə diqqət yetirmək və ehtiyatlı olmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 15 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















