Icma.az
close
up
RU
Telefonlarda şəxsi məlumatları necə qoruyaq? TÖVSİYYƏLƏR

Telefonlarda şəxsi məlumatları necə qoruyaq? TÖVSİYYƏLƏR

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə paralel olaraq, bu sahədə bir sıra yeni problemlər də yaranmaqdadır.

Cəmiyyətin gündəlik həyatında mühüm rol oynayan texnologiyalar, eyni zamanda fərdi məlumatların təhlükəsizliyini və məxfiliyini təhdid edən təhlükələrə də səbəb olur.

Son vaxtlar bu problemlər arasında vətəndaşların telefonlarına müdaxilələr, məlumatların oğurlanması və özəl informasiya sistemlərinin ələ keçirilməsi kimi məsələlər diqqət çəkir.

Bəs yaranan təhlükələrdən qorunmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Gununsesi.info-ya açıqlmasında bildirib ki, vətəndaş telefonuna sosial şəbəkə proqramlarını qeyri-rəsmi mənbələrdən yükləyərsə, kənar müdaxilələrin olmaması üçün mobil tətbiqin təqdim etdiyi təhlükəsizlik qaydalarına riayət etməzsə, onların şəxsi və bank kartı məlumatları müxtəlif şəxslər tərəfindən ələ keçirilə bilər.

“Bununla yanaşı internet seqmentlərində ödəniş qarşılığında ayrı-ayrı vətəndaşlara məxsus telefonun parametrlərinə, xüsusilə sosial şəbəkə hesablarına daxil olaraq onları izləmək kimi saxta xidmətlər təqdim edən səhifələr və paylaşımlar da mövcuddur. Tərəfimizdən belə səhifələri idarə edən şəxslərin müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi diqqət mərkəzindədir.

Təhlükələrdən qorunmaq üçün vətəndaşlara internet resurslarından istifadə edərkən diqqətli olmağı, yalnız rəsmi mağazalardan tətbiqləri yükləməyi və mobil cihazın parametrlərində naməlum mənbələrdən quraşdırmalara icazələri qeyri-aktiv etməyi tövsiyə edirik”.

L. İsrəfilli əlavə edib ki, vətəndaşlar belə hallarla üzləşdikləri zaman Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Gununsesi.info-ya danışan İT üzrə ekspert Natiq Məmişov bildirib ki, bu gün İnformasiya Texnologiyalarının inkişafı ilə yanaşı, kibertəhlükəsizlik riskləri də artıb:

“Bunun səbəbi isə, texnologiyanın inkişafı ilə yanaşı, onunla bağlı yaranan yeni risklərin də artmasıdır. Hakerlər və dələduzlar, maliyyə fırıldaqları həyata keçirmək və ya sosial mühəndislik üsulları ilə insanları aldatmaq üçün müxtəlif metodlardan istifadə edirlər. Bu cür halların qarşısını almaq üçün fərdi təhlükəsizlik təlimlərinə ciddi yanaşılmalıdır.

İlk növbədə qeyd etmək istərdim ki, xarici müdaxilələr və şəxsi məlumatların oğurlanması bu gün aktualdır. Hakerlər müxtəlif metodlarla smartfonlara hücum edə bilərlər. İlk olaraq ən geniş yayılmış hücum növlərindən biri də fişinqdir. Saxta mesajlar və ya e-poçtlar vasitəsilə insanların məlumatlarını asanlıqla oğurlamaq mümkündür. Həmçinin, casus proqramları (malware)  da istifadəçilərin şəxsi məlumatların ələ keçirilməsinə səbəb olur. Yəni   telefonlara zərərli proqramlar yüklənərək şəxsi məlumatların ələ keçirilməsinə şərait yaradılır. Üçüncü risk isə ictimai yerlərdəki Wi-Fi şəbəkələrinə edilən hücumlardır”.

O, bu təhlükələrin aradan qaldırılması üçün bir neçə variant təklif edir:

“İlk növbədə, tanımadığınız nömrələrdən gələn linkləri açmaq olmaz. Təəssüf ki, bizdə bu barədə fərqindelik çox aşağıdır. Məsələn, adamlar WhatsApp üzərindən və ya Azərbaycana məxsus olmayan nömrələrlə Kapital Bank adı ilə zənglər alır. Kod istəyirlər və bəzi insanlar həmin kodu verirlər. Bu çox qeyri-adi bir yanaşmadır. İnsanlar düşünməlidir ki, əgər bu Kapital Bankdırsa, niyə zəng etməlidirlər, WhatsApp üzərindən yazırlar? Sonra isə yazdıqları nömrənin qarşısı digər ölkələrin kodları ilə başlayır. Bu cür məsələlərdə çox diqqətli olmaq lazımdır. Bəziləri də link göndərir və deyirlər ki, həmin linki sıxanda pul gələcək. Belə şeylərə inanmaq düzgün deyil.

Qeyd etdiyim kimi, tanımadığınız nömrələrdən gələn linkləri açmaq olmaz. İkinci telefonlarda antivirus və təhlükəsizlik proqramlarından istifadə etmək vacibdir. İctimai Wi-Fi şəbəkələrinə qoşularkən ehtiyatlı olmaq lazımdır. Tətbiqləri yalnız rəsmi mağazalardan yükləmək vacibdir. Bəzən 3-5 dollar qənaət etmək üçün Google Play və ya Apple Store-dan kənar mənbələrdən tətbiqlər yüklənilir. Əlbəttə, bu da təhlükəlidir. Telefonda avtomatik yeniləmələri aktiv etmək lazımdır ki, təhlükəsizlik zəiflikləri aradan qaldırılsın”-deyə ekspert əlavə edib.

Natiq Məmişov vurğulayıb ki, son vaxtlar Telegram, WhatsApp və bu kimi sosial şəbəkələrdə hesab oğurluqları daha çox artıb:

“Əsasən, hesaba daxil olduqda, kontraktlarımızda olan siyahıdakı şəxslərdən pul istəməyə başlayırlar. Bəs belə vəziyyətlərdən necə qorunmaq olar? Birinci olaraq, iki faktorlu doğrulama funksiyasını (ikimərhələli avtorizatsiya) aktiv etmək lazımdır. Bu, hesaba giriş üçün əlavə təhlükəsizlik qatıdır. Məsələn, Telegram və WhatsApp-a giriş etmək üçün kod göndərilir. Kod istəyən hər kəs dələduz hesab olunur. Şəxs dostunuz deyilsə, yanınızda deyilsə, deməli, dələduzdur. Kimlərsə tərəfindən gələn kodları qəbul etməməliyik. Şübhəli və icazəsiz girişlər üçün Telegram və WhatsApp-ın təhlükəsizlik parametrlərini yoxlamaq lazımdır. Ayarlarda bu funksiya mövcuddur. Unutmayaq ki, heç bir mesaj tələsik şəkildə yazılmır. Məsələn, “təcili yardım edin, kömək edin, sizin haqqınızda bir şeylər tapdım” kimi mesajlara etibar etməməliyik. Yalnız yaxınlarımızdan gələn mesajları açmaq lazımdır. Lakin yaxınlardan gələn mesajların içini də yoxlamaq vacibdir, çünki qarşı tərəfin də hesabı ələ keçirilmiş ola bilər.

Fırıldaqlar bəzən sizi aldadaraq kart məlumatlarınızı və ya hesabınıza giriş icazəsini almağa çalışırlar. Bəzi hallarda dost və ya qohum adına sizdən pul istəyə bilərlər. Bundan ehtiyatlı olmaq lazımdır. Əgər kiminsə adından pul istənilirsə, dərhal həmin şəxsə zəng edib bunu təsdiqləmək lazımdır. Qarşı tərəflə bunu dəqiqləşdirmək vacibdir. Unutmaq olmaz ki, bank və ya digər rəsmi qurumlar insanlardan heç vaxt SMS kodu və ya şifrə istəmirlər. Bəzən nömrənin doğruluğunu yoxlamaq üçün kod tələb oluna bilər, amma bu çox nadir hallarda baş verir. Sosial şəbəkələrdə və mesencerdə əsas məlumatları paylaşmamaq lazımdır”.

Ekspert qeyd edib ki, bəzən zərərli proqramlar telefonun yerini izləyə bilir və bu, son vaxtlar daha çox baş verir.

“Bəzi hallarda, cütlüklər bir-birinin telefonlarına belə proqramlar yükləyirlər ki, bir-birlərinin harada olduqlarından xəbərdar olsunlar. Bu hallardan qorunmaq üçün, ilk növbədə telefonun «Developer mode» (İnkişaf etdirici rejim) funksiyasının aktiv olduğuna əmin olmaq lazımdır. Həmçinin, «Find my device» (Cihazımı tap) funksiyasını aktiv etmək vacibdir, çünki bu funksiya telefon itəndə onu uzaqdan silməyə və ya söndürməyə imkan verir. GPS və Bluetooth istifadə edilmədikdə isə bu funksiyaları deaktiv etmək lazımdır. Bu problemlər həqiqətən mövcuddur və texnologiyalar inkişaf etdikcə, fırıldaqçılar da daha ağıllı metodlarla fəaliyyət göstərə bilirlər” – deyə N. Məmişov fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Mart 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri