Icma.az
close
up
RU
İldırımzadənin həbsi istənildi

İldırımzadənin həbsi istənildi

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım və onunla birgə ittiham olunan iki nəfərin məhkəməsi başlayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən birinci iclasda müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb.

Əvvəlcə xatırladaq ki, Rasim İldırım​zadə kimi tanınan polkovnik Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovla birgə mühakimə edilir. İttihama görə, onlar iş adamı Qurban Məmmədovu rayonların birinə icra başçısı təyin edilməsinə köməklik edəcəkləri vədi ilə aldadıb, onun 510 min manat pulunu, 34 min manatlıq qızıl-zinət əşyalarını dələduzluqla ələ keçiriblər. Təqsirləndirilən şəxslər əvvəl həbs edilsələr də, sonradan nəzarət şərti ilə sərbəst buraxılıblar.

Adıçəkilən şəxslərdən başqa, bu iş üzrə Balakən rayon sakini Hürü Əmiraslanova da cinayət məsuliyyətinə cəlb olunubmuş. Məlum olub ki, H.Əmiraslanova istintaq dövründə siçan dərmanı içərək həyatına qəsd edib. Onun cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Təqsirləndirilən şəxslər qeyd olunan vaxtda məhkəmə zalında olsalar da, zərərçəkmiş şəxs məhkəməyə gəlməyib. Amma o, vəkili Sadiq Rəsulov vasitəsilə sistemə vəsatət yerləşdirib. Zərərçəkmiş şəxs Rasim İldırım, Zaur Mirzəzadə və Qoşqar Məmmədovun həbs edilməsini istəyir. Əldə etdiyimiz məlumata görə, vəsatət həm ziyanın tam ödənilməməsi, həm də məhkəmədən yayına biləcəkləri ehtimalının qarşısını almaq üçün verilib.

Amma işə yeni vəkil qoşulduğu üçün onun iş materialları ilə tanış olması məqsədilə proses təxirə salınıb. Bu səbəbdən təqsirləndirilən şəxslərin həbsdə və ya sərbəst mühakimə edilməsinə hələ qərar verilməyib.

Məlumat üçün bildirək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir. O, daha çox Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin onunla çəkdiyi video ilə məşhur olmuşdu.

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də “bakutime.az”, “xalq.az” adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri