Icma.az
close
up
RU
İldırımzadənin həbsi istənildi

İldırımzadənin həbsi istənildi

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırım və onunla birgə ittiham olunan iki nəfərin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən birinci iclasda müdafiə tərəfi bir sıra vəsatət qaldırıb.

Əvvəlcə xatırladaq ki, Rasim İldırım​zadə kimi tanınan polkovnik Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovla birgə mühakimə edilir.

İttihama görə, onlar iş adamı Qurban Məmmədovu rayonlardan birinə icra başçısı təyin edilməsinə köməklik edəcəkləri vədi ilə aldadıb onun 510 min manat pulunu, 34 min manatlıq qızıl-zinət əşyalarını dələduzluqla ələ keçiriblər. Təqsirləndirilən şəxslər əvvəl həbs edilsələr də, sonradan nəzarət şərti ilə sərbəst buraxılıblar. 

Adıçəkilən şəxslərdən başqa bu iş üzrə Balakən rayon sakini Hürü Əmiraslanova da cinayət məsuliyyətinə cəlb olunubmuş. Məlum olub ki, H.Əmiraslanova istintaq dövründə siçan dərmanı içərək həyatına qəsd edib. Onun cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. 

Təqsirləndirilən şəxslər qeyd olunan vaxtda məhkəmə zalında olsalar da, zərərçəkmiş şəxs məhkəməyə gəlməyib. Amma o, vəkili Sadiq Rəsulov vasitəsilə sistemə vəsatət yerləşdirib. Zərərçəkmiş şəxs Rasim İldırım, Zaur Mirzəzadə və Qoşqar Məmmədovun həbs edilməsini istəyir. Əldə etdiyimiz məlumata görə, vəsatət həm ziyanın tam ödənilməməsi, həm də məhkəmədən yayına biləcəkləri ehtimalının qarşısını almaq üçün verilib.

Amma işə yeni vəkil qoşulduğu üçün onun iş materialları ilə tanış olması məqsədilə proses təxirə salınıb. Bu səbəbdən təqsirləndirilən şəxslərin həbsdə və ya sərbəst mühakimə edilməsinə hələ qərar verilməyib.

Məlumat üçün bildirək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir. O, daha çox Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin onunla çəkdiyi video ilə məşhur olmuşdu. 

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.

“Cebheinfo.az” 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri