İlham Əliyev: Azərbaycan Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyini daha da zənginləşdirə bilərik.
Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza ünvanladığı məktubda deyilir.
"Hazırda dostluğa, qarşılıqlı hörmət və etimada əsaslanan dövlətlərarası əlaqələrimiz, siyasi, iqtisadi-ticari, investisiya, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə səmərəli əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf etməkdədir.
Əminəm ki, xalqlarımızın rifahı naminə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da möhkəmləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik", - dövlət başçısı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 13 İyun 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















