Birləşmiş Krallıq Azərbaycana səyahət məsləhətlərini yeniləyib
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) Azərbaycana səyahət məsləhətlərini yeniləyib.
525.az-a səfirlikdən verilən məlumata görə, FCDO Azərbaycanın cənub-qərbinə səfərlərlə bağlı tövsiyəsini dəyişərək, əvvəlki “Səfər etməməyin tövsiyə olunduğu” səviyyəsindən “Ancaq zəruri hallarda səfər tövsiyə olunur” səviyyəsinə endirib.
Eyni zamanda, Ermənistanla sərhəddən 5 km-lik məsafəyə qədər olan ərazilərə səfər etməməklə bağlı tövsiyə dəyişməz olaraq qalır. Bu, bölgəyə səfər etməli olan Britaniya vətəndaşlarına daha dəqiq və obyektiv məlumat təqdim edir.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:Birləşmiş Krallıq Hörmüzün blokadasında iştirak etməyəcək
12 Aprel 2026 23:53
Növbəti Argentina Birləşmiş Krallıq savaşı AKTUAL
07 Sentyabr 2026 16:43
Birləşmiş Krallıq və İrlandiya müdafiə əməkdaşlığını gücləndirir
14 Mart 2026 00:10
Azərbaycanlı deputat Birləşmiş Krallıq parlamentarilərinə etiraz məktubu göndərib
27 İyun 2025 14:35
Starmer: “Birləşmiş Krallıq rəsmi olaraq Fələstin dövlətini tanıyır”
21 Sentyabr 2025 17:29
Baxış sayı:182
Bu xəbər 16 Aprel 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















