İlham Əliyev: Azərbaycan Gürcüstan strateji tərəfdaşlığı möhkəmlənməyə davam edəcək
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.
Newscenter.az-ın məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin bugünkü yüksək səviyyəsi qonşu xalqlarımızın əsrlər boyu bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Hazırda dövlətlərarası münasibətlərimizin dinamik və hərtərəfli inkişafı məmnunluq doğurur.
Keçən ay dost ölkənizə həyata keçirdiyim dövlət səfərinin nəticələrini, səfər zamanı göstərdiyiniz qonaqpərvərliyi və əsl dost münasibətini yüksək qiymətləndirir, qarşılıqlı anlaşma və səmimiyyət şəraitində keçən məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
Siyasi əlaqələrimizin intensivliyi və ali səviyyədə fəal dialoqun mövcudluğu bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün əlverişli imkan yaradır.
İnanıram ki, dövlətlərimizin maraqları, xalqlarımızın mənafeyi və regionumuzun rifahı naminə sağlam təməllər üzərində qurulmuş və xoş ənənələrə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da möhkəmlənməyə və genişlənməyə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Arzu
Bu mövzuda digər xəbərlər:Azərbaycan Gürcüstan strateji tərəfdaşlığı daha da güclənir
06 Aprel 2026 22:45
İlham Əliyev: Azərbaycan Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir
21 Aprel 2025 20:51
Azərbaycan Çin strateji tərəfdaşlığı dərinləşir: İlham Əliyev mühüm mesajlar verdi
22 Aprel 2025 22:25
Prezident İlham Əliyev: ABŞ Azərbaycan strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur
12 Avqust 2025 09:43
Strateji tərəfdaşlığımız uğurla davam edəcək İlham Əliyev
02 Sentyabr 2026 11:31
Baxış sayı:195
Bu xəbər 26 May 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















