Icma.az
close
up
RU
“İlham Əliyev bu qərarı ilə sülhə böyük töhfə verdi” Qüdrət Həsənquliyev

“İlham Əliyev bu qərarı ilə sülhə böyük töhfə verdi” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Azərbaycan Respublikası Prezidentinin Qazaxıstana səfərinə münasibətinizi öyrənmək istərdik...

- Prezidentin qardaş Qazaxıstana səfəri və imzalanan sənədlər xalqımızın rifahı və türk xalqlarının birliyi üçün böyük əhəmiyyət kəsb edir. İnsanlarımız qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət edən bu cür səfərlərdən daxili rahatlıq tapır, gələcəyə böyük ümidlə baxır, türk xalqlarının birliyinə, xoşbəxt gələciyənə inanırlar. Həyatımızın demək olar ki, bütün sahələrini əhatə edən imzalanmış çoxsaylı sazişlər iki qardaş xalqı daha da yaxınlaşdıracaq, türk dövlətlərinin inteqrasiyasına böyük töhfə verəcək. Azərbaycan türk xalqlarının yaxınlaşmasına xidmət etməkdə xüsusi fəaliyyəti ilə seçilən ölkədir, türk dünyasının mərkəzidir. Böyük tarix yazılır, gələcək nəsillər bu şanlı səhifəni yazanlara həmişə minnətdar olcaq.

- Ermənistana Azərbaycan üzərindən yüklərin daşınmasına icazə verilməsinə münasibətiniz necədir?
- İlham Əliyev bu qərarı ilə sülhə böyük töhfə verdi, Ermənistanda sülhün perspektivlərini şübhə altına alan revanşistlərə ciddi zərbə vurdu. Sülh istəyən Baş nazir Paşinyanın mövqelərini seçkilər öncəsi xeyli gücləndirdi. Azərbaycan növbəti dəfə milli maraqlara xidmət edən müstəqil xarici siyasətini nümayiş etdirdi. Biz yükdaşımalardan həm də əlavə vəsait əldə edəcəyik. Bundan sonra qardaş Türkiyə də Ermənistanla kommunikasiya xətlərini açmalı, Ermənistanla diplomatik əlaqələr qurmalıdır. Bu regionun təhlükəsizliyi və inkişafı üçün çox vacibdir. Artıq Azərbaycan münasibətlərində gərginlik olan bütün qonşuları ilə, o cümlədən Qərblə münasibətlərini tənzimləyir. Bu siyasət region xalqlarının daha sıx inteqrasiyasına, inkişafına və təhlükəsizliyinə böyük töhfə verəcək. Regionda yaşayan Azərbaycan türklərinin milli birliyinə, canlı təmasların qurulmasına yol açacaq. Qonşularla dostluq münasibətləri təhlükəsizliyə olan təhdidləri aradan qaldıracaq, hökumətin bu istiqamətdə narahatlıqlarına son qoyacaq, quru sərhədlərinin açılmasını sürətləndirəcək. Ümid edirəm ki, xarici siyasətdə qazanılan uğurlar daxildə islahatları sürətləndirəcək, ölkəmiz regionun ən azad və ən güclü ölkələrindən birinə çevriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri