Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

İlham Əliyev bütün siyasi qütbləri necə dostlaşdırdı? Son hadisələrin XRONİKASI

İlham Əliyev bütün siyasi qütbləri necə dostlaşdırdı? Son hadisələrin XRONİKASI

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elşad Məmmədli yazır...

Təxminən 2017-ci ildən başlayaraq, politoloqlar, dünyanın müxtəlif beyin mərkəzləri, siyasətçilər açıq şəkildə (bunadək təbii ki, alt qatlarda gizli müzakirələr olub bitmişdi, müəyyən detallar da mediaya sızmışdı) deməyə başladılar ki, artıq yeni dünya düzəni sürətlə formalaşdırılır. Bildirildi ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış və uzun onilliklər davam etmiş nizam, sistem artıq özünü doğrultmur, yeni qaydalar, formatlar müəyyən edilir. Əlbəttə, SSRİ-nin dağılmasından sonra bu kontekstdə müəyyən dəyişikliklər baş vermişdi. Ancaq bundan sonrakı mərhələdə, xüsusən son 15 ildə utopik anlam daşımağa başlayan, konkret desək, iri güclərin kiçik ölkələri əzmək, manipulyasiya etmək üçün alətə çevirdiyi demokratiya (?) ideologiyasının da ən azı yeni məzmun, mənaya keçməsi bir şərtə çevrilmişdi.

Yeni çağırışlar daha mütərəqqi model tələb edir

Tarixə ekskurs etsək, görərik ki, hər yeni minilliyin, yüzilliyin əvvəlində dünyada böyük siyasi dəyişikliklər, təlatümlər baş verib. Bunun hansı qanunauyğunluqla, yaxud təbii proses olaraq baş verməsini demək mümkün olmasa da, faktlar danılmazdır...

Həm üçüncü minilliyin, həm də 21-ci əsrin əvvəlində dünyanın necə dəyişdiyinə isə canlı şahidlik edirik. Görünən budur ki, həm siyasi, həm iqtisadi, həm sosial baxımdan tam ayrı bir idarəetmə, yaşam şərtləri formalaşdırılır.

Təbii ki, qaçılmaz olan bu qlobal prosesdə udanlar və uduzanlar, daha çox (az) qazananlar, daha çox (az) itirənlər oldu və olacaq.

Biz çox xoşbəxtik ki, Azərbaycan dünyanın bu mühüm tarixi mərhələsində yalnız qazanan dövlətlərdəndir. Bu prosesdə Azərbaycanın diktə edən ölkələrdən biri kimi çıxış etməsi isə xüsusi vurğulanmalıdır.

Qeyd edilən prosesdə o ölkələr itirmədi, yalnız qazandı ki, onların müdrik, siyasətin nə olduğunu ən incə detallarına qədər bilən, təmkinli, cəsur liderləri var.

Çox uzağa getmədən, Azərbaycanın postmüharibə dövründə regionda yaratdığı reallıqlar çərçivəsində sadəcə son iki ayda baş verənlərin təhlilini aparmaqla, Prezident İlham Əliyevin usta siyasətçi, praqmatik lider kimi mükəmməl gedişlərinin dövlətimizi, xalqımızı hansı yüksək məqamlara çatdırdığını, xüsusən təhlükəsizlik, müdafiə baxımından tək-tük stabil dövlətlərdən birinə çevirdiyini aydın görə bilərik. Yeni dünya düzənində Azərbaycan ərazilərini işğaldan azad, suverenliyini, ərazi bütövlüyünü tam təmin etməklə, bunun ardınca tutduğu xətlə elə bir mövqeyə sahiblənib ki, bunun bəhrəsini təkcə bizim nəsil yox, xüsusilə və daha böyük imtiyaz və firavanlıqla gələcək nəsillər görəcəklər.

Yeni mərhələyə keçiddə Azərbaycanın yaratdığı reallıqları bütün dünya qəbul etdi, etməkdədir. Ölkəmizlə əməkdaşlıqdan başqa yol olmamasına dair Prezident Əliyevin qəti və HAQLI mövqeyinə uyğun davrandılar!

Bu kontekstdə təkcə son iki ayın xronikasına diqqət edərkən görürük ki, Prezidentin apardığı analoqsuz, presedentsiz uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyanın bütün qütblərini necə deyərlər, ram edib, əməkdaşa, strateji müttəfiqə, tərəfdaşa çevirib. Hazırda dünyanın heç bir qütbü ilə ciddi konfliktimiz yoxdur.

Şübhəsiz, məkrli dairələrin təşviqi ilə qütblərlə irəliləyən münasibətlərdə hansısa maraq toqquşmaları, anlaşılmazlıqlar, təxribatlar, keçici emosiyalar qarşıda da ola bilər, amma ümumilikdə Azərbaycan elə bir sistem, mükəmməl mexanizm qurub ki, onu zədələmək, sıradan çıxarmaq asan iş deyil...

Ötənlərdə bəzi məntiqsiz və müasir dövlət idarəçiliyinin nə olduğunu anlamayan müxalif siyasətçilər, hətta bəzi "müstəqil" politoloqlar belə yanlış xətti ictimaiyyətə sırımağa çalışırdılar ki, Azərbaycan özünün siyasi oriyentasiyasını, pozisiyasını konkret elan etməlidir. Yəni xüsusilə "Soros uşaqları" belə təhrikçi mövqedə idilər ki, Azərbaycan ya Qərbin tərəfdaşı olduğunu bəyan edib, digər siyasi qütb və güclərlə əlaqəni kəsməlidir, ya da şimal, şərq qütblərində olduğunu deyib Qərbə bunu açıq bildirməlidir. Xüsusilə son 11 ayda Rusiya-Azərbaycan arasındakı gərginlikdə belə naşı təbliğatlar güclənmişdi.

Ancaq biz çox xoşbəxtik ki, İlham Əliyev kimi praqmatik, usta siyasətçi, dünyadakı siyasi proseslərin mahiyyətini dəqiqliyi, incəliyi ilə bilən, Qərbin də, Şimalın da, Şərqin də, Afrikanın da Azərbaycan üçün nə qədər, harayadək lazımlılığını hamıdan yaxşı bilən liderimiz var. Habelə, böyük beynəlxalq qurumların tribunalardan dünyaya təkliflər veririk (İƏT, TDT və s.).

Onun yalnız Azərbaycanın, xalqımızın milli maraqlarını önə çəkərək, bütün qütblərlə əməkdaşlıq və bərabər tərəfdaşlıq siyasəti bizi dünyanın yeni mərhələsində bəlalardan və itirən ölkələrdən olmaqdan hifz elədi. Son olaylar da bunun təsdiqi və göstəricisidir. Baxmayaraq ki, bəzi dairələr uzun illər Azərbaycana qarşı çox ədalətsiz, qərəzli davrandılar, ancaq cavab olaraq rəsmi Bakı hər kəsi barışa çağırdı və belə demək mümkünsə, bu doğru yola məcbur etdi.

Cənab Əliyevin uzun illər ərzində gördüyü tədbirlər, işlər, möhkəm iradəsi, təhdidləri yenərək, ələlxüsus balanslı, təmkinli, uğurlu "milli maraqlar çərçivəsində hər kəslə əməkdaşlıq" siyasəti nəticəsində Azərbaycanı qaldırdığı yüksək məqamı 2025-ci ilin avqust-oktyabr aylarında yaşananların fonunda aşağıdakı hadisələrdən tam aydın görə bilərik (bunu postmüharibə dövrünün ən ürəkaçan mənzərəsi hesab etmək də olar):

1. Avqustda Vaşinqtonda ABŞ və Azərbaycan arasında əməkdaşlıqlara dair imzalanmış çox sayda saziş, o cümlədən Zəngəzur dəhlizinin (Tramp marşrutu) açılmasına dair anlaşma, habelə Ermənistanla sülh sazişi layihəsinin paraflanması;

2. Sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində III MDB Oyunları təşkil etməklə bu coğrafiya dövlətlərinə münasibətdə göstərilən səmimi mövqe, duyurulan mesajlar;

3. Oktyabrın 7-12-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə verilən mesajlar, imzalanan sənədlər;

4. Oktyabrın 10-da Düşənbədə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında bəyan edilən məqamlar, Prezident İlham Əliyevin Rusiya lideri ilə səmimi görüşü, 11 aylıq gərginliyi aradan qaldıran anlaşmalar, Rusiya liderinin Azərbaycanın təyyarə qəzasına görə bütün tələblərini yerinə yetirəcəyini xüsusi vurğulaması və əməkdaşlığın, tərəfdaşlığın inkişafına dair razılaşmalar;

5. Düşənbə görüşündən dərhal sonra hələ 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri arasında sıx əlaqələri və inteqrasiyanı nəzərdə tutan "3+3" formatının yenidən gündəmə gəlməsi və bu yöndə çağırışlar (Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin oktyabrın 11-də bəyan etdi ki, Rusiya "3+3" konsultativ regional platformasının dördüncü nazirlər görüşünün 2025-ci ilin sonuna kimi keçirilməsini dəstəkləyir. Hazırda onun hazırlanması üzrə işlər aparılır)...

Beləliklə, Azərbaycan göstərmiş oldu ki, o, qlobal güclərin, qütblərin toqquşmasında hansısa bir tərəfin mövqeyindən yox, məhz özünün milli dövlət maraqlarından çıxış edəcək. Təbii, kiçik və orta dövlətlərin kənar təsirlərin iradəsi ilə deyil, məhz öz iradəsi ilə davranması hər liderin bacaracağı iş deyil...

Azərbaycan lideri çıxışlarında dəfələrlə bəyan edib ki, prioritet hər kəslə səmimi əməkdaşlıqdır. Bir müddət bundan qaçanlar, təzyiq göstərmək istəyənlər oldu. Amma sonda cənab Əliyevin sağlam və haqlı mövqeyi qalib gəldi!

İndi Azərbaycan elə pozisiyadadır ki, həm ABŞ ilə strateji tərəfdaşdır, həm Fransa daxil Avropa ilə əməkdaşlığı bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir, həm də Çinlə mühüm əlaqələrə malikdir. İranla məhz onun 44 günlük müharibə və postmüharibə dövründə tutduğu qeyri-adekvat davranışları səbəbindən pozulmuş münasibətlər aylar öncədən normallaşıb. Rusiya ilə də gərginlik Düşənbə görüşündən sonra bitdi...

Xüsusi vurğu və diqqət isə TDT-nin 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışından da göründüyü kimi, türk dövlətləri ilə əməkdaşlığın maksimuma çatdırılması olacaq. Bu, türk dünyasnın gələcəyini müəyyən edən məsələdir.

Prioritetlərdən biri də "3+3" formatında müzakirələrdir, bu, olduqca mühüm məsələdir və regionun davamlı, sürətli inkişafına aparan əsas yollardan biridir...

Şübhəsiz, bütövlükdə bu cür xoş mənzərəyə gəlib çatmaq asan olmadı. Ancaq Prezident İlham Əliyev təmkinlə, ustalıqla, bəzən isə ən sərt mövqe ortaya qoymaqla bunu bacardı.

O, 9 oktyabr 2020-ci ildə belə demişdi: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm..."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Oktyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see772

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see575

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see428

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see287

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see194

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see163

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see153

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see153

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see148

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see137

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see135

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see134

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see133

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see130

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see130

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see128

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see122

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see121

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri