Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Ermənistanda qida təhlükəsizliyi: HƏRƏKƏTSİZLİK XRONİKASI TƏHLİL

Ermənistanda qida təhlükəsizliyi: HƏRƏKƏTSİZLİK XRONİKASI TƏHLİL

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəstəliklərin yayılması, ixrac məhsullarında karantin, rəsmi nəzarət və nəzarət strukturlarında korrupsiya qalmaqalları kimi siqnallar Ermənistanın aqro-ərzaq sektorunun hansı acınacaqlı durumda olduğunu göstərir. Həmin ölkənin daxilində qida təhlükəsizliyi ilə bağlı nəzarət sisteminin ümumiyyətlə işlək olub-olmaması məsələsi xüsusilə hayların özlərini də narahat edir. Hətta erməni ekspertlər özləri də hesab edirlər ki, Ermənistanda sanitariya nəzarəti çox vaxt yalnız kağız üzərində mövcud olub. Hesab edirlər ki, baytarlıq və fitosanitar sistemlərində baş verənlər məhz həmin işğalçı ölkədə əhalinin sağlamlığını və xarici bazarda nüfuzunu təmin etmək üçün nəzərdə tutulmuş qurumların deqradasiyası səbəbindəndir. Bir sözlə, qida təhlükəsizliyi fonunda hərəkətsizlik xronikası etiraf edilir.

De-yure mövcud olan, amma de-fakto mövcud olmayan sanitar nəzarəti

Ermənistanda yerli ərzaq istehsalına, xüsusən də kiçik və orta fermerlərə nəzarət demək olar ki, yox dərəcəsindədir. Xüsusilə sanitar və fitosanitar nəzarətdən söhbət gedəndə effektivlikdən danışmaq belə mümkün deyil. Kiçik və orta fermerlərə gəldikdə, bu, mahiyyət etibarı ilə ümumiyyətlə, yoxdur. Guya ki, hansısa mexanizm var, amma həmin mexanizm yox kimi bir şeydir. Beləki, məsələn, de-yure, nəzarət var, pozuntular aşkar edilərsə, təftiş qurumları gəlib cərimə tətbiq edə bilər. Məsələn, mal-qara və ya ev quşları tələf olana qədər, yaxud fermerlər özləri şikayət etməyə başlayana qədər belə nəzarət haqqında söhbət belə gedə bilməz, çünki yoxdur. Bunun isə nəticələrinin necə olacağı bəllidir. Yəqin ki, çox acınacaqlı bir durumla qarşılaşacaqlarını haylar özləri hamıdan yaxşı bilirlər. Hər halda, bu qədər hay-haray salan hayların niyə narahat olduqlarını başa düşmək çətin deyil…

Kağız üzərində nəzarət və ya, real nəzarət əvəzinə “görüntü”

Ermənistanın bir sıra rayonlarda laboratoriya bazasının köhnəldiyini, bütün filialların lazımi avadanlıqla təchiz olunmadığını nəzərə alsaq, bu, yoxlamaların hansı səviyyədə aparıldığını söyləmək çətinlik törətmir. Əgər laboratoriya nəzarətindən danışırıqsa, məsələn, fitosanitar nəzarəti müzakirə mövzusu sayılırsa, demək olar ki, faktiki olaraq bu nəzarət həyata keçirilmir. Formal olaraq zərərvericilərin monitorinqi aparılır ki, bu da nəzəri olaraq təzahür edir. Lakin erməni mediasının da etiraf etdiyinə görə, mövcud məlumatlara əsasən, belə monitorinq heç aparılmır.

Səlahiyyətli orqanların saytlarındakı məlumatların nə dərəcədə aktual olduğuna haylar qətiyyən əmin deyillər. Əgər fitosanitar nəzarətə dair məlumatlar 2013-cü il səviyyəsində qalıbsa, hər şey bəlli olur. Hazırda karantin tətbiq edilən zərərvericilər, meyvə-tərəvəz və digər bitkiçilik məhsullarının xəstəlikləri və zərərvericiləri haqqında həmin saytlarda açıq şəkildə bircə dənə də məlumat yoxdur. Laboratoriya testlərinə gəlincə, onların faktiki icrasına haylar arasında ciddi şübhələr var. Çünki fitosanitar laboratoriyanın adı üç ilə yaxındır ki, çəkilmir. Onların ümumiyyətlə işlədiyinə əminlik belə ola bilməz. Ən azı meyvə-tərəvəz məhsullarının monitorinqi baxımından bunu söyləmək mümkün deyil. Heyvan mənşəli məhsulların sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş laboratoriyalardan danışarkən isə, haylar etiraf edirlər ki, mərkəzi laboratoriya İrəvanda yerləşir, hansıki onu tam olaraq laboratoriya adlandırmaq fikrində də deyillər. Deməli, vəziyyətin acınacaqlı olduğu elə kağız üzərində nəzarət və ya, real nəzarət əvəzinə görüntüdən bəllidir.

Heyvan mənşəli məhsullara ümumiyyətlə, nəzarət həyata keçirilmir

Bəli, heyvanların brusellyoz xəstəliyinə tutulması ilə bağlı guya ki, planlı tədbirlər həyata keçirilir. Guya ki, onların bəziləri peyvənd olunurlar. Amma ümumilikdə bu sahədə ciddi uyğunsuzluq var. Ümumiyyətlə, heyvanların sağlamlığı və qida təhlükəsizliyi sahəsində vahid və yoxlanılmış siyasət qətiyyən yoxdur.

Normativ bazaya gəlincə, son illər beynəlxalq birlik adlanan qurumun köməyi olmadan da müxtəlif strateji sənədlər hazırlanıb ki, indiki hökumət guya gözə soxmaq üçün onları təmtəraqla öz xarici tərəfdaşlarına təqdim edir. Lakin, bir qayda olaraq, onlar praktikada həyata keçirilmir axı. Bu sənədlər daha çox, bir növ yalnız beynəlxalq proqramlara uyğun olaraq hazırlanır. Ərzaq məhsullarının keyfiyyətinə, istehsalına və təhlükəsizliyinə, xüsusən də təsərrüfat səviyyəsində faktiki olaraq real nəzarət yoxdur.

Qida təhlükəsizliyi sistemi qətiyyən işləmir

Hazırda Ermənistanın özünün daxili bazarına daxil olan məhsulların təhlükəsizliyini təmin etmək üçün hansısa mexanizmlər mövcuddurmu? Əgər mövcuddursa belə, onlar beynəlxalq standartlara nə dərəcədə uyğundurlar? Tutaq ki, mövcud mexanizmlərdən danışırıqsa, deməli, onları tam hüquqlu adlandırmaq olduqca çətindir. Söhbət sərhəddə fəaliyyət göstərən və idxal olunan məhsulların sanitar və fitosanitar nəzarətinə formal şəkildə də olsa, cavabdeh olan səlahiyyətli orqan və onun ixtisaslaşmış bölmələrindən gedir. Sistem həmçinin fitosanitariya, baytarlıq və qida təhlükəsizliyinə cavabdeh olan bütün təftiş strukturlarını da əhatə edir.

Bununla belə, erməni mediasının da etiraf etdiyi mövcud məlumatlara əsasən, qida təhlükəsizliyinə cavabdeh olan bütün təftiş strukturları, yumşaq desək, bu gün əksər dövlət qurumları kimi məhz formal və lazımi səmərəlilik olmadan fəaliyyət göstərirlər. Mahiyyət etibarı ilə həmin strukturlar, sadəcə olaraq, qida təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsinə görə maaş alan dövlət qurumlarıdırlar. Lakin reallıq bundan ibarətdir ki, hökumət daxili bazara daxil olan ərzaq məhsullarının təhlükəsizliyinə real nəzarəti qətiyyən həyata keçirmir və sadalananlar qida təhlükəsizliyi sisteminin ümumiyyətlə, işləmədiyini təsdiqləyir.

Ermənistana idxal olunanalar müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik standartlarına qətiyyən cavab vermirlər

Sərhəddə, bir qayda olaraq, yalnız məhsul sertifikatları yoxlanılır. Belə sertifikatlar altında dəqiq nə idxal olunduğunu haylar heç təsəvvür də edə bilməzlər. Bir çox ölkələrdə hətta sertifikatla belə daxil olan şübhəli məhsullar əlavə olaraq laboratoriyada bir daha yoxlanılır. Amma bunu Ermənistan haqqında qətiyyən söyləmək olmaz. Ermənistanda olan bugünkü hansısa dırnaqarası səlahiyyətli orqanın, məsələn, Avropadan və ya Amerikadan gələn məhsullara şübhə belə etmək üçün kifayət qədər cəsarəti də çatmır.

Bəzən, məsələn, ət məhsulları ilə bağlı erməni mətbuatında ayrı-ayrı partiyaların laboratoriya müayinəsindən keçirildiyi və idxalına icazə verilmədiyi barədə məlumatlar yer alır. Amma bu, dənizdə bir damladır. Bu cür hallar daha çox istisnadır və bir qayda olaraq, "qərəzlə" yoxlamanın nəticəsidir. Əgər Ermənistana idxal olunan bütün ərzaq məhsulları həqiqətən qərəzsiz və hərtərəfli yoxlanılsaydı, əminik ki, onların 50 faizindən çoxu utilizasiyaya məruz qala bilərdi. Çünki haylar da yaxşı bilirlər ki, ölkələrinə idxal olunanalar müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik standartlarına qətiyyən cavab vermirlər. Məhz elə hayların hay-küyləri də buna görədir.

Epidemiyaların ört-basdır edilməsində Ermənistan hökumətinin rolu və marağı

Bütün ölkə üzrə, xüsusən də ucqar rayonlarda, əyalətlərdə və kənd yerlərində ərzaq məhsullarının keyfiyyətinə sistemli şəkildə nəzarət etmək üçün Ermənistanda kifayət qədər kadr potensialı, texniki və maliyyə resursları varmı? Düşünmürük ki, Ermənistanın, müflis bir ölkənin, rəzil durumda olan bir ölkənin kifayət qədər resursları var. Nə kadr, nə texniki, nə də maliyyə resursundan söhbət belə gedə bilməz. Əslində, belə resurslar Ermənistanda heç vaxt olmayıb və çox güman ki, yaxın gələcəkdə də olmayacaq.

Bu gün haqqında qeyd olunanlarla məşğul olunmadığını görürük. Görürük ki, Ermənistan hökuməti heyvan xəstəliklərinin, bitki xəstəliklərinin, zərərvericilərin yayılmasının və digər təhlükələrin sistemli şəkildə gizlədilməsi ilə məşğul olur. Bütün bunlar əlbəttə ki, “səs-küyün”, yəni narazılıqların qarşısını almaq üçün edilir. Amma başa düşülmür ki, “gizlədilmə” sayəsində ortaya çıxa bilən epidemiyalar daha dəhşətli sonluq vəd edir. Quduzluqla bağlı da vəziyyət eyni şəkildə qorxuludur haylar üçün. Səlahiyyətli orqanlar erməni ictimaiyyətini dərhal məlumatlandırmaq məcburiyyətində olduqları halda, problemi mümkün qədər tez “susdurmağa”, ört-basdır etməyə çalışırlar. Haylara məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara görə, təkcə son 10 gündə Ermənistan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına quduzluq halları ilə bağlı üç bildiriş göndərib. Amma bununla belə, yerli səviyyədə bu hallarla bağlı ümumiyyətlə, ictimaiyyətə bir dənə də məlumat verilmir. Digər heyvan xəstəliklərinə gəlincə, məsələn, brusellyoz, dabaq, Nyukasl xəstəliyi və başqaları da az deyil Ermənistanda, lakin onların aşkar edilməsi və onlara qarşı mübarizə yox dərəcəsindədir. Təsadüfi deyil ki, ümumi mənzərə məhz hayların qarayara və digər təhlükəli infeksiyalara yoluxma halları ilə təsdiqlənir. Buna baxmayaraq, qida təhlükəsizliyinə, epidemiyalara, digər təhlükələrə baxmayaraq, hələ də hərəkətsizlik xronikası Ermənistan üçün xarakterikdir...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyun 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see268

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see261

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see257

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see255

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see250

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see244

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see241

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see236

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see224

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see215

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see211

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see205

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see203

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see200

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see200

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see198

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see197

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see194

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see191

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri