Icma.az
close
up
RU
İlham Əliyev hələ çox uğurlara imza atacaq ELDAR İBRAHİMOV

İlham Əliyev hələ çox uğurlara imza atacaq ELDAR İBRAHİMOV

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü, professor Eldar İbrahimov Modern.az-ın suallarını cavablandırıb.

- Eldar müəllim, avqustun 8-də Vaşinqtonda Azırbaycan prezidentinin keçirdiyi görüşlər hələ də dünyanın gündəmi olaraq qalmaqdadır. Bu barədə sizin fikirləriniz necədir?

- 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda yüksək səviyyəli görüşün keçirilməsi tarixi hadisədir. Şübhəsiz ki, uzun illər dünya mediası, tanınmış şərhçilər, nüfuzlu siyasətçilər Ağ evdə baş tutan və imzalanan sənədlərin əhəmiyyəti ilə bağlı fikirlər səsləndirəcək, önəmli açıqlamalar verəcəklər. 

Tarixi görüş və imzalanan əhəmiyyətli sənədlər ABŞ - Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi ilə yanaşı, eyni zamanda ölkəmizlə Ermənistan münasibətlərinin sülh şəraitində qurulması imkanlarını yaradır. Artıq bölgəmizdə müharibə olmayacaq, xalqlar sülh şəraitində, birgə təhlükəsiz yaşaya biləcəklər. Bu şəraitin memarı isə fateh Sərkərdə, Prezident İlham Əliyevdir. 44 günlük Vətən Müharibəsinin qalibi olan Ali Baş Komandan İlham Əliyev həm də, sülhün banisidir. Onun qətiyyəti və prinsipiallığı nəticəsində bölğədə yeni müharibə yaratmaq istəyənlərin cəhdləri alt-üst olundu. Məlum olduğu ki, Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması üçün Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi və Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması təklifləri irəli sürülmüşdür. Hər iki təklif Ermənistan tərəfindən qəbul edildi.  Bu məsələ ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq imzalanan Birgə Bəyannamə də öz əksini tapıb.

-  Minsk Qrupunun ləğv olunması necə həyata keçirilə bilər?

- Birgə Bəyannamənin 2-ci bəndində hər iki ölkənin XİN-ləri qısa müddətdə ATƏT-in hazırkı sədrinə Minsk Qrupunun ləğv olunması haqqında müraciət ünvanlayacaqlar. Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır. Bununla da Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur. 2026-cı ildə Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq. Vaşinqiton görüşündən sonra birmənalı şəkil də demək olar ki, Ermənistan razılaşmalara əməl etməli olacaq. Paşinyan hakimiyyətinin geri çəkilmək, yanlışlıqlara yol vermək imkanı sıfıra bərabərdir. Azərbaycan Prezidenti İlham Əliyev Ağ evdə baş tutan uğurlu görüşdən sonra KİV-ə verdiyi müsahibədə də bu məsələyə toxunaraq bildirdi ki, zaman Ermənistanın əleyhinə işləyən bir faktordur. Xarici təzyiqlər fonunda Ermənistan bu prosesdən boyun qaçırsa, ilkin olaraq ABŞ və onun dövlət başçısına qarşı hörmətsizlik və etimadsızlıq edəcək, bütövlükdə isə rəsmi İrəvan çıxılmaz və çətin bir vəziyyətə düşəcək. Ona görə də Ermənistan ən qısa müddətdə mümkün alternativ variantlar vasitəsilə konstitusiyaya dəyişikliklərini həll etməlidir. Əks halda Ermənistan ödənməsi çətin olan bir hesabı boynuna ala bilər. Budəfəki vasitəçi olan ABŞ digər vasitəçilərdən fərqli olaraq Ermənistanı cəzalandırmaq üçün bütün real imkanlara və rıçaqlara malikdir.


- Sülh gündəliyinin müəllifi də Azərbaycan Prezidenti İlham Əliyevdir

- “The Washington Post” yazır ki, Vaşinqitonda əldə olunan razılaşma və imzalanan Birgə Bəyannamə ABŞ-ın Cənubi Qafqazdakı rolunu gücləndirir və Rusiyanın təsirini zəiflədir. “The Washington Post” un iddiasına görə, Zəngəzur dəhlizi tərəflərarsında əldə olunan razılaşmanın əsas hissəsidir: “Trump bu diplomatik təşəbbüsü ilə yenidən qlobal siyasət səhnəsində ön plana çıxır və Nobel Sülh Mükafatı namizədliyi üçün ciddi zəmin yaradır”. Rusiyanın nüfuzlu agentliklərindən olan “Reuters”da Vaşinqton görüşünə xüsusi önəm verir və   sülh razılaşmasının ilkin mətni yayımlayaraq, ərazi bütövlüyünə hörmət, sərhədlərin tanınması və güc tətbiq etməmək prinsiplərini ön plana çıxarır. Vaşinqitonda əldə olunan razılaşmalar, imzalanan sənədlər bir daha Azərbaycanın uğuru, Prezident İlham Əliyevin növbəti qələbəsidir.  Sülh gündəliyinin müəllifi də Azərbaycan Prezidenti İlham Əliyevdir.

2022-ci ilin əvvəlində sülh müqaviləsinin əsasını təşkil edən Azərbaycan “5 əsas prinsipi” Ermənistana təqdim etdi. Bu prinsiplər aşağıdakılardan ibarət idi: Bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, Bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək, Bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək, Sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulmas, Kommunikasiyaların açılması. Ermənistanın asılı olması Azərbaycanın təqdim etdiyi prinsiplərin qəbul edilməsini bir qədər gecikdirdi. Nəhayət Ermənistan fakt qarşısında qaldığından Azərbaycanın təklifləri qəbul etməli oldu. Vaşinqitonda baş tutan uğurlu və yadda qalan görüş bütün suallara aydınlıq gətirdi və bir daha Azərbaycanın iradəsindən kənar addımların atılmasının mümkün olmadığı nümayiş etdirildi. Vaşinqton zəfəri ilə həm də pozucu qüvvələrə sarsıdıcı zərbə vuruldu. Çünki D.Trampdan əvvəl hakimiyyətdə olmuş   Bayden-Blinken administrasiyası, Fransa Prezidenti Makron, Avropa İttifaqı öz gündəliklərini Azərbaycan-Ermənistan normallaşma prosesinə sırımağa can atırdılar. Bunun üçün onlar ölkəmizə qarşı çirkin iftiralara, təzyiqlərə, siyasi-diplomatik təxribatlara əl atırdılar.  Lakin Prezident İlham Əliyev prinsipiallıq və qətiyyət nümayiş etdirərək, hər cür çirkin kampaniyanı rədd etdi. Bununla da Azərbaycanla hər hansı bir təzyiq dili ilə danışmağın mümkün olmadığını nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ prezidenti D.Trampla görüşü səmimi söhbətləri, birgə bəyanatları bir daha keçmiş qondarma qurumu “tanıyan” fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, Amnesty İnternational, Human Rights Watch, erməni lobbisinin, ANCA-nın, Azərbaycanı sanksiya, təcridlə hədələyənlərin, Borellərin, Frenk Pallonelərin, Adam Şifflərin iflası oldu. Belə demək mümkünsə onlar rəzil bir vəziyyətə qalmış oldular.

- Bütün bunlardan çıxış edərək deyə bilərikmi ki,  ABŞ-Azərbaycan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur?

- Vaşinqitonda baş tutan tarixi səfər həm də. Azərbaycan-ABŞ əlaqələrinin inkişaf etdirilməsi ilə yadda qaldı.  İki ölkənin Prezidentləri bir-biri ilə səmimi, mehriban söhbətlər apardılar, müzakirələr qurdular. Xüsusilə də, ABŞ prezidenti Azərbaycan Prezidenti haqında xoş sözlər söylədi, fikirlər səsləndirdi. Bununla da bir daha təsdiqləndi ki, Prezident İlham Əliyev hələ 2024-cü ilin  noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkiləri zamanı D.Trampın namizədliyini dəstəkləməklə düzgün və  müdirik mövqe sərgiləyib. Nəzərə almaq lazımdır ki, ABŞ-da planlaşdırılan prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev  cəsarət və uzaqgörən siyasət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmişi, diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdir. Prezident İlham Əliyev bir neçə dəfə açıqlamalarında D.Trampın prezidentliyi dövründə ABŞ-ın heç bir müharibəni başlatmadığını, onun ailə dəyərlərinə, ənənəvi dəyərlərə xüsusi önəm verdiyini bildirib Vaşinqiton görüşündən sonra qeyd etmək olar ki, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdu. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə və Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq sahələrini əhatə edir. Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. Prezident İlham Əliyevlə Prezident Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq bu səfər çərçivəsində Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı. 

- Prezident İlham Əliyevin Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürməsi təşəbbüsü dəstəklənir.

- 1992-ci il də Azərbaycan torpaqları Ermənistan tərəfindən ardıcıl olaraq işğal edildiyi hal da erməni lobbisinin təqsiri ilə ABŞ Konqresi Azərbaycanın guya Ermənistana “blokada” tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdir.  2001-ci il də prezident Buş tərəfindən “907-ci düzəliş”in dayandırılması haqqında qərar imzalanmışdır. Səbəbii də Azərbaycana çox böyük ehtiyacları olması idi. Əfqanıstan müharibəsi ABŞ-ı çıxılmaz vəziyyətə saldığından Azərbaycanından kömək istəmiş və ölkəmiz bu köməyi etmişdir. Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına “907-ci düzəliş”i yenidən canlandırmış, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdır. D.Tramp isə Prezident İlham Əliyevlə şəxsi əlaqələrinin qurulması və inkişaf etdirilməsi üçün “907-ci düzəliş”i tamamilə ləğv olunması haqqında qərarı imzalamışdır. 

Təbii ki, D.Tampın Azərbaycan-ABŞ əlaqələrinin inkişafında maraqlı olması və bölgədə sülhün təmin olunmasında prinsipiallıq göstərməsi təqdirəlayiqdir və alqışa layiqdir. Prezidentimiz İlham Əliyev də bu münasibəti və Trampın sülhə töfhə vermək cəhdlərini yüksək qiymətləndirərək onun Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə də çıxış etdi. Birgə bəyanat zamanı bildirdi ki, bəlkə biz Baş nazir Paşinyan ilə razılaşarıq və Nobel mükafatının komitəsinə birgə təşəbbüs də irəli sürə bilərik. Cənab Tramp bu mükafata layiqdir: “Bəs əgər Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh Mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı. Bir sözlə, düşünürəm ki, erməni həmkarım da dəstəkləyəcək. Auditoriyanın reaksiyasından hesab edirəm ki, biz qayıdan kimi birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik”.  Diqqətçəkən məqam ondan ibarətdir ki, Prezident İlham Əliyevin təşəbbüsünə Nikol Paşinyan da dəstək verib. Paşinyan öz çıxışında ABŞ Prezidenti Trampın Nobel Sülh Mükafatına layiq olduğunu bildirdi.

- Son günlər Rusiya və İran tərəfdən Zəngəzur dəhlisi ilə bağlı yenə dolaşıq fikirlər səsləndirilir. Zəngəzur dəhliz açılacaqmı?

-  Müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdıqdan sonra Prezident İlham Əliyev dəfələrlə çıxışlarında, KİV-ə verdiyi müsahibələrində Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizinin açılacağını bəyan etmişdir. Prezidentimiz qeyd etdiyi daha bir məsələ öz həllini tapır. Vaşinqiton görüşündə Azərbaycanın tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır. Bununla bağlı Vaşinqtonda Zəngəzur Dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanmışdır. Prezident D.Tramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq. Bir sözlə görünən ondan ibarətdir ki, Azərbaycan Prezident İlham ƏIiyevin liderliyi ilə bütün hədəflərinə nail olur. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi və Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Sonra mövqelərini daha da möhkəmləndirən Azərbaycan bölgə də sülhün və təhlükəsizliyin təmin olunması üçün müvafiq şərtlərini açıqladı və Ermənistan bu şərtləri Vaşinqiton görüşün də qəbul etdi. Bundan sonra tam əminliklə demək olar ki, Azərbaycanı ancaq yeni-yeni uğurlar və qələbələr gözləyir.


- Eldar müəllim, ümumiyyətlə Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki fəaliyyəti barədə nə deyə bilərsiniz?

- İlham Əliyevin fəaliyyəti, ölkəsi üçün verdiyi mücadilə göz önündədir. Bütün Azərbaycan İlham Əliyevin fəaliyyətindən qürurlanır. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Zəngəzur dəhlizi açılacaq. Azad edilmiş ərazilərimizdə möhtəşəm quruculuq işləri gedir. Diplomatiyamız bir dəqiqə dayanmır. Bütün sahələrdə işlər 44 günlük Vətən müharibısinə adekvatdır. Təbii ki, bütün bunların memarı Azərbaycanımızın ərazi bötüvlüyünü özünə qaytaran İlham Əliyevdir. Əminəm ki, bu, hələ son deyil. Ulu öndərimizin davamçısı Cənab İlham Əliyev Azərbaycan naminə hələ çox uğurlara imza atacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Avqust 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see164

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see143

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see142

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see140

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see136

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see133

Ağ Ev dən liderlərin görüşü ilə bağlı açıqlama: “Bu halda..” KONKRET

13 Avqust 2025 15:59see125

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see123

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see120

Samiraldo yenə gündəmdə Görünüşü və ifası izləyiciləri iki yerə böldü + VİDEO

13 Avqust 2025 17:35see120

Rusiya yenidən kiberhücumlarda ittiham olunur...

13 Avqust 2025 22:17see120

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see119

Metodlar ölkələrə və onların təhsil sistemlərinə görə dəyişir Ekspert

13 Avqust 2025 19:30see119

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see118

ABŞ varlıları genetik super kasta yaradır Ağıllı uşaq üçün 50 min dollar

13 Avqust 2025 17:07see118

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see116

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see115

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see115

Neftçi nin baş icraçı direktoru: Çempionluq haqqında danışmaq tez olar

13 Avqust 2025 19:24see115

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri