Icma.az
close
up
RU
“İlham Əliyev. İnkişaf məqsədimizdir”139cu kitab çapdan çıxıb

“İlham Əliyev. İnkişaf məqsədimizdir”139cu kitab çapdan çıxıb

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

"Əlbəttə, biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Bu, müəyyən dezinformasiya sayəsində obyektiv deyilsə, eybi yoxdur. Ancaq bu, məqsədyönlü şəkildə Azərbaycanı nüfuzdan salmağa yönəlibsə, biz sual veririk ki, bu nədən baş verir, bu niyə belə olmalıdır? Dediyim kimi, bizim bununla bağlı edə biləcəyimiz o qədər də çox deyil. Bu gün Qarabağda apardığımız işlər, ola bilsin ki, bu vəziyyəti dəyişə bilər. Ancaq vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır".

SİA yerli mənbələrə istinadən xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin çapdan yeni çıxmış 139-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı iyulun 20-də "Yalan məlumatların ifşası: dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Forumunda "Berliner Zeitung" qəzetinin nümayəndəsinin sualına cavab verərkən söyləyib.

Qeyd edək ki, çoxsaylı suallara məntiqi və məzmunlu cavab verən Azərbaycan Prezidenti, həmçinin Türk Dövlətləri Təşkilatı ilə bağlı fikirlərini bir daha diqqətə çatdırıb: "Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq". Forumun materialları ilə yeni kitabda tanış olmaq mümkündür.

Çoxcildliyin 139-cu kitabında toplanmış materiallar 2024-cü ilin iyul-sentyabr aylarını əhatə edir.

Yeni kitaba Azərbaycan Prezidentinin Pakistana dövlət səfərinin, Böyük Britaniya və Simali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərinin materialları, Oksfordda "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında iştirakı haqqında informasiya, Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı" mövzusunda keçirilmiş dəyirmi masada çıxışının mətni daxil edilib.

Nəşrdə Prezident İlham Əliyevin Qazaxıstana səfəri, Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının birgə görüşündə çıxışının mətni, Özbəkistana dövlət səfəri, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 1-ci iclasında iştirakı, sənədlərin imzalanması mərasimi haqqında informasiyalar, Azərbaycan və Özbəkistan liderlərinin mətbuata bəyanatlarla çıxışlarının mətnləri də verilib.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfərinin materialları, "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışının mətni ilə də tanış ola bilər.

Çoxcildliyin bu kitabına Prezident İlham Əliyevin Azərbaycana dövlət səfərinə gəlmiş Rusiya Prezidenti Vladimir Putin ilə görüşünə, imzalanmış sənədlərin mübadiləsinə, liderlərin mətbuata bəyanatlarla çıxışlarına dair materiallar da daxil edilib.

Yeni kitabda dövlətimizin başçısının XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşünə dair məlumat da yer alıb.

Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda səfərdə olub, Xudavəng monastır kompleksini ziyarət edib. Dövlətimizin başçısı, həmçinin Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin, inzibati binanın, rayonunun İstisu qəsəbəsinin təməllərini qoyub, "İstisu" mineral su zavodunun açılışında iştirak edib, infrastruktur obyektlərində aparılan tikinti işləri ilə tanış olub. Bütün bunlar haqqında materiallar yeni kitabda toplanıb.

"Azərnəşr" tərəfindən buraxılan 139-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri